Azərbaycanlı oliqarxın sarayında erməni toyu: Sərkisyanın dostu Qutseriyevi necə yamsıladı

10 iyun 2016
Azərbaycanlı oliqarxın sarayında erməni toyu: Sərkisyanın dostu Qutseriyevi necə yamsıladı
Xəbər verdiyimiz kimi ötən bazar günü Moskvada Telman İsmayılova məxsus olan, ancaq borca görə Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankına (MBA-Moskva) verilən “Safisa” şadlıq sarayında erməni milyarder, “Taşir” şirkətlər qrupunun prezidenti Samvel Karapetyan oğluna toy edib.

Virtualaz.org qeyd edir ki, Samvel Karapetyan Rusiyadakı erməni diasporunun liderlərindən biridir və Ermənistan prezidenti Serj Sərkisyanın dostudur. Bu səbəbdən toyda Serj Sərkisyan da iştirak edib, onun toya iştirakı barədə erməni mənbələri susublar. Ancaq toydan yayılan qısa videokadrlarda Sərkisyanın nəhəng monitorda bir-iki saniyəlik görüntüsü əksini tapıb.

Lakin belə görünür ki, erməni milyarderin azərbaycanlı oliqarx Telman İsmayılovun sevimli əyləncə məkanı olan, hazırda Azərbaycanın mülkiyyəti hesab edilən sarayda təşkil etdiyi toy qıcıq doğurub. Və belə təxmin etmək olar ki, mart ayında həmin sarayda oğluna əfsanəvi toy mərasimi keçirmiş inquş neft maqnatı Mixail Qutseriyevin xoşuna gəlməyib.



Belə qənaətə gəlməyə Rusiyanın Kostroma vilayətində fəaliyyət göstərən events44.ru adlı xəbər portalında yerləşdirilmiş məqalə əsas verir. Məqaləni sanki Qutseriyevin diqtəsi ilə yazıblar və erməni milyarderin ünvanına sərt ifadələrə yer veriblər. Səbəb isə Karapetyanın Qutseriyevlə yarışmaq və ondan geri qalmadığını göstərmək səyləridir.

“Əldəqayırma və sonradan varlanmış digər görməmişlər ölkənin aparıcı sahibkarlarında biri Mixail Qutseriyevin oğlu Səid Qutseriyevin gözəllər gözəli gəlini Xədixə Ujaxova ilə dəbdəbəli toyunu yamsılamağa nə qədər can atsalar da heç nə alınmır. Növbəti belə cəhdlərdən birini erməni biznesmen Samvel Karapetyan edib. O, oğlu Sərkisi gürcü biznesvumen Salomeylə evləndirib”-nəşr yazır.

Sayt bu məqamda Karapetyanın gəlinin adına diqqəti cəlb edir, elə Salomey adının hər şeyi dediyini yazır. “Çünki Bibliyaya görə məhz Salomey ən çox inanılan peyğəmbərlərdən biri İonnanın ölümünə səbəb olub. Gənc rəqqasə Salomeyin rəqsi iuda çarı İrodu o qədər heyran edib ki, o, rəqqasənin istənilən arzusunu yerinə yetirməyə razılaşıb. Salomey peyğəmbərin başını istəyib və onun xahişi yerinə yetirilib”-nəşr yazır.

Karapetyanın oğlunun toyunun pisləndiyi həmin yazıda deyilir ki, bu nigah mərasiminin qəhrəmanlarının fantaziyaları və niyyəti ancaq bu idi: Qutseriyevin oğlunun toyundakı dəbdəbəyə çatmaq.



“Lakin Səidin və onun gözqamaşdırıcı gözəlliyə malik gəlini Xədicənin toyu doğrudan da qeyri-adi dərəcədə parlaq və heyratamiz idisə Karapetyanlar bu toyun ancaq solğun surətini ortaya çıxara bildilər. Özünüz fikirləşin, bu erməni-gürcü toyunda zalın bəzədilməsi milyonlarla rəngbərəng güllə zalı bəzədən Qutseriyevin nou-hausunun axmaq təkrarı idi. Yaxud Karapetyanın anqajə etdiyi estrada ulduzları...Fərq ancaq ondadır ki, “Taşir”in sahibi qənaət edib: toyda iştirak edən artistlərə bütün hörmətimizə baxmayaraq onları Qutseriyevin dəvət etdiyi Stinqlə, Cenifer Lopeslə, Enrike İqlesiasla heç cür müqayisə etmək olmaz.

Bu siyahını Qutseriyevlərin toyunun London hissəsi ilə davam etdirmək olar, hansı ki, orada Robbi Uilyams, Pink, Kelli Minouq və digər məşhurlar çıxış etmişdi. Qutseriyevlərin təkcə dünya ulduzlarına verdiyi qonorarların məbləği 30 milyon avro təşkil edir!

Və nəhayət toyda hökmən rəsmi şəxslərin, konkret olaraq Dağlıq Qarabağda hərbi münaqişənin alovlandığı bir vaxtda özünə xoş istirahət üçün vaxt tapan Ermənistan prezidentinin də iştirakı açıq-aşkar plagiatdır. Bəlkə Karapetyanlar Qutseriyevlərə çatmaq üçün bu qədər dəridən-qabıqdan çıxmasalar yaxşıydı? Axı mass-medianın və biznes-cameənin yekdil mövqeyinə görə Qutseriyevlərin Moskvada və Londondakı toyu yaddaşlarda onsuz da təkraredilməz, ən dəbdəbəli və parlaq mərasim kimi qalacaq”-sayt yazır.
Xəbəriniz olsun

15.08.2018 - “Mütəllibov pulları zirzəmidə saxlayırdı” – Araz Əlizadədən manat açıqlaması

15.08.2018 - "Rəis dedi ki, şərait yarat, Fədayə Etibarla görüşsün"- Həbsxana qaçışında yeni faktlar

15.08.2018 - İcra başçısının müavini idarə rəhbərlərindən qoyun istədi: çəkisi 15 kq-dan az olmasın - FOTOFAKT

15.08.2018 - “Azercell”də gün - gündən yeniləşən maxinasiya və ya qəpiklərin üstündə qurulan səltənət

15.08.2018 - İntihar anonsu verən tanınmış jurnalist xəstəxanaya yerləşdirildi

15.08.2018 - Qurban Qurbanov: “Komandamdan razıyam”

14.08.2018 - İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı...

14.08.2018 - Hakimiyyətin media kapitanları arasında savaş başladı: APA agentliyi niyə bağlandı?!

14.08.2018 - Ərdoğandan ABŞ-a BOYKOT HƏMLƏSİ: "Onların “Ayfon”u varsa, bizim də..."

13.08.2018 - "“Qarabağ”ın ilk dəqiqələrdən yüksək templə çıxış edəcəyini gözləyirik” - BATE-nin Baş məşqçisi

13.08.2018 - “Nar” müştəri loyallığı indeksinə görə liderdir

13.08.2018 - Türkiyənin ABŞ-a 2,8 trilyon dollarlıq cavabı

13.08.2018 - Müğənni Manaf Ağayevin intihar fikrindən daşındırdığı əlilə 4 otaqlı ev verildi

Facebook