Məktəbdə proqram bitib, amma şagirdlər “oxuyurlar”

08 iyun 2016
Məktəbdə proqram bitib, amma şagirdlər “oxuyurlar”
Dərs ilinin uzadılması ciddi narazılıq yaradıb

Dərs ilinin iyunun 14-dək uzadılmasına görə etirazlar səngimir. Təhsil müddətinin uzadılmasına həm valideynlər, həm də ekspertlər narazılıq edir, bununla bağlı sosial şəbəkələrdə ciddi müzakirələr aparılır. Valideynlər uşaqlarının səhhətində hətta problemlər yarandığını deyirlər.

Valideynlərin sözlərinə görə, uşaqlar məktəbə əzgin, yorğun halda gedir, onlarda iştahsızlıq, yuxusuzluq yaranıb. Bir çox narazı valideynlər bu problemlərin əvvəlcədən yaranacağını bildikləri üçün təhsil nazirinə, digər səlahiyyətli orqanlara müraciət edərək dərs ilinin sentyabrın 1-i başlayıb mayın 25-də yekunlaşmasını xahiş etmişdilər. Bunun üçün də petisiya və imzatoplama kampaniyasına başlamışdılar. Ancaq bu müraciətə Təhsil Nazirliyinin cavabı müsbət olmadı. Dərs ilinin iyunun 14-dək uzadılması müəllimlərin də narazılığına səbəb olub. Müəllimlər uzadılmış 2 həftə üçün onlara tədris proqramının verilməməsindən gileylənirlər. Artıq bir sıra məktəblərdə şagirdlərin dərsliklərinin bir qismi yığılıb.

Pediatr Vaqif Qarayev ibtidai sinif şagirdlərinin fiziki baxımdan artıq dözmədiklərini dedi: “Fakt budur ki, proqram qurtarıb. Amma uşaqlar yenə də ”oxuyurlar". Elmi tərəflərinə toxunmayacağam. Son günlərin müşahidələrini bölüşürəm: İbtidai sinif şagirdləri artıq fiziki baxımdan dözmürlər. Bu da uşağın psixikasında əlavə problemlər yaradır. Yorğunluq, üzgünlük, süstlük, əsəbilik, yuxunun pozulması, diqqətin konsentrasiya olunmaması, iştahanın pozulması və sairə kimi problemlər yaradır. Dərs ilinin uzadılması uşaqlarda kitab-dəftərə qarşı “ikrah” hissi yaradıb. Valideynlərin şikayətlərini ümumiləşdirib yazdım. Bu əlamətlər tədris ilinin uzadılması ilə bağlıdırmı?! Düşünürəm ki, bağlıdır! Çünki əvvəllər dərs ilinin sonunda biz bunu müşahidə etmirdik. Yəqin pedaqoqlar da fikrimi təsdiq edəcəklər, çünki özləri də yorulublar".

Pediatr bunun keçici olacağını bildirdi: “Düşünürəm ki, bu əlamətlər keçicidir. Yəni istirahətə başlayandan sonra sağlamlıqlarındakı problemlər bərpa olunacaq. Amma məsələ orasındadır ki, axı bu problemlər uşaqda niyə yaranmalıdır?! Onsuz da əksəriyyətinin bədən müqaviməti zəif olan uşaqlara biz də əlavə problemlər yaratmırıqmı?! Hər halda, pedaqoqların öz arqumentləri olacaq. Mən məsələyə tibbi aspektdən yanaşıram”.

Psixoloq Dəyanət Rzayev uşaqlarda adaptasiya prosesinin çətin getdiyini dedi: “Yeni olduğu üçün ola bilər ki, uşaqlar üçün adaptasiya prosesi çətin olsun. Mən təhsilin müddətinin uzadılmasında bir məna görmürəm. Gecə yatıb yuxuda nə görürlərsə, səhər oyanıb o qərarı verirlər. Amma bu qərarın uşaqların səhhətinə, psixikasına necə təsir edəcəyini düşünmürlər. Təhsil müddətini əvvəlki kimi saxlayıb əlavə fənlər artırmaq olardı. Sovet vaxtında olan təhsil strukturu çox yaxşı idi. Düşünürəm ki, onu qoruyub saxlamaq lazım idi. Uşaq bir struktura uyğunlaşır, sonradan dəyişiləndə bu, uşaqların psixikasına təsir edir və problemlər yaradır. Tədricən ilbəil uşaqlar buna öyrəşəcək. Təhsil ili mayın 25-i və ya 31-i bitsəydi, daha yaxşı olardı”.

Qeyd edək ki, hələ ötən il Təhsil Nazirliyi Azərbaycanda tədris həftəsinin orta göstəricisinin 32 həftə olması və bunun 35 həftəyədək artırılması ilə əlaqədar Nazirlər Kabinetinə təklif göndərmişdi və bu təklif qəbul olunmuşdu.

Səbəb də göstərilirdi ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrdə il ərzində tədris həftəsinin orta göstəricisi 38 həftə olduğuna görə Azərbaycanda da bu rəqəmə yaxınlaşma münasib hesab edilib. Nazirlik rəsmilərinin fikrincə, bu da şagirdlərin həftəlik təlim yükünün xeyli yüngülləşməsinə səbəb olacaq.
Xəbəriniz olsun

24.11.2017 - Süleyman Mikayılov Eldar Əzizova görə deputatı döydü - ŞOK TƏFƏRRÜAT

23.11.2017 - MN: Azərbaycan hərbi qulluqçusunun cəsədi neytral zonadadır

22.11.2017 - Ərdoğan: Qarabağ problemini yalnız Rusiya həll edə bilər

22.11.2017 - Rəsulzadənin xanımının məzarı tapıldı

22.11.2017 - Bakıda avtobus qəzaya düşdü: Yaralılar var

22.11.2017 - Abdin Fərzəliyevin özbaşınalığı Azərbaycan dövlətinin "başında çatladı": Narazılar Putindən kömək istədi

21.11.2017 - Putin Soçidə Bəşər Əsədlə görüşdü

21.11.2017 - İran-İraq sərhədində güclü zəlzələ baş verib

20.11.2017 - Azərbaycanlı adamyeyəndən dəhşətli etiraflar: "Qızları aparırdım Xaçmaza, ət maşınından çəkirdik, yeyirdik... ...

20.11.2017 - Xırdalanda doğuş zamanı komaya düşmüş 22 yaşlı ana dünyasını dəyişib

20.11.2017 - Təhsil İdarəsinin müdiri işdən azad olundu və saxlanıldı: Müəllim onu niyə bıçaqlamışdı?

20.11.2017 - Abdin Fərzəliyev işə gəlmir? - Şikayətçilər onu yerində tapa bilmir + İLGİNC İTTİHAMLAR, Video

20.11.2017 - "Qarabağ" - "Çelsi" oyunu üçün 400 avtobus ayrıldı

20.11.2017 - Bakıda zavodda partlayış: ölən və yaralananlar var

20.11.2017 - Məleykə Əsədova Ramiz Məlikdən 200 min istədi – Məhkəmə

20.11.2017 - Lotu Quliyə qarşı sui-qəsdin təfərrüatı

20.11.2017 - İcra başçısı pambığa görə 45 dəqiqə ərzində məmurları 126 dəfə söyüb: "...dağıdacam, it uşağı"

20.11.2017 - Telman İsmayılov: “Mən qatil deyiləm”

20.11.2017 - Sarkisyan Putinin qabağında ağladı və soruşdu ki... – Qapalı Moskva görüşündə nələr BAŞ VERİB?

Facebook