Azad Rəhimovla oğlunun "dibçək biznesi"

30 iyun 2016
Azad Rəhimovla oğlunun "dibçək biznesi"
İyulun 17-19-da Bakıda keçirilən "Formula 1” Qran-Pri yarışlarından öncə paytaxtın bir çox yerlərində abadlıq işləri aparılar, pilotlarının keçəcəyi küçələrə baxan balkonlar, binaların fasadları, yol kənarları bəzədilirdi. Hətta pilotlarının keçəcəyi küçələrə baxan balkonlara təbii gül dibçəkləri də qoyulurdu.

Bütün bunlar fakt olsa da, "Formula-1" üzrə Bakı "Qran Pri"sinin təşkilatçısı Azad Rəhimovun oğlu Arif Rəhimovun rəhbərlik etdiyi "Baku Grand Prix" şirkəti onu təkzib edir, deyilənlərin həqiqəti əks etdirmədiyini bildirirdi. Bu işlərin "Formula 1”lə əlaqəsinin olmadığını, onların şəhərin gözəliyinə xidmət etdiyini bildirirdi.

Məşhur atalar məsəlində deyildiyi kimi, "Yalan ayaq tutar, yeriməz". Elə də oldu.

Qaynarinfo.az xəbər verir ki,bu gün balkonlara düzülmüş dibçəklərin yığışdırılması ilə bağlı xəbərlər yayılır, sosial şəbəkələrdə fotolar paylaşılır. Demək ki, məqsəd heç də Bakını gözəlləşdirmək deyilmiş. Məqsəd "üstü bəzək, altı təzək" olan şəhərimizi avropalıların gözünə gözəl göstərmək imiş. İşlərini gördülər, dövlətin milyonlarını havaya sovurdular, qonaqlar gedən kimi dibçəklərini də yığışdırıb aradan çıxdılar. Ortada dövlətin havaya sovrulmuş 100 milyonlarla manatının hesabatı qaldı. Həmişəki kimi...

Azad Rəhimov və oğlunun dediyi kimi, bu dibçəklər şəhərin gözəlliyinə xidmət edirdisə, "Formula 1" bitən kimi onları niyə yığışdırmağa başladılar? Bəlkə, Azad Rəhimov milyon dollarla dəyəri olan villalarının hasarlarını bu dibçəklərlə bəzəmək qərarına gəlib? Niyə də bəzəməsin? Əziyyət çəkib yarış keçiriblər, dövlətə milyonlar "qazandırıblar", indi də haqqlarını alırlar...

Ya bəlkə, ən azı 100 milyon manat ziyan hesabına başa gələn yarışın zərərini dibçəkləri satmaqla ört-basdır edəcəklər. Elədisə, nə deyirik, bazarınız bol olsun...
Xəbəriniz olsun

17.02.2019 - Ülvi Quliyevi Avropadakı siyasi mühacirlə nə bağlayır?

17.02.2019 - "A kişi, dedim kəs!" — Binəqədidə ağacların kəsilməsinə əmr verən məmur kimdir? (VİDEO)

16.02.2019 - Milli Şura mitinq təyin etdi: Hakimiyyətin əsəbləri fevralın 23-də sınağa çəkiləcək

16.02.2019 - Moskvada azərbaycanlını qətlə yetirmiş şəxslər Rostovda yaxalandılar

16.02.2019 - Qarabağ əlilləri Nərimanov RİH başçısı müavinin üstünə yeridi: "Sən kimsən?" - ŞOK VİDEO

16.02.2019 - Bir adamın yaşadığı ada uğrunda iki ölkə döyüşür

16.02.2019 - Prezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM

16.02.2019 - BƏZİ İXTİSASLAR LƏĞV OLUNDU, BƏZİLƏRİ BİRLƏŞDİRİLDİ – Ali təhsildə dəyişikliklər

16.02.2019 - Əlixanın təhqirləri, “Neolit”ə basqın, Qərib Orucovun güllələnməsi... - MOSKVADA ƏSLİNDƏ NƏ BAŞ VERİB?

16.02.2019 - Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib

15.02.2019 - Səhiyyə Nazirliyindən UCUZ ŞOU: Süni ürək əməliyyatı yalan çıxdı

15.02.2019 - İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

15.02.2019 - Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?

Facebook