Qarabağda hərbi-siyasi qarşıdurma

07 iyun 2016
Qarabağda hərbi-siyasi qarşıdurma
Qondarma “DQR müdafiə naziri”, general Levon Mnatsakanyan onun yerinə keçmək üçün Qarabağa qayıdan keçmiş “müdafiə naziri”, general Samvel Babayanı “diversant” adlandırıb.

Virtualaz.org erməni qaynaqlarına istinadən xəbər verir ki, general Mnatsakanyan Samvel Babayanın hərəkətlərinin “suverenliyə, müdafiə qabiliyyətinə və cəmiyyətə qarşı diversiya” olduğunu deyib.

Xəbər verildiyi kimi general Samvel Babayan aprel döyüşlərindən bir müddət sonra Rusiyadan Ermənistana qayıdıb. Hakimiyyətin hərbi siyasətini tənqid edib və ötən bazar günü Qarabağa dönərək tərəfdarlarını Xankəndi küçələrinə çıxarıb. Babayanın tərəfdarları onun yenidən “müdafiə naziri” təyin olunmasını tələb edirlər.

General “Samo” Xankəndinə qayıdan kimi qondarma “DQR” rəhbərliyinin hərbi siyasətini də tənqid edib, bildirib ki, əgər hakimiyyət ordunun təchizatı ilə bağlı məsələləri həll edə bilmirsə getməlidir. Babayan “xalqı” indiki Qarabağ hakimiyyətini dəyişməyə çağırıb. “Samo”nun Qarabağda “müdafiə naziri” olmaq üçün fəaliyyətə başlamasından dərhal sonra onun tərəfdarını, “deputat” Ayk Xanumyanı Xankəndində hərbi geyimlilər oğurlayıb və şil-küt edib. Xanumyan Babayanın “müdafiə naziri” olması üçün aksiyalar təşkil etməyə hazırlaşırdı.



Lakin belə görünür ki, Babayanın Qarabağda hərbi hakimiyyəti ələ almaq cəhdləri ciddi müqavimətlə qarşılanacaq. General Mnatsakanyan onun çıxışına cavab olaraq deyib ki, əgər Babayan qohumlarına baş çəkmək üçün Qarabağa qayıtsaydı buna normal yanaşardı. “Ancaq bazar günü baş verənlər və onun bəyanatları mənə aydın deyil. Mənim üçün aydın və məqbul olardı ki, Babayan konsolidasiyaya çağırsın. Onun hərəkətləri əsl diversiyadır, cəmiyyət buna qiymət verməlidir”-Levon Mnatsakanyan deyib.



“Jamanax” qəzeti isə yazır ki, Samvel Babayan Rusiyadan qayıtmağa hazırlaşanda Ermənistan prezidenti Serj Sərkisyanın və qondarma “DQR prezidenti” Bako Saakyanın onu qəbul edib fikirlərinə qulaq asacaqlarına ümid edirmiş. Lakin qayıdandan sonra onu qəbul edən olmayıb, üstəlik Xankəndində baş verənlər göstərir ki, Babayana qarşı repressiyalar da mümkündür.

Ancaq nəzərə almaq lazımdır ki, Samvel Babayanın həm radikal mövqeli keçmiş səhra komandirləri, həm Qarabağdakı erməni qüvvələrinin sıralarında xidmət edən komandirlər arasında tərəfdarları var. Ona görə də “Samo” Qarabağda hakimiyyəti silah yoluyla ələ keçirməyə də cəhd göstərə bilər.
Xəbəriniz olsun

16.11.2018 - Ehtiram Xəlilov Kəmaləddin Heydərovu necə itirdi? – Təfərrüat

16.11.2018 - Bakıda evli qadınla sevgili olan kişi amansızlıqla öldürüldü - ŞOK FAKTLAR

16.11.2018 - “Abel Məhərrəmovun konfransda kefli çıxış edib” – Deputat təsdiqlədi

16.11.2018 - İdris İsayev təhsil nazirinin müavini təyin olundu

15.11.2018 - Abel Məhərrəmov rektor vəzifəsindən çıxarıldı - Səbəblər: Madriddəki sərxoşluq, 2 tonluq yük və...

15.11.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

15.11.2018 - Prezident Gəray Fərhadovu işdən çıxartdı

15.11.2018 - “Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi

15.11.2018 - Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..."

15.11.2018 - Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

15.11.2018 - Xaşoginin nişanlısı: Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü?

15.11.2018 - "İndi mən camaatın arasına necə çıxım?" - Deputatdan etiraz

15.11.2018 - Eldar Əzizov Bakı meri oldu - Sərəncam

Facebook