Qazaxıstan iki il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

29 iyun 2016
Qazaxıstan iki il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib
Qazaxıstan (138 səslə) 2017-2018- ci il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, BMT TŞ-ə qeyri-daimi üzvlük uğrunda Qazaxıstan Asiya-Sakit okean qrupunda Tailandla mübarizə aparıb. Səsvermənin ikinci raundunda Qazaxıstan rəqibini üstələyib.

Qeyd edək ki, səsvermənin birinci raundunda Boliviya (Latın Amerikası ölkələri qrupu), İsveç (Qərbi Avropa ölkələri qrupu) və Efiopiya (Afrika ölkələri qrupu) 2017-2018- ci il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri seçilib.

BMT TŞ-nin daha bir qeyri-daimi üzvü səsvermənin üçüncü raundundan sonra müəyyənləşdiriləcək. Bu raundda mübarizə İtaliya və Niderland arasında (Qərbi Avropa ölkələri qrupu) gedir.

BMT TŞ-ə üzv seçilmək üçün onların hər birinə Baş Assambleya üzvlərindən ən azı 129 səs toplamaq gərəkdir.

BMT TŞ-ə 15 dövlət daxildir, onlardan Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa qurumun daimi üzvüdür.
Xəbəriniz olsun

22.10.2018 - "Bank of Baku" qırmızı zolaqda: son 9 ayın nəticələrindən çıxan nəticə...

22.10.2018 - Qardaşların dövləti cinayəti və AQTA-nın şantajı Təhməzlini bitirir

22.10.2018 - Əflatun Amaşov:”Həmişə seçicilərimin yanındayam”

22.10.2018 - Qubada əmisi oğlunun arvadını qaçıran kişi döyülərək öldürülüb

22.10.2018 - Benzin ucuzlaşacaqmı? - Ekspertdən 5 suala cavab

22.10.2018 - Bakıda Mikayıl Müşfiqin qalıqları aşkarlandı - Sensasion fakt

22.10.2018 - Ziya Məmmədovun 35 minə aldığı taksilər “su qiyməti”nə satılır - QİYMƏT

20.10.2018 - Füzuli rayonunda 9 ayın yekunları müzakirə olunub-FOTO

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

Facebook