Mikayıl Cabbarov yalan deyib, yoxsa... - Gəlirlərin 80 faizi müəllimlərin maaşına sərf olunurmu?

02 iyul 2016
 Mikayıl Cabbarov yalan deyib, yoxsa... -  Gəlirlərin 80 faizi müəllimlərin maaşına sərf olunurmu?
“Dövlət büdcəsindən məktəblərə ayrılan vəsaitlərin 80%-i müəllimlərin əmək haqqı fonduna yönəlir. Amma bunun fonunda müəllimlərin maaşı həddindən artıq aşağıdır".

Bu barədə Savash.org-a Təhsil naziri Mikayıl Cabbarovun "ali məktəblərin gəlirlərinin təxminən 80 faizi əmək haqqı fonduna keçir" iddiasına münasibət bildirərkən təhsil eksperti Nabatəli Qulamoğlu bildirib. Ekspertin sözlərinə görə, ali və orta məktəblərdə kifayət qədər müəllim sıxlığı var:

"Görünür, ali məktəblərin rəhbərləri müəllim sıxlığı ilə spekulyasiya edib. Əgər bu qədər yüksək təhsil haqqına rəğmən universitetlər müəllimləri yüksək maaşla təmin edə bilmirsə, deməli müəllimlərin sayını azaltmalıdır. Özəl universitetlərdə müəllimlərə verilən maaşlar qənaətbəxşdir. Amma dövlət ali məktəblərində maaş azdır. Bunun da səbəbi müəllimlərin işdən çıxarılmamasıdır”.

Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi prosesinin maaş artımına heç bir təsiri olmadığını vurğulayan ekspertin sözlərinə görə, bu mövzu ilə bağlı yazılan sənədin girişində yazılıb ki, diaqnostik qiymətləndirilmədə iştirak edən müəllimlərin qiymətləri artırılır:

“Maaş artımı müəllimin bu qiymətləndirmənin müsbət və ya mənfi olmasından asılı deyilsə, deməli bunun üzərində dayanmağın bir o qədər də fərqi yoxdur. Bu proqramın nə dərəcədə effektiv olub-olmayacağı düşünürəm ki, gələcəyə planlaşdırılıb. Diaqnostik qiymətləndirmədən sonra biz orta məktəblərdə heç bir maaş artımının şahidi olmadıq. Amma sayda xeyli azalmalar var. Son iki il ərzində biabırçı sıxlıq müşahidə olunmur. Amma orta məktəblərdən fəqrli olaraq ali məktəb rəhbərləri pedoqoji kollektivin maraqlarına toxunmaqdan ehtiyatlanır, müəyyən əməliyyatlara göz yumurlar. İstisna hallar ola bilər, amma əksər universitet rəhbərliyi pedoqoji heyət qarşısında gözü kölgəli olduğu üçün onları işdən çıxara və qarşılarında ciddi tələblər qoya bilmirlər. “Dəymə mənə, dəyməyim sənə” prinsipi ilə hərəkət edirlər, ara yerdə də tələbələr ziyan görür”.

Qeyd edək ki, Təhsil naziri Mikayıl Cabbarov ali təhsil sistemində ali məktəblərin gəlirlərinin təxminən 80 faizinin əmək haqqı fonduna keçdiyini deyib. Onun sözlərinə görə, hər 100 manat təhsil haqqının 80 manatı müəllimlərin əmək haqqına sərf edilir. Qalan xərclər məktəbin digər xərclərinə sərf edilir. Ali məktəblər arasında bu rəqəmin dəyişə bilməsinin mümkünlüyünü qeyd edən nazir bildirib ki, ali məktəblərin gəlirlərinin qalan hissəsi əsaslı təmirə, maddi-texniki bazanın maliyyələşməsinə və digər işlərə sərf edilir.

Orxan
Savash.org

Xəbəriniz olsun

22.07.2018 - Ölünü dirildə bilməyən “peyğəmbər” həbs edildi

22.07.2018 - 5 yaşlı uşaq ögey atası tərəfindən döyülərək öldürüldü - KÜRDƏMİRDƏ ŞOK OLAY

22.07.2018 - “Qarabağ” yeni hücumçu aldı

21.07.2018 - Mirşahinə bu dəfə "milçək" dedilər: "SƏNİ TAPDALAYARAM..."

21.07.2018 - Kasıb necə varlana bilər? - Yəhudilərdən 6 QIZIL MƏSLƏHƏT

21.07.2018 - İntihar edən abituriyentin anası özünü öldürdü – Sumqayıtda

21.07.2018 - Yunis Səfərovun yaxın dostu öldürüldü: Əməliyyatçılar tutmaq istədi, o silaha əl atdı...

21.07.2018 - Dağıstana işləməyə gedən azərbaycanlılar qəzaya düşdü: 2 ölü, 10 yaralı

20.07.2018 - Atı zorlayan şəxsin şok müdafiəsi: “Mənə göz vurdu”

20.07.2018 - Almaniyadan deportasiya edilənlər Bakıda kütləvi şəkildə həbs olundular

20.07.2018 - Bu il “BakuBus” 85 sürücünü işdən azad edib

20.07.2018 - Paşinyan Qarabağda müharibə riski haqda

20.07.2018 - Bakıda dəbdəbəli mənzili ərəblərə 3 günlüyə kirayə verdi, qayıdıb şoka düşdü - VİDEO

Facebook