Füzulidə Silahlı Qüvvələr Günü qeyd olundu

27 iyun 2016
Füzulidə Silahlı Qüvvələr Günü qeyd olundu
Horadiz şəhərində Muğam Mərkəzində 26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, müdafiə Nazirliyinin yüksək rütbəli generalı, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, N saylı Hərbi Hissənin əsgər və zabit heyəti, müharibə veteranları, ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Əvvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirmişlər.

Füzulidə Silahlı Qüvvələr Günü qeyd olunduTədbiri rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmış, hərbiçiləri Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik etmişdir. Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr günü elan edildiyini vurğulayan Alı Alıyev Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının Ümummilli liderin adı ilə bağlı olduğunu qeyd etmişdir.

Alı Alıyev demişdir: “Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Cənab İlham Əliyevin səyləri nəticəsində Azərbaycan Ordusu regionun ən qüdrətli silahlı qüvvəsinə çevrilmiş və hər an düşmənə layiqli cavab vermək əzmindədir. Biz bunun aprelin əvvəllərində düçmən təxribatının qarşısını alarkən ordumuzun timsalında bir daha şahidi olduq.“

Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Azər Quliyev, Qarabağ müharibəsi veteran, Azərbaycan bayrağı ordenli Sevindik İsmayılov və digərləri çıxış edərək Ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsindəki əvəzsiz xidmətlərindən danışmışlar. Bildirmişlər ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyev ordunun qüdrətinin artırılmasını daim diqqət mərkəzində saxlayır. Cəbhə bölgəsinə tez-tez səfərlər edərək, hərbi hissələrdə əsgər və zabitlərlə səmimi görüşlər keçirməsi orduda yüksək əhval-ruhiyyə yaradır, qələbəyə olan inamı möhkəmləndirir.

Çıxışlarda işğal altındakı ərazilərimizin tezliklə yağı düşməndən azad ediləcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliklərini ifadə etmişlər.

Tədbir rayonun mədəniyyət və incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etmişdir.
Xəbəriniz olsun

22.07.2018 - Ölünü dirildə bilməyən “peyğəmbər” həbs edildi

22.07.2018 - 5 yaşlı uşaq ögey atası tərəfindən döyülərək öldürüldü - KÜRDƏMİRDƏ ŞOK OLAY

22.07.2018 - “Qarabağ” yeni hücumçu aldı

21.07.2018 - Mirşahinə bu dəfə "milçək" dedilər: "SƏNİ TAPDALAYARAM..."

21.07.2018 - Kasıb necə varlana bilər? - Yəhudilərdən 6 QIZIL MƏSLƏHƏT

21.07.2018 - İntihar edən abituriyentin anası özünü öldürdü – Sumqayıtda

21.07.2018 - Yunis Səfərovun yaxın dostu öldürüldü: Əməliyyatçılar tutmaq istədi, o silaha əl atdı...

21.07.2018 - Dağıstana işləməyə gedən azərbaycanlılar qəzaya düşdü: 2 ölü, 10 yaralı

20.07.2018 - Atı zorlayan şəxsin şok müdafiəsi: “Mənə göz vurdu”

20.07.2018 - Almaniyadan deportasiya edilənlər Bakıda kütləvi şəkildə həbs olundular

20.07.2018 - Bu il “BakuBus” 85 sürücünü işdən azad edib

20.07.2018 - Paşinyan Qarabağda müharibə riski haqda

20.07.2018 - Bakıda dəbdəbəli mənzili ərəblərə 3 günlüyə kirayə verdi, qayıdıb şoka düşdü - VİDEO

Facebook