Almaniya Böyük Britaniyanı Tofiq Bəhramovun qərarı ilə hədələdi

23 iyun 2016
Almaniya Böyük Britaniyanı Tofiq Bəhramovun qərarı ilə hədələdi
"1966-cı il dünya çempionatının finalında İngiltərə millisinin Almaniya yığmasının qapısına qolu qaydalar çərçivəsinə vurmadığına dair iddialarımızı geri götürəcəyik. Bu addımı Böyük Britaniya Avropa İttifaqının üzvü kimi qalacağı təqdirdə atacağıq".

Bu barədə "Bild" nəşrinin yazarı Tanit Kox yazısında bildirib.

O, 50 il əvvəlki mundialın həlledici görüşündə Tofiq Bəhramovun saydığı qola da diqqət çəkib. Kox bildirib ki, Böyük Britaniya Avropa İttifaqından çıxmasa, Bəhramovun qərarında haqlı olduğunu təsdiqləyəcəklər: "Biz hətta qolun qapıdan keçdiyini bəyan edəcəyik".

Qeyd edək ki, bu gün Böyük Britaniyada 46,5 milyon seçici arasında referendum keçiriləcək. Referendumda krallığın Avropa Birliyinin tərkibində qalıb-qalmayacağı məsələsinə aydınlıq gələcək. 1966-cı il dünya çempionatının finalında hesab 2:2 olarkən, İngiltərə yığmasının hücumçusu Ceffri Herstin zərbəsi Almaniya millisinin qapı tirinin altına dəyərək, yerə düşüb. Həmin vaxt yan xətt hakimi olan Tofiq Bəhramov epizodu qol kimi dəyərləndirib. Bu qol sayəsində İngiltərə hesabda önə keçib və sonradan daha bir qol vuraraq, tarixində ilk və hələlik yeganə dünya çempionluğunu qazanıb. (“Report”)
Xəbəriniz olsun

25.09.2018 - Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi

25.09.2018 - Rusiya XİN bəyanat yaydı, gürcüləri aşağıladı: "ABŞ onlardan “təcrübə dovşanları” kimi istifadə edir"

25.09.2018 - Bakı Yerevanı "ağır nəticələrlə" hədələdi

25.09.2018 - Ramil Usubovdan YENİ TƏYİNAT

25.09.2018 - İsgəndər Həmidov Paşinyanı duelə çağırdı: - “İstədiyi silahı seçsin...”

25.09.2018 - “Lotu Quli”dən Lənkəranskinin varisinə İSMARIC: “Onu diri-diri yandıracam” (VIDEO)

25.09.2018 - “İnstagram”dakı tanışlıq bir ailənin məhvinə səbəbi oldu

25.09.2018 - “Nar” korporativ müştərilərlə növbəti görüş keçirib

25.09.2018 - PUTİN BU GÜN BAKIYA GƏLİR – Danışıqlarda 3 kritik mövzu

24.09.2018 - Paşinyan bunu İLK DƏFƏ EDİR: saatlar sonra Qarabağda müharibə qərarı... - Gözlər Nyu-Yorkda

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

Facebook