“Nar” və “Rabitə” idman klubunun yetişdirdikləri balaca boksçular ilk uğurlarına imza atıblar

10 iyun 2016
“Nar” və “Rabitə” idman klubunun yetişdirdikləri balaca boksçular ilk uğurlarına imza atıblar
Mobil operatorun dəstəyi ilə peşəkar boks məşqlərinə qatılmış balacalar 3 medal qazanıblar

“Nar” operatorunun tərəfdaşı olan “Rabitə” idman klubu qələbələr seriyasına davam edir. Boks klubu özünün növbəti uğurunu 1 saylı Uşaq gənclər idman məktəbinin (UGİM) 28 may – Respublika gününə həsr olunmuş boks üzrə məktəblilər arasındakı açıq birinciliyində qazanıb. Belə ki, 18-20 may 2016-cı il tarixləri arasında keçirilmiş yarışda iştirak edən “Rabitə” idman klubunun boksçuları 7 qızıl, 4 gümüş və 6 bürünc olmaqla 17 medal əldə ediblər.

Qeyd edək ki, “Nar” və “Rabitə” idman klubunun birgə həyata keçirdikləri “Kimsəsiz uşaqlara və aztəminatlı ailələrin övladlarına dəstək” layihəsinin nəticəsi olaraq bu yarışda iştirak edən 3 azyaşlı idmançı – Rəsul Məmmədov, Fərid Şükürov və Həsən Hüseynov müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerləri tutmaqla yüksək nailiyyət göstəriblər.

“Nar” operatoru “Rabitə” idman klubunun baş sponsorudur. Bu sponsorluq çərçivəsində mobil operator idman sahəsinə öz əvəzsiz töhfəsini verməklə yanaşı, bir sıra sosial layihələr həyata keçirir. İdman və gənclərin asudə vaxtının səmərəli təşkil edilməsinə yönəlmiş layihə çərçivəsində “Nar” kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqlar üçün “Rabitə” idman klubunda pulsuz peşəkar boks məşqlərinin keçirilməsinə dəstək olur.

Şirkətin Korporativ Məsuliyyət Strategiyası (KSM) çərçivəsində həyata keçirilən layihələr haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən ala bilərsiniz.
Xəbəriniz olsun

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

06.12.2018 - Eks-nazir qardaşından şok addım - Girov saxlayıb, hədə-qorxu ilə 140 min alıb

06.12.2018 - Əhməd Əhmədzadənin “EVRASCON”-la müdhiş işbirliyi - İTTİHAM

Facebook