Bakıdakı avtobus qəzasında ölənlərin şəxsiyyəti bilindi

05 iyun 2016
Bakıdakı avtobus qəzasında ölənlərin şəxsiyyəti bilindi
Xəbər verdiyimiz kimi, dünən Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə bildirilib ki, hadisə Bakı-Ucar magistralının Qaradağ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Natiq Hacıağa oğlu Yəhyayevin idarə etdiyi “İsuzu” markalı 10- TF- 386 dövlət nömrə nişanlı rayonlardan birinə sərnişin daşıyan avtobus qarşıdan gələn, 1980-cı il təvəllüdlü Ramin Ələddin oğlu Əmiraslanovun idarə etdiyi 99-ED-605 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində zərbənin təsirindən minik maşını deformasıyaya uğrayıb və avtomobildə olan sərnişinlər- Şəmkir rayonunun Təzəkənd kənd sakinləri- 1954-cü il təvəllüdlü Nanə Məmməd qızı Əmiraslanova və 1983-cü il təvəllüdlü Röya Rasim qızı Əmiraslanova aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində dünyalarını dəyişiblər.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub və deformasiyaya uğramış maşının içərisində olan 2 sərnişin çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölənlərin sürücünün anası və həyat yoldaşı olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Xəbəriniz olsun

22.07.2018 - Ölünü dirildə bilməyən “peyğəmbər” həbs edildi

22.07.2018 - 5 yaşlı uşaq ögey atası tərəfindən döyülərək öldürüldü - KÜRDƏMİRDƏ ŞOK OLAY

22.07.2018 - “Qarabağ” yeni hücumçu aldı

21.07.2018 - Mirşahinə bu dəfə "milçək" dedilər: "SƏNİ TAPDALAYARAM..."

21.07.2018 - Kasıb necə varlana bilər? - Yəhudilərdən 6 QIZIL MƏSLƏHƏT

21.07.2018 - İntihar edən abituriyentin anası özünü öldürdü – Sumqayıtda

21.07.2018 - Yunis Səfərovun yaxın dostu öldürüldü: Əməliyyatçılar tutmaq istədi, o silaha əl atdı...

21.07.2018 - Dağıstana işləməyə gedən azərbaycanlılar qəzaya düşdü: 2 ölü, 10 yaralı

20.07.2018 - Atı zorlayan şəxsin şok müdafiəsi: “Mənə göz vurdu”

20.07.2018 - Almaniyadan deportasiya edilənlər Bakıda kütləvi şəkildə həbs olundular

20.07.2018 - Bu il “BakuBus” 85 sürücünü işdən azad edib

20.07.2018 - Paşinyan Qarabağda müharibə riski haqda

20.07.2018 - Bakıda dəbdəbəli mənzili ərəblərə 3 günlüyə kirayə verdi, qayıdıb şoka düşdü - VİDEO

Facebook