Cahangir Hacıyevin Çexiyadakı mülkü və Britaniya pasportu daşıyan xanımı

13 iyun 2016
Cahangir Hacıyevin Çexiyadakı mülkü və Britaniya pasportu daşıyan xanımı
Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin barəsində qiyabi həbs qərarı çıxarılmış və beynəlxalq axtarışa verilmiş xanımı Zamirə Hacıyevanın adına xaricdə çoxsaylı mülklər var. Virtualaz.org xəbər verir ki, “Azadlıq” qəzeti belə mülklərdən birinin fotosunu dərc edib. Mülk Çexiyanın Çeske Budojeviç şəhərində yerləşir, 4 mərtəbəlidir və lüks məhəllədə yerləşməklə bazar dəyəri 4 milyon dollardan artıqdır. Hərçənd ki, qəzet göstərilən mülkün Cahangir Hacıyevə və ya xanımına məxsusluğunu təsdiq edən sənəd göstərməyib.

Xəbər verildiyi kimi Nərminaov rayon məhkəməsi Zamirə Hacıyevanın barəsində iyunun 1-də həbs qərarı çıxarıb. Məhkəmənin qərarında deyilir ki, Zamirə Hacıyeva ərinin təşkil etdiyi mütəşəkkil qruplaşmanın tərkibində 2009-cu ildən 2015-ci ilin iyun ayına qədər 10 ədəd kredit kartı vasitəsilə Beynəlxalq Bankın filiallarından üst-üstə 18 milyon manatdan çox (o vaxtkı məzənnə ilə) vəsaiti faizsiz kredit adı altında götürüb və dəbdbəli istirahətə, restoranlara, səyahətə, gözəllik salonlarına və s. xərcləyib. Bir sözlə, o, dövlətə məxsus banka ərinin pul qabı kimi yanaşıb. Qərarda göstərilir ki, Z.Hacıyeva 2014-cü ildə ölkəni London istiqamətində tərk edib.

Lakin Zamirə Hacıyevanın barəsində çıxarılmış qərar formal xarakter daşıyır. Çünki Cahangir Hacıyevin vəkili Aqil Layıcovun dediyinə görə Zamirə Hacıyeva 10 ildən artıq xaricdə yaşayır, xarici ölkə vətəndaşıdır və onun ekstradisiyası, istintaqa cəlb olunması mümkün deyil.

Belə görünür ki, Cahangir Hacıyev Beynəlxalq Bankdan çıxardığı pulları xarici ölkə pasportu daşıyan xanımının adına aldığı mülklərə yatırıb və ya hesablara yerləşdirib. Bu halda bankın pullarını geri qaytarmaq doğrudan da çətin məsələdir. Z.Hacıyeva Britaniya vətəndaşıdır və bu vətəndaşlığı almaqda da görünür ona Londonda mülk sahibi olması kömək edib.

Xatırladaq ki, Z.Hacıyeva 2000-ci illərin əvvəllərində Hacı Məmmədovun bandası tərəfindən oğurlanmışdı və onun azad edilməsi üçün qanqsterlər 2 milyon manat tələb edirdilər. Lakin Hacı Məmmədovun bandası ələ keçdiyinə görə bu əməliyyat yarımçıq qaldı.
Xəbəriniz olsun

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

06.12.2018 - Eks-nazir qardaşından şok addım - Girov saxlayıb, hədə-qorxu ilə 140 min alıb

06.12.2018 - Əhməd Əhmədzadənin “EVRASCON”-la müdhiş işbirliyi - İTTİHAM

Facebook