Nazirliyin əməkdaşında narkotik və silah aşkarlandı

07 iyun 2016
Nazirliyin əməkdaşında narkotik və silah aşkarlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşından narkotik və silah götürülüb.

Balakən Rayon Polis Şöbəsindən verilən xəbərə görə, polisə ETSN-in Zaqatala Dövlət Təbiət Qoruğunun Balakən rayonu, Katex kəndi ərazisindən keçən hissəsinin 4 saylı dolayında narkotik tərkibli bitkilərin aqrotexniki qaydada əkilməsi barədə məlumat daxil olub. Məlumat əsasında keçirilən tədbirlər nəticəsində dolayın ərazisindəki dörd müxtəlif sahədə küllü miqdarda narkotik tərkibli bitki hesab edilən çətənə kolları aşkarlanıb. Hal şahidlərinin iştirakı ilə ərazidən hündürlüyü 12 sm-dən 39 sm-ə qədər olmaqla, ümumi sayı 781 ədəd çətənə kolları yığılıb, həmçinin qurudulmaq üçün sərilmiş 25,75 qram marixuana və 10 kq yaş halda marixuana götürülüb.

Məlum olub ki, çətənə kollarını rayonun Mahamalar kənd sakini, 1971-ci il təvəllüdlü Arif Tacəddin oğlu Fəxrayev və onun həmkəndlisi, 1963-cü il təvəllüdlü Seyfəddin Sədrəddin oğlu Həmzətov əkib. Keçirilmiş tədbir nəticəsində hər iki şəxs tutularaq istintaqa təhvil verilib.

Arif Fəxrayevin yaşadığı evin hamamından 277 qram qurudulmuş marixuana, yaşadığı evdən isə sənədsiz, nömrəsi A 16505 olan 32 çaplı ov tüfəngi və 4 ədəd patron götürülüb.

Məlumatda həmçinin bildirilir ki, saxlanılan Arif Fəxrayev Zaqatala Dövlət Təbiət Qoruğunun Balakən rayonu, Katex kəndi ərazisindən keçən hissəsinin 4 saylı dolayında nəzarətçi işləyir.

Faktla bağlı araşdırma aparılır.(APA)
Xəbəriniz olsun

19.06.2018 - Neft dünyasında İsgəndər Şirəli hökmranlığı: Komleks Qazma İşləri Trestində nə baş verir?

19.06.2018 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi: Səfər Mehdiyev kimdir?

16.06.2018 - Zakir Həsənov müharibə anonsu verdi: "Hazır olmalıyıq..."

16.06.2018 - Türk polisi İstanbulda Gülənin qardaşı qızını həbs etdi

16.06.2018 - Mübariz Mənsimov da separatçılıq virusuna yoluxdu: UĞURSUZLUĞUNU ETNİK KİMLİYİNƏ BAĞLAMAQ CƏHDİ

16.06.2018 - Polislər bu olaya xeyli güldü: Narkoman polisə şikayət etdi ki, "mənə saxta "mal" satıblar"

16.06.2018 - Prezident xanımlarının həyat yoldaşları ilə bağlı ETİRAFLARI

16.06.2018 - Ramil Usubov yeni rəis təyin etdi

16.06.2018 - “Lotu Quli” “Avropa obşakı”nı ələ keçirmək istəyir - Dubayda böyük toplantı

16.06.2018 - İCRA BAŞÇISI RADARLARDAN BELƏ “GİZLƏNİR” – Nömrə “Niva”nındır, özü BMV-də gəzir… (FOTO)

16.06.2018 - İŞİD-in öldürmək istədiyi Ronaldunu Rusiyada ciddi qoruyurlar

15.06.2018 - “Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”

15.06.2018 - Paşinyan: "Putin məni İlham Əliyevlə tanış etdi"

Facebook