Öldürülən bələdiyyə sədrinin 10 yaşlı qızı məhkəmədə şok faktlar açdı: "Anam dedi ki, uşağın yanında olmaz..."

28 iyun 2016
Öldürülən bələdiyyə sədrinin 10 yaşlı qızı məhkəmədə şok faktlar açdı: "Anam dedi ki, uşağın yanında olmaz..."
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və onun həyat yoldaşı Vəfadar Əbilhəsənovu öldürməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Musavat.com-un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Məhkəmə prosesində şahid qismində mərhum Vəsilə və Vəfadarın qızı, 10 yaşlı Fidan çıxış edib.

O, deyib ki, Fədai Hüseynov onlara gəlib-gedirmiş: "Mən otaqda uzanmışdım, anama zənglər gəlirdi. Amma o, açmırdı. Sonra nənəm gəldi otağa, anam dedi ki, sən çıx hava al. Özü telefonunda nəsə yazdı. Birdən Fədai əmi otağa girdi. Anam dedi ki, uşağın yanında olmaz. Sonra mənə dedi ki, "Fidan, çıx çölə". Mən otaqdan zala çıxanda gördüm, nənəm yıxılıb. Nənəmi qaldıranda Fədai əmi atama yaxınlaşdı, "qardaş" deyib sonra bıçağı atama vurdu".

10 yaşlı Fidan daha sonra anasının yanına getdiyini deyib: "Mən otağa qaçdım, anama dedim ki, atamı bıçaqladılar. Həmin vaxt anam əlini boğazından çəkdi, yerə yıxıldı, hər yer qan idi".

Dövlət ittihamçısı həmin vaxt Fədai Hüseynovun nəsə bir söz deyib-demədiyini soruşub. Fidan isə heç bir söz demədiyini bildirib.

Prokuror Fidanın istintaqa bu sualla bağlı başqa cür ifadə verdiyi deyib. Fidan isə o ifadəni nənəsinin təsiri altında, onun dediyi kimi danışdığını deyib.

Bu zaman Vəfadar Əbilhəsənovun bacısı etiraz etiraz edərək qışqırıb və Meyxanım Həsənovaya qarğış edib. Hakim onun zaldan çıxarılmasını istəyib.

Bundan sonra hadisə baş verən evdə aşpaz işləyən Kifayət Əliyeva ifadə verib.

O, deyib ki, F.Hüseynov həmin evə tez-tez gəlirdi: "Hadisəni görməmişəm. Gecə Meyxanım xanım zəng edib dedi ki, təcili yardım götür gəl. Fidan da ağlayırdı. Mən elə bildim Fidan yıxılıb, ona görə çağırırlar. Təcili yardım götürüb getdim. Evə çatanda Vəfadarın bacısı gecə paltarında çıxıb özünü maşının qabağına atdı, "hamını qırdılar" dedi. Biz qapının ağzında Vəfadarı gördük, elə bildik təkcə o vurulub. Biz Vəfadarı maşına qoyandan sonra İsmayıl dedi ki, "anam qaldı axı". Mən soruşdum anana nolub, dedi ki, "anamın başını kəsiblər". Yuxarı çıxıblar, orada gördüklərimi təsvir edə bilmirəm".

Prosesdə Vəsilə Əbilhəsənovanın iş yoldaşı, rəfiqəsi Sevda Məmmədova və Mirxaliq Əhmədov ifadə verib.

Məhkəmə prosesi iyulun 5-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il iyunun 8-də Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova və həyat yoldaşı Vəfadar Əbilhəsənov amansızlıqla qətlə yetirilib.

Gecə saatlarında bələdiyyə sədrinin evinə gələn Fədai Hüseynov uşaqlarının gözü qarşısında bələdiyyə sədrinin başını kəsib, ərini isə odlu silahla ürəyindən vuraraq, qətlə yetirib. Hadisənin şəxsi münaqişə zamanı qeydə alındığı, mübahisənin isə torpaq üstündə olduğu bildirilib.

35 yaşlı Fədai Hüseynov Vəsilə Əbilhəsənovanın sürücüsü olub.

İ.Muradov,
Musavat.com
Xəbəriniz olsun

25.05.2018 - Neftçala polisinin rəisi balıq yetişdirəcək

25.05.2018 - Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar – “Qayığa bağlıydılar” – Fotolar,Video

25.05.2018 - "Əmək haqqından tutulan vergilər azaldıla bilər" - Nazirdən anons

25.05.2018 - Keçmiş icra başçısının həbsdə ölum xəbərinə DİN-dən reaksiya

25.05.2018 - Bakıda məşhur klinikanın baş həkimi döyüldü - FOTO

24.05.2018 - “Paşinyan”la Britaniya xarici işlər nazirinin telefon danışığı yayıldı: "Qorxuram ki, Putin məni də zəhərləyə ...

24.05.2018 - "Qarabağ" 9 futbolçu ilə yollarını ayırdı

24.05.2018 - Aygün Kazımova: "Onunla yatmaq zövqlüdür, özünü sıxır mənə..."

24.05.2018 - “Səhər saat 9-45-də 1000 manat rüşvət verildi” - Baş redaktor BDYPİ-nin rüşvət mexanizmini ifşa etdi

24.05.2018 - Prezident əfv sərəncamı imzaladı: tam siyahı

24.05.2018 - Donald Tramp İlham Əliyevə məktub göndərdi

24.05.2018 - Azərbaycan “sendviç” kimi sıxılır - böyük güclərdən Bakıya təhdid

24.05.2018 - Elmar Məmmədyarova çağırış: “Qohumun İbrahimbəyovdan imtina et”

Facebook