Siyavuş Novruzov: “A kişi, göydən dollar, manat yağır?”

14 iyun 2016
Siyavuş Novruzov: “A kişi, göydən dollar, manat yağır?”
“Cərimə sanksiyaları ilə maaşdan əlavə pul alan məmurlar maraqlı olacaqlar ki, daha çox cərimə yazsınlar. Yaxud da onlar vətəndaşların maliyyə intizamını pozmasına görə onlara cərimələr yazmağa çalışacaqlar”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev Vergi Məcəlləsinə edilən dəyişikliyə münasibət bildirərkən deyib.

Deputat bəzi dövlət orqanlarının əməkdaşlarının vəzifələrinin öhdəsindən gələ bilmədiyini söyləyib:

“Elə dövlət orqanları var ki, onların əməkdaşları cərimə yaza bilmir. Elə nazirliklər var ki, oranın əməkdaşları maliyyə sanksiyası tətbiq edə bilmir. Bəs onların əmək haqları necə olacaq? Belə çıxır ki, onların maaşları artmayacaq? Ona görə də məmurların daşıdığı vəzifə, intellektual yük, stress nəzərə alınmalıdır və əmək haqqı buna uyğun təyin edilməlidir”.

Q.Həsənquliyev maaş məsələsində sosial ədalət prinsipinə əməl edilməsinin vacibliyini xüsusi vurğulayıb:

“Kimin səlahiyyəti və hüququ varsa, maliyyə sanksiyası tətbiq edib yaxşı yaşayacaq. Kimdə yoxdursa, az maaşla əziyyət çəkəcək? Bu, düzgün deyil. Mən inanıram ki, bu cür sosial ədalətsizlik ardan qaldırlacaq. Məsələn, Tərtərdə xidmət edən zabit cərimə yazmırsa, yaxud maliyyə sanksiyası tətbiq etmirsə, maaşı artmalı deyil?”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da həmkarının fikirlərini dəstəkləyib:

“Şəffaflıqdan, birlikdən danışırıqsa, büdcədənkənar vəsait anlayaşını başa düşə bilmirəm. Əgər işçinin sosial vəziyyətini yaxşılaşdırmaq istəyirsənsə, bu dövlət büdcəsinə daxil edilsin. Müxtəlif dövlət qurumlarının büdcəsi artırılsın, eləcə də orada əmək haqqı fonduna ayrılan vəsait artsın. Çünki büdcədənkənar vəsaitləri nə Hesablama Palatası, nə də digər dövlət qurumları yoxlaya bilir. Hətta onların işi məhdud olur. Haradan bilim ki, Vergilər Məcəlləsinə edilən dəyişiklikdən sonra kimlər nə qədər mənfəət götür?! Buna kim zəmanət verə bilər? Ziyad Səmədzadə buna zəmanət verə bilərmi? Burada tərəfkeşlik, ayrı-seçkilik nə dərəcədə tənzimlənəcək. Hazırda bu rəqəm 25 faizdir, indi isə biz bunu 50 faiz edirik. Gələcəkdə bu, 100 faiz ediləcək. Belə çıxır ki, insanlar qazandıqları pulu ancaq vergi işçilərinin əmək haqqının artırılmasına versin. Bu cür yanaşma düzgün deyil. Bir də görürsən ki, regionlarda hansısa abadlıq işi aparılanda deyirlər ki, bunu büdcədənkənar vəsait hesabına həyata keçirmişik. A kişi, göydən dollar, manat yağır? Prezidentin Ehtiyat Fondu var və ənənəvi şəkildə regionlara maliyyə vəsaitləri ayrılır.

Həmin o məbləğlər də büdcədə nəzərdə tutulmuş vəsaitdir. Hər şeyin hesabı-kitabı var. Ümumiyyətlə, bu cür yanaşmalar ləğv edilməlidir. Daxil olan bütün vəsaitlər dövlət büdcəsinə köçürülməlidir.

Cəbhəboyu ərazilərdə xidmət edən əsgərlərin maaşı niyə artırılmasın? Halbuki onlar yağışda, boranda vətənin keşiyində dururlar.

Ancaq maliyyə sanksiyası tətbiq edə bilmədiyindən onun sosial təminatı yaxşılaşmır. Bu kimi sanksiyalar nəzərdə tutulanda bunu aidiyyətiı qurumlarla razılşadırıb sonra tətbiq etmək lazımdır. Hansı xarici ölkənin təcrübəsində belə bir yanaşma var? Özümüzdən Amerika kəşf etməli deyilik. Sanksiyaların tətbiq edilməsinə qarşı deyiləm. Sadəcə istərdim ki, bütün əldə olunan vəsaitlər dövlət büdcəsinə daxil olsun. Yalnız bundan sonra şəffaflıqdan danışmaq olar. Əks təqdirdə, biz rüşvətxorluq mənbəyi yaradırıq”.

İclasda iştirak edən vergilər nazirinin müavini Sahib Ələkbərov isə bildirib ki, büdcədənkənar fondda hər bir manat ciddi nəzarət altındadır: “Burada heç bir şübhə ola bilməz”.
Xəbəriniz olsun

19.11.2017 - İcra başçısının müavini maaşını istəyən fəhləni söydü, döydü və...

19.11.2017 - Qurban Qurbanov bu futbolçunu "Qarabağ"dan qovdu

17.11.2017 - Azərbaycanda benzin bahalaşdı

17.11.2017 - Bakıda evi uçurulan şəxs özünü doğradı: “Mənim evimi niyə sökdünüz?” (VİDEO)

17.11.2017 - Zeynəb Xanlarova Rasim Balayevin xəstəliyi haqda

17.11.2017 - Ərdoğan: “Putin Qarabağ probleminin həllinə inanmır”

17.11.2017 - Lənkəranskinin qardaşı haqda şok məhkəmə qərarı (Video)

15.11.2017 - Sumqayıtda avtobuslar daşa basıldı

15.11.2017 - Qurban Qurbanovun islahatları istefalarla başladı: Kimlər getdi, kimlər gələcək?

15.11.2017 - Azərbaycanda ünvanlı sosial yardım ləğv olunacaq

15.11.2017 - BAKIDA DƏHŞƏT: İçdiyi araq butulkası ilə özünü öldürdü – TƏFƏRRÜAT

15.11.2017 - Millimizin futbolçusu azarkeşi təhqir edib, söhbətə çağırdı: "Ağıllı ol"

15.11.2017 - Ramil Usubov rəisi təqaüdə göndərdi

15.11.2017 - Zaur Hüseynov bu hadisəyə görə onları cəzalandırdı: Rəisi işdən çıxardı

15.11.2017 - Ceyranbatanda məktəbdə faciəvi dava - araya girən xadimə aldığı xəsarətdən ölüb

15.11.2017 - Pensiyalar necə hesablanacaq? - Nazir detalları açıqladı

15.11.2017 - NİDA-çı gənc həbs olundu

15.11.2017 - Ramiz Zeynalovun böyük imperiyası: Xırdalandakı DYP-dən ucqar Tovuzadək...

14.11.2017 - “Fəzail İbrahimlinin oğlumu gündəmə gətirməyi namərdlikdir” - Adaş deputatlar arasında savaş

Facebook