İstanbuldakı teraktda ölənlərdən biri azərbaycanlıdır

07 iyun 2016
İstanbuldakı teraktda ölənlərdən biri azərbaycanlıdır

Türkiyənin "Hürriyet" qəzetinin yaydığı son məlumata görə, İstanbulda avtobus dayanacağının yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb, 36 nəfər xəsarət alıb.

Ölənlərdən 7-si polis əməkdaşıdır.

TRT Haber telekanalının yaydığı məlumata görə isə həlak olanlardan biri azərbaycanlıdır.

Xatırladaq ki, partlayış Bakı vaxtilə saat 9:40-da İstanbulun mərkəzində Beyazıt rayonunun Vezneciler dayanacağının yaxınlığında xüsusi təyinatlı polis maşınının keçdiyi zaman baş verib.

Partlayışdan sonra odlu silahdan açılan atəş səsləri eşidilib. İlkin məlumatlara görə, kənarda saxlanılan minalanmış maşın partlayıb.

* * *11:09

Bu gün istanbulda törədilən terror aktı nəticəsində iki nəfər ölüb, səkkiz nəfər isə yaralanıb.

Bu barədə “CNN Türk” xəbər yayıb.

Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Hələlik heç bir qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.

* * *10:27

İstanbulda polis avtomobilində partlayış olub.

Trend Türkiyənin TRT Haber telekanalına istinadən məlumat verir ki, hadisə yerinə yanğınsöndürən maşınlar və xilasedicilər cəlb edilib.

Hadisə avtobus dayanacağı yaxınlığında baş verib. Partlayışdan sonra ərazidə atışma səsləri eşidildiyi bildirilir.

Telekanalın verdiyi xəbərə görə, partlayış nəticəsində xəsarət alanlar var. Polis ikinci partlayış təhlükəsini ehtimal edir.
Xəbəriniz olsun

20.03.2019 - Vergilər Nazirliyi “Veysəloğlu”nu 2 milyon cərimələdi

20.03.2019 - HAKİMİYYƏTDƏN KÖNÜLLÜ ƏL ÇƏKƏN İKİNCİ SOVET LİDERİ… - Qıpçaq bəyinin sultan nəvəsinin gözlənilməz gedişi

20.03.2019 - "Əli İnsanovdan təklif olarsa..." - Müsavat başqanı gözləyir

20.03.2019 - Qazaxıstanın paytaxtı Nursultan adlandırılacaq – Qərar verildi

19.03.2019 - “Bu il çempion “Neftçi” olacaq” – Ramin Musayev

19.03.2019 - Toyu olacaq 18 yaşlı qız özünü asdı – Zərdabda dəhşət

19.03.2019 - “Nar” abunəçiləri üçün Novruz kampaniyası!

19.03.2019 - İlham Əliyevin Trampa yanlış məlumat verməsi barədə iddialara RƏSMİ CAVAB

19.03.2019 - Bakının mərkəzində icazəsiz mitinq cəhdi: Saxlanılanlar var

19.03.2019 - Adı kürü qalmaqalında hallanan səfir geri çağrılıb – Şok iddia

19.03.2019 - Nazir Ziya Məmmədovun kadrına vəzifə verdi

19.03.2019 - Ramil Usubovdan daha bir təyinat - ƏMR

19.03.2019 - AZƏRBAYCAN SƏFİRİ 10 BANKA KÜRÜ OĞURLADI VƏ… – Yarım milyon mənimsəmədə ittiham edilir

Facebook