Türkiyə ilə İsrail arasında buzlar əridi

27 iyun 2016
Türkiyə ilə İsrail arasında buzlar əridi
Bu gün 6 ildən sonra Romada əldə edilən razılaşma elan ediləcək.
İsrail ilə Türkiyə arasında Qəzzaya yardım aparan "Mavi Mərmərə" gəmisinə olan hücumdan sonra yaranmış soyuq münasibətlər bərpa olunmağa başlayıb.

ANS PRESS-in məlumatına görə, iki ölkə arasında münasibətlər 2010-cu ildə 9 nəfərin ölümü ilə nəticələnən basqından sonra pozulmuşdu.

İki ölkə arasında uzlaşma ötən gün axşam Romada əldə edilib. Tərəflər arasında münasibətlərin bərpası üçün danışıqlar 3 ildir ki, davam edirdi. Mart və aprel aylarında London və Cenevrədə Türkiyənin xarici işlər nazirinin müşaviri Feridun Sinirlioğlu ilə İsrailin baş naziri Binyamin Netanyahunun xüsusi təmsilçisi Josef Ciechanover arasında görüş olub. Ötən gün adıçəkilən şəxslər əldə edilən anlaşmanın son versiyasını təsdiqləmək üçün İtaliyada bir araya gəliblər. Axşam saat 22-radələrində isə onların razılaşmaya vardıqları barədə məlumat yayılıb.

Türkiyə mətbuatının məlumatına görə, anlaşmanın detallarını bu gün hər iki ölkənin baş nazirləri eyni zamanda açıqlayacaq. Türkiyənin baş naziri bu gün saat 13:00-da (Bakı vaxtı ilə 14:00) çankaya sarayında razılıq ilə bağlı açıqlama verəcək.

İddiaya görə, razılıq sabah imzalanacaq. israil parlamenti isə onu çərşənbə günü ratifikasiya edəcək. Uzlaşma iki ayrı mətndən ibarətdir. Bu mətnlər Türkiyə Böyük Millət Məclisində də təsdiqlənəcək.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, hər iki ölkədə qısa zamanda səfirlər təyin edəcək. İsrail "Mavi Marmara"da həyatını itirənlərin ailələrinə təzminat ödəməyi və türkiyənin Qəzzadakı humanitar vəizyyətə müdaxiləsini qəbul edib", deyə rəsmi şəxslərə istinadla "Hürriyət" qəzeti yazıb.

"İsrail 2013-cü ilin martında Türkiyənin ilk tələbinə cavab verib və tarixində ilk dəfə bir ölkədən üzr istəyib. Danışıqlar zamanı digər iki şərt də qəbul edildi.

Qəzzadakı əhalinin istifadəsi üçün evlər tikiləcək, 200 yataqlı Türkiyə-Fələstin dostluq xəstəxanası ən qısa zamanda xidmətə başlayacaq".

İsrailin baş naziri Netanyahu ABŞ-ın vitse prezidenti Co Baydenə zəng edib. O, iki ölkə arasındakı münasibətləri normallaşdırmaq üçün səylərinə görə ona təşəkkür edib. Ağ evdən baş nazirin telefon danışığı ilə bağlı açıqlama yayılıb. Açıqlamada deyilir:

"Netanyahu İsrail ilə Türkiyə arasındakı normallaşma müzakirələrində verdiyi dəstəyə göə təşəkkür etmək üçün Baydenə zəng edib. Bayden iki ölkənin, Aralıq dənizi bölgəsinin maraqları və təhlükəsizliyi baxımından Türkiyə ilə uzlaşma yolundakı irəliləyişlə bağlı baş naziri təbrik edib".
Xəbəriniz olsun

17.12.2017 - Mixail Saakaşvili binanın damına niyə çıxdı? – AÇIQLAMA

15.12.2017 - “Sumqayıt” “Qarabağ”ı Azərbaycan Kuboku yarışlarından kənarlaşdırdı

15.12.2017 - Müsavat başqanı “bandotdel”ə çağırılıb

15.12.2017 - “Nar” abunəçiləri həftə sonlarında pulsuz danışır

15.12.2017 - İlham Əliyev Sumqayıta gedib

15.12.2017 - Nadir Emin Ağalarovu yıxdı-sürüdü: Qədr bilən olsaydı, Leyla xanımın...

15.12.2017 - Əməkdar artistin oğlu azadlığa çıxdı

15.12.2017 - Azercell"dən soyğun kimi "rouminq" xidməti - Tanınmış bloggerin başına bu oyunu açdılar

15.12.2017 - Ulduzlar dekabrın 15-nə nə vəd edir - FAL

15.12.2017 - Ulduzlar dekabrın 15-nə nə vəd edir - FAL

15.12.2017 - Saakaşvili: Putin məndən şeytandan qorxduğu kimi qorxur

14.12.2017 - Putin: “Saakaşvilinin etdikləri Ukrayna xalqının üzündə tüpürcəkdir”

14.12.2017 - Bu dərmana görə 2 qurum üz-üzə gəldi - Biri qadağa qoydu, digəri isə...

14.12.2017 - Kamaləddin Heydərovun xalası oğlunun şirkətləri niyə bağlandı?

14.12.2017 - “Nar” BakuTel stendində keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıldı

14.12.2017 - İcra hakimiyyətinin baş mühasibi tutuldu - Rüşvət alıb sosial yardım düzəldirmiş

14.12.2017 - Müsavat başqanının müavini istefa verdi

14.12.2017 - “Qoca”nın qaçışına görə həbs olunan qarovul rəisindən – ETİRAF

12.12.2017 - BALACA CAHANDARA DƏSTƏK OLAQ!

Facebook