Ulduzlar iyunun 10-na nə vəd edir? - FAL

10 iyun 2016
Ulduzlar iyunun 10-na nə vəd edir? - FAL
Qoç - müsbət tendensiyaların təsiri yalnız günün birinci yarısında hiss olunacaq, ona görə də bu müddət ərzində çox işi çatdırmalısınız. Sonrakı saatlarda vəziyyət yaxşılığa doğru dəyişməyəcək. Bu səbəbdən sizin üçün vacib olan işləri təxirə salmaq olmaz.

Buğa - ulduzlar sizin tərəfinizdədirlər. Müsbət tendensiyaların təsiri səhərdən axşamadək sizi müşaiyət edəcək. Bu gün gözlədiyinizdən də artığına nail olacaq, bir sıra uğurlu və yerində olan qərarlar qəbul edəcəksiniz.

Əkizlər - yeni işə girişə, gücünüzü tanış olmayan sahədə sınaya bilərsiniz. Emosional fon əlverişlidir. Ona görə də gün ünsiyyət, görüşlər və yeni tanışlıqlar üçün münasibdir. Pul gəliri və uğurlu sövdələşmələr mümkündür.

Xərçəng - üzərinizə o qədər də çox iş götürməyin. Bu gündən aktiv fəaliyyətdənsə istirahət və gücünüzü bərpa etmək üçün istifadə etməyiniz məsləhətdir. Yaradıcılıq potensialı aşağı səviyyədədir. Qeyri-standart qərarlar tələb edən çətin işlər sizi cəlb etməyəcək. Lakin aid işlərin öhdəsindən əla gələcəksiniz.

Şir - bu gün yəqin ki, sizinki gətirəcək. Hadisələrin uğurlu inkişafı bir qədər ehtiyatla girişdiyiniz işdə uğura imkan verəcək. Əsas məsələ birinci addımı atmaqdır. Bundan sonra hər şey daha asan olacaq. Bu gün sizə kömək edən adamlar öz maraqlarını da unutmayacaqlar. Odur ki, əməkdaşlıq qarşılıqlı faydalı olacaq.

Qız - ünsiyyət dairəsi genişlənir, sizin üçün tək yeni həmfkirlər yox, həm də yeni dostlar yaranacaq. Birgə səfərlər, istirahət və əyləncə planlaşdırmaq olar. Yaradıcılıq potensialınız yüksəkdir. İdeyalarınız ətrafdakıların xoşuna gələcək.

Tərəzi - həyat potensialı aşağıdır. Bu gün həmişəkindən daha tez yorulacaq, ruhi tarazlığınızı daha asan itirəcəksiniz. Yaxınlarınız sizin səbrinizi sınağa çəkəcək. Günün ikinci yarısında işlər ciddi münaqişəyə çata bilər. Təmasları məhdudlaşdırmaq, çətin məsələlərin müzakirəsindən yayınmaq məsləhətdir.

Əqrəb - gün başgicəlləndirici və parlaq qələbələr gətirməsə də, əvvəlki günlərlə müqayisədə daha yaxşıdır. Əvvəla, yolunuzdakı maneələr o qədər də çox deyil, ikincisi, ətrafdakılar məqsədinizə çatmaqda sizə fəal yarıdm edəcəklər. İstənilən əməkdaşlıq hədsiz məhsuldar olacaq.

Oxatan - bu gün sizə asan olmayacaq. Hadisələr heç də arzuolunan məcrada inkişaf etməyəcək. Düzgünlük və intizamlılığına bel bağladığınız adamlar sizi pis vəziyyətdə qoyacaqlar. Maddi çətinliklər ehimalı var. Əgər şübhəli sövdələşmələrlə vəziyyəti düzəltməyə çalışsanız, çətinliklər daha da artacaq.

Oğlaq - nəhayət ki, mənfi tendensiyalar geri çəkilir, sizə sakit, hətta, xoş gündən zövq almağa imkan verir. Əlverişli məqamdan yararlanmaq və yeni işə başlamaq olar. Eləcə də, dincəlmək və gücünüzü bərpa etmək olar. Hər bir halda, vaxtınız hədər getməyəcək. Ailədə fikir ayrılıqları istisna deyil. Amma onlar müvəqqəti xarakter daşıyacaq.

Dolça - işgüzar təmaslar və vacib məsələlərin müzakirəsi üçün əlverişli gündür. Gələcəkdə çox yaydalı olacaq adamları öz tərəfinizə çəkə bilərsiniz. Sevdiyiniz adamlar dərhal dil tapmaq alınmayacaq, boş şeylər üstündə mübahisələr mümkündür.

Balıqlar - ünsiyyət və görüşlər üçün o qədər də əlverişli gün deyil. Hətta ən yaxın və sizi sevən insanlarla da qarşılışlı anlaşmaya nail ola bilməyəcəksiniz. Belə bir vəziyyətdə başqaları ilə münasibətlər barədə heç danışmağa da dəyməz. Axşam saatları günün ən gərgin vaxtıdır. Bu zaman istənilən boşluq və ya ehtiyatsız söz münaqişəyə səbəb ola bilər.
Xəbəriniz olsun

17.12.2017 - Mixail Saakaşvili binanın damına niyə çıxdı? – AÇIQLAMA

15.12.2017 - “Sumqayıt” “Qarabağ”ı Azərbaycan Kuboku yarışlarından kənarlaşdırdı

15.12.2017 - Müsavat başqanı “bandotdel”ə çağırılıb

15.12.2017 - “Nar” abunəçiləri həftə sonlarında pulsuz danışır

15.12.2017 - İlham Əliyev Sumqayıta gedib

15.12.2017 - Nadir Emin Ağalarovu yıxdı-sürüdü: Qədr bilən olsaydı, Leyla xanımın...

15.12.2017 - Əməkdar artistin oğlu azadlığa çıxdı

15.12.2017 - Azercell"dən soyğun kimi "rouminq" xidməti - Tanınmış bloggerin başına bu oyunu açdılar

15.12.2017 - Ulduzlar dekabrın 15-nə nə vəd edir - FAL

15.12.2017 - Ulduzlar dekabrın 15-nə nə vəd edir - FAL

15.12.2017 - Saakaşvili: Putin məndən şeytandan qorxduğu kimi qorxur

14.12.2017 - Putin: “Saakaşvilinin etdikləri Ukrayna xalqının üzündə tüpürcəkdir”

14.12.2017 - Bu dərmana görə 2 qurum üz-üzə gəldi - Biri qadağa qoydu, digəri isə...

14.12.2017 - Kamaləddin Heydərovun xalası oğlunun şirkətləri niyə bağlandı?

14.12.2017 - “Nar” BakuTel stendində keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıldı

14.12.2017 - İcra hakimiyyətinin baş mühasibi tutuldu - Rüşvət alıb sosial yardım düzəldirmiş

14.12.2017 - Müsavat başqanının müavini istefa verdi

14.12.2017 - “Qoca”nın qaçışına görə həbs olunan qarovul rəisindən – ETİRAF

12.12.2017 - BALACA CAHANDARA DƏSTƏK OLAQ!

Facebook