Həyat yoldaşı Eldar Mahmudovun “ölümündən” danışdı

20 iyun 2016
Həyat yoldaşı Eldar Mahmudovun “ölümündən” danışdı
Bir neçə gündür ölkə mətbuatında sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun ölüm xəbəri yayılıb

Yayılan məlumatda sabiq nazirin evinə qapanaraq içki aludəçisi olduğu, bu səbəbdən ürəyində problemlər yaranaraq, yaşadığı bağ evində vəfat etməsi ilə bağlı xəbərlər ölkə KİV-də səngimək bilmir.

Yayılan xəbərin kütləviliyini və ölkə mətbuatında rezonans doğurduğunu nəzərə alan Bizimyol.info saytı, məsələ barədə açıqlama almaq üçün, sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun yaşadığı evə zəng edib. Dəstəyi qaldıran sabiq nazirin həyat yoldaşı Tahirə Mahmudova saytımıza qısa açıqlamasında yayılan məlumatın yalan olduğunu bildirib. “Belə məlumatlar hardan çıxır bilmirəm. Bəli, Eldar müəllimin səhətində problemlər var, amma ölüm faktı yoxdur. Heç elə bir şey də olmayıb. Məlumat yalandır”.

Qeyd edək ki, Eldar Mahmudovun həyat yoldaşı Tahirə Mahmudova Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyyasının katibi vəzifəsində çalışıb. O, səhətində problemlər yarandığı üçün, öz ərizəsi ilə işdən çıxıb.
Xəbəriniz olsun

20.11.2018 - Millinin ölüm-qalım mübarizəsi – 90 dəqiqəlik savaş

20.11.2018 - Gənc oğlan toy günü özünü asdı: - “Atasının bu sözlərindən sonra...”

20.11.2018 - "Azərbaycan banklara olan 5 minə qədər borcları silinməlidir" - Qubad İbadoğlu hökumətə səsləndi

20.11.2018 - Gəncədəki partlayışda ölənlərin sayı 3-ə çatdı: Kəmaləddin Heydərov hadisə yerinə getdi

19.11.2018 - “Veysəloğlu” şirkətinə kiflənmiş “Ozmo” ittihamı – Foto

19.11.2018 - Səudiyyəyə gedən prezident yoxa çıxıb: 1 aydır xəbər yoxdur…

19.11.2018 - Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinə basqı+VİDEO

19.11.2018 - MTN generalı Ülvi Quliyevin deputatlıq yolunu bağladı – Sirr

19.11.2018 - Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi

18.11.2018 - “WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

18.11.2018 - Türkiyə hərbçiləri İraqın şimalında terrorçuları məhv etdilər

18.11.2018 - İcra başçısına 70 min rüşvət verən şəxs danışdı: "İsmayıl Vəliyevin imzası ilə..."

18.11.2018 - "Əli Kərimli və AXCP üzvlərinin işi məhkəməyə göndəriləcək" - Paytaxt polisi rəsmi məlumat yaydı

Facebook