Kristian Ronaldo pulunu hara xərcləyir?

15 iyun 2016
Kristian Ronaldo pulunu hara xərcləyir?

Dünyanın ən çox qazanan idmançısı Kristian Ronaldo milyonlarını necə qazanır, necə xərcləyir? Bu sual futbol həvəskarı olan çoxlarını maraqlandırır.

Xarici mətbuatda gedən xəbərlərə görə, Ronaldo pulunun böyük bir qismini reklam sözləşmələrindən qazanır. “Nike”dən 13 milyon dollar qazanan Ronaldonun “Herbalife”, “Castrol”, “Samsung” və “KFC” kimi şirkətlərlə də razılaşması var.
Sponsorluq razılaşmaları “Real”dan (Madrid) olan futbolçu ildə bundan 50 milyon dollar qazanır. Əgər “Real”dan ayrılsa, onu alan komanda “Real”a 1 milyard dollar ödəməli olacaq.

“Business Insider” Ronaldonun pulunu necə xərclədiyini araşdırıb.
Məlumatlara görə, ulduz futbolçu pulunun böyük bir qismini bahalı avtomobillərə xərcləyir. O, 300 min dollarlıq “Lamborghini Aventador” və “Maserati”, “Bentley”, “Porsche” və “Mercedes” markalı avtomobillərə sahibdir.

Ronaldo həm də fantastik qiymətə olan villalara sahibdir. La Finkada 7 milyon 100 min dollarlıq bir villada yaşayır. 2015-ci ildə Manhettendakı “Tramp qüllələri”ndə bir mənzilə 18,5 milyon dollar xərclədiyi deyilir.

Bundan başqa, Ronaldonun evinin girişində qoydurduğu bal mumundan düzəldilmiş heykəlinə 29.000 dollar xərcləyib.

Ronaldo eyni zamanda moda həvəskarıdır. Əslində futbol formasından sonra Ronaldonun ən sevdiyi geyim bahalı kostyumlardır.

“Armani” markasının siması olan Ronaldonun modellik etdiyi alt paltar markası da yaxın zamanda hər kəsin rəflərdə yerini alacaq.

Ulduz futbolçu xeyriyyə işlərinə də əhəmiyyət verir. O, Portuqaliyanın mərkəzində yerləşən xərçəng xəstəliyindən müalicə mərkəzinə 165 min dollar bağışlayıb, həmçinin 10 yaşlı fanatının beyin əməliyyatı üçün 83 min dollar ödəyib.
Xəbəriniz olsun

20.06.2018 - Sabiq nazir özünə məxsus klinikada həkim nəzarətidndədir - YANINA HEÇ KİM BURAXILMIR

20.06.2018 - “GünayBank”da 100 milyon oğurluq qalmaqalı – təfərrüat

20.06.2018 - Azərbaycan ordusunun Naxçıvandakı zəfərinin videosu yayımlandı

19.06.2018 - Qurban Qurbanov “Qarabağ”ın Çempionlar Liqasındakı ilk rəqibi barədə

19.06.2018 - Paşinyanı qətlə yetirmək istədilər

19.06.2018 - İntihardan öncə çəkib nişanlısına göndərdiyi duyğusal video: "Tərlan, məni unutma..."

19.06.2018 - Pambıq zəhərlənməsi naziri İmişliyə apardı

19.06.2018 - Ermənistanın təyyarəsi vuruldu - RƏSMİ

19.06.2018 - Dərnəgüldəki taxta bazarında yanğın: 500 minlik malı yanan ticarətçi özünü alovun içinə atdı

19.06.2018 - Qida Təhlükəsizliyi Agentliyində baytarlıq qaydaları: “Ət azı 2 dəfə bahalaşacaq…”

19.06.2018 - Neft dünyasında İsgəndər Şirəli hökmranlığı: Komleks Qazma İşləri Trestində nə baş verir?

19.06.2018 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi: Səfər Mehdiyev kimdir?

16.06.2018 - Zakir Həsənov müharibə anonsu verdi: "Hazır olmalıyıq..."

Facebook