Putinin Qarabağ planının daha bir detalı açıqlandı: Türkiyə də var...

05 iyul 2016
Putinin Qarabağ planının daha bir detalı açıqlandı: Türkiyə də var...
Ötən gün iyulun 4-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin İrəvanda keçirilən toplantısı zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovun erməni tərəfi ilə apardığı danışıqların əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli olub.

Virtualaz.org xəbər verir ki, bu haqda Lavrovu müşaiyət edən Rusiya nümayəndə heyətindəki mənbə “İzvestiya” qəzetinə bildirib.

Məlumata görə Lavrov xarici işlər nazirlərinin toplantısı çərçivəsində erməni tərəfi ilə qeyri-rəsmi görüşlər keçirib. Diplomatik mənbə deyib ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münaqişənin nizamlanması prosesi olduqca aktiv, ancaq hədsiz tələskənliyə yol verilmədən gedir. “Rusiyanın mövqeyinə görə münaqişənin elə həlli zəruridir ki, bütün iştirakçılar, o cümlədən Dağlıq Qarabağ bu böhrandan maksimum ağrısız çıxa bilsin”-mənbə deyib.

Mənbənin bildirdiyinə görə, Rusiyanın tərəflərə təqdim etdiyi planda Ermənistanın sərhədlərinin təkcə Azərbaycan tərəfindən deyil, eyni zamanda Türkiyə tərəfindən də açılması nəzərdə tutulub. (Habelə planda Dağlıq Qarabağ bölgəsini də əhatə etməklə kommunikasiyaların açılması yer alır). “İzvestiya” qəzetini məlumatlandıran diplomatik qaynaq deyib ki, Ərdoğanın üzrxahlıq məktubundan sonra Rusiya ilə Türkiyə arasında münasibətlərin normallaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə də müsbət təsir edə bilər.

Xatırladaq ki, bu günlərdə Ermənistanda Putinin tərəflərə təqdim etdiyi Qarabağ planının bir çox detalları açıqlanıb. Plan münaqişənin mərhələli həllini nəzərdə tutur. Belə ki, Ermənistan Azərbaycanın işğal edilmiş rayonlarından 5-ni azad edir, Dağlıq Qarabağ isə “möhkəm aralıq statusa” malik olur. Yekun hüquqi statusun müəyyən edilməsinə dair referendum qeyri-müəyyən müddətə təxirə salınır. Əvəzində Dağlıq Qarabağın Azərbaycanın tərkibində yer alması, eyni zamanda görünən gələcəkdə müstəqilliyə malik olması nəzərdə tutulmur. Kəlbəcər və Laçının məsələsi də qeyri-müəyyən vaxta təxirə salınır.

Lakin Azərbaycan tərəfi bu planla razı deyil, Dağlıq Qarabağın formal da olsa Azərbaycanın tərkibində yer almasında israr edir.
Xəbəriniz olsun

25.05.2018 - Neftçala polisinin rəisi balıq yetişdirəcək

25.05.2018 - Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar – “Qayığa bağlıydılar” – Fotolar,Video

25.05.2018 - "Əmək haqqından tutulan vergilər azaldıla bilər" - Nazirdən anons

25.05.2018 - Keçmiş icra başçısının həbsdə ölum xəbərinə DİN-dən reaksiya

25.05.2018 - Bakıda məşhur klinikanın baş həkimi döyüldü - FOTO

24.05.2018 - “Paşinyan”la Britaniya xarici işlər nazirinin telefon danışığı yayıldı: "Qorxuram ki, Putin məni də zəhərləyə ...

24.05.2018 - "Qarabağ" 9 futbolçu ilə yollarını ayırdı

24.05.2018 - Aygün Kazımova: "Onunla yatmaq zövqlüdür, özünü sıxır mənə..."

24.05.2018 - “Səhər saat 9-45-də 1000 manat rüşvət verildi” - Baş redaktor BDYPİ-nin rüşvət mexanizmini ifşa etdi

24.05.2018 - Prezident əfv sərəncamı imzaladı: tam siyahı

24.05.2018 - Donald Tramp İlham Əliyevə məktub göndərdi

24.05.2018 - Azərbaycan “sendviç” kimi sıxılır - böyük güclərdən Bakıya təhdid

24.05.2018 - Elmar Məmmədyarova çağırış: “Qohumun İbrahimbəyovdan imtina et”

Facebook