Şeyxin qudası: "Danışan kimi məni ələ salırlar"

17 iyun 2016
Şeyxin qudası: "Danışan kimi məni ələ salırlar"
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam hacı Allahşükür Paşazadənin qudası, sabiq millət vəkili hacı Qalib Salahzadə növbəti həcc ziyarətinə hazırlaşır.

Savash.org bildirir ki, bu barədə ölkə.az-a sabiq deputat özü məlumat verib.

Q.Salahzadə deyib ki, bu il ümrə ziyarətinə getməyi planlaşdırır:

"İndiyədək 27-28 dəfə həcc ziyarətində olmuşam. Ümrə ziyarəti ilə isə daha çoxdur. Mən 2 dəfə müqəddəs Kəbə evinin içərisində olmuşam. Daha Kəbənin ətrafını deyil, içərisini ziyarət etmişəm. Əslində, ziyarətimlə bağlı çox danışmaq istəmirəm. Çünki danışan kimi məni ələ salırlar. Sataşaraq deyirlər ki, həcdə olub, həcdə olub. Bu müqəddəs ziyarətdir, bunu bir özün, bir də Allah bilməlidir. Digər tərəfdən isə hər adam həcc ziyarəti edə bilməz. Bir insanın həcc ziyarətinə getməsi üçün ilk növbədə uca Allahın izni olmalıdır. Yəni, Allah istəməsə, kimsə həccə gedə bilməz, ya qəfil xəstəsi çıxar, ya başı ağrıyar və sairə. Bəzən mənə sataşırlar ki, filankəs tez-tez həccə gedir və sairə. Mən Allah evini ziyarət edirəm. Anlamıram ki, Allah evinə getmək nə vaxtdan günah sayılır? Buna görə məni qınayanlar günah edirlər".

Q.Salahzadə guya qızıl biznesi ilə məşğul olması barədə bir sıra kütləvi informasiya vasitələrində yayılan xəbərlərə də münasibət bildirib:

"Mən indiyədək həcc ziyarətinə və Səudiyyə Ərəbistanına çox gedib-gəlmişəm. Ancaq mən nə buradan-oraya, nə də ki, oradan Azərbaycana bir hədiyyə belə aparmamışam. Allahın verdiyi ruzi-bərəkəti ondan savayı heç kəs ala bilməz. Məni Allah dolandırır. Mən belə deyəndə, bəziləri deyirlər ki, səni Allah dolandırırsa, məni də dolandırsın da. Həyatdır, elə şeylər var ki, Allah istəməsə, mümkün olmur. Adam da var ki, Allah onla milyonlar bəxş edib, ancaq elə dərd verib ki, həmin pullarla dərddən xilas ola bilmir. Yəni, Allahın bəxş etdiyi var-dövlət başqa şeydir. Mənim haqqımda kim nə deyirsə, özü üçün deyir. Kim ki həcc ziyarətinə gedib-gələn adamlara lağ edirsə, Allah özü onları cəzalandıracaq. Mən heç özümə görə demirəm, nə qədər insanımız var ki, həcc ziyarəti edib. Bu, onlara hörmətsizlikdir".
Xəbəriniz olsun

23.07.2019 - “İŞ OTAĞINDA ÖLÜ TAPILAN RƏİSİ TƏHDİD EDİBLƏR…” – ““Mənimsənilən 80 min manatı ona “yükləyiblər””

23.07.2019 - Bakıda gənc qız oğlana görə həmcinsi ilə dalaşıb - Özünü binadan atmaq istədi (TƏFƏRRÜAT-VİDEO)

23.07.2019 - Səfər Mehdiyevə "ittiham yağışı": "Baldızın oğlu büdcəni dağıdır, görmürsən?"

23.07.2019 - Prezident Murad Köhnəqalaya ev verdi

23.07.2019 - “Atama silah verdim ki, əsir düşsə, özünü öldürsün” - Aqil Abbas

23.07.2019 - Milyonluq tenderləri kimlər qazanır? – “Qohumlarıdır...”

23.07.2019 - Azərbaycanlı sürücü Kiyevdə yol polisini döyüb xəstəxanalıq etdi

23.07.2019 - Prezident Əzrayılla görüşübmü? - Müəmma davam edir...

23.07.2019 - Nənə-babanın xəstəxanaya atıb qaçdığı uşaqların atası tapıldı: "ÖZÜM BAXACAM..."

23.07.2019 - Bakının bu çimərliyində nəhəng ilan insanları qorxuya saldı - VİDEO

23.07.2019 - Ərəblər hamının gözü qarşısında təbii ehtiyaclarını ödəyir - İSMAYILLIDAN ŞOK FOTO

23.07.2019 - Elmar Vəliyevi güllələyən şəxslə bağlı yeni qərar

22.07.2019 - SSRİ-ni bərpa etmək istəyən sekta silaha əl atdı, Rusiyada həbslər başladı...

Facebook