Misirin keçmiş prezidenti edam oluna bilər

05 iyun 2016
Misirin keçmiş prezidenti edam oluna bilər
Misir müftisi Şevki Allam eks-prezident Məhəmməd Mursi barədə edam qərarını təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə İranın Təsnim Xəbər Agentliyi Misir mənbələrinə istinadən məlumat yayıb. Misir qanunlarına görə, məhkəmənin çıxardığı edam qərarını ölkənin baş ruhanisi, yəni müfti təsdiqləməlidir. Artıq müftinin Mursi barədə çıxarılmış edam qərarını təsdiqləyən hökm gizli şəkildə hökumət orqanlarına bildirilib.

Qeyd edək ki, M.Mursi və eləcə də "Müsəlman Qardaşlar" Hərəkatının digər liderləri Assam əl-Aryan və Səid əl-Ketatani barədə Qahirə Cəza Məhkəməsinin ötən il çıxardığı edam qərarı təsdiqlənməsi üçün Misirin müftisinə göndərilib. Misirin eks-prezidenti, 2012-13-cü illərdə ölkəyə rəhbərlik etmiş "Müsəlman Qardaşlar" Hərəkatı nümayəndəsi Məhəmməd Mursi 2013-cü ildə baş vermiş hərbi çevrilişdən sonra həbs olunub. Ona qarşı bir sıra cinayətlərdə iştirakla bağlı ittiham verilib. Bunlar casusluq, inqilab zamanı həbsxanadan adam qaçıqılmasını təşkil etmək və s.-dir. Mursinin casusluqda ittiham olunduğu məhkəmə prosesində 90-dan artıq məhkəmə iclası keçirilib.

Məhkəmənin eks-prezident barədə edam qərarı dünyada böyük etiraza səbəb olub. BMT və bir sıra dünya ölkələri bu qərarı qınayıb və tətbiq edilməməsinə çağırıblar. Gözlənilir ki, qərarın elan edilməsi Misirdə ciddi etiraz aksiyalarına səbəb olacaq. Daha öncə məhkəmə qərarları böyük etiraz aksiyaları və polislə qarşıdurmalarla müşayiət olunmuşdu.

Misir rəhbərliyinin Mursi və tərəfdarlarını edam etməsi dünyanın reaksiyasından asılı olacaq. Daha əvvəl Mursinin edam edilməsi inandırıcı görünməsə də, radikal dini qrupların son illərdə fəallaşması hökumətlə qarşıdurmaları daha da dərinləşdirib. Bu mənada mümkündür ki, prezident Sisi Mursi barədə edam qərarını icrasına qol qoysun. Yaxud da hakimiyyətin manevr etməyə çalışdığı, edam qərarından həm "Müsəlman Qardaşlar"a qarşı təzyiq vasitəsi olaraq istifadə etməyə çalışacağı, eyni zamanda bəzi ölkələrlə siyasi bazarlıq üçün istifadə etməyə çalışması mümkündür.
Xəbəriniz olsun

18.07.2018 - Əməkdar artistə qarşı 32 min manatlıq dələduzluq

18.07.2018 - İcra Hakimiyyətinin qarşısında özünü yandırmaq istədi – Azərbaycanda

18.07.2018 - Horadizdə pambıqçılığa həsr olunan müşavirə keçirilib

16.07.2018 - Rəsmi Tehran Gəncə hadisələrinə dair bəyanat verdi

16.07.2018 - Tramp Putinlə görüşmək üçün Finlandiyaya getdi

16.07.2018 - DÇ-2018-in ən yaxşıları açıqlandı

16.07.2018 - Gəncə hadisələrinin kölgədəki rejissoru: Tohid İbrahimlinin "Hüseynçilər" dəstəsi

16.07.2018 - ERMƏNİ KƏŞFİYYATÇISI ƏSİR GÖTÜRÜLDÜ – Diversiya cəhdi + FOTO

16.07.2018 - Gəncədə polisi qətlə yetirən Rəşad necə zərərsizləşdirilib? - DİN açıqladı

15.07.2018 - Azərbaycanın xüsusi xidmət orqanları Elmar Vəliyevə sui-qəsddə "Qum izi" aşkarladılar

15.07.2018 - Sumqayıta xüsusi təyinatlı bölmələr daxil oldu: həbslər başladı

14.07.2018 - Azərbaycan Milli Demokrat Partiyasının Gəncə hadisələri ilə bağlı bəyanatı

14.07.2018 - Nəsimi rayonunda sakinlər “müdafiə səddi” qurdular: İCRA BAŞÇISI "SƏNGƏRİN O TAYINDA" QALDI

Facebook