Sarı qarpızları alaq ya almayaq?

11 iyul 2016
Sarı qarpızları alaq ya almayaq?
Bakı bazarlarında içərisi sarı qarpızlar peyda olub. Saatlıda Mayıl Həşimovun bostanında yetişdirilən və sarpız adı ilə tanınmağa başlayan qarpız istehlakçıların marağına səbəb olub. Elə bu səbəbdən də 1 kiloqramı 60 qəpiyə təklif edilən sarpız 2 gün ərzində 800 kiloqram satılıb.

Xəzər TV-yə açıqlamasında qarpızın toxumunun İrandan gətirildiyini deyən fermer onun bir çox xəstəliklərin dərmanı olduğunu qeyd edib.

Maraqlıdır ki, əksəriyyət sarpızın insan orqanizmi üçün təhlükəli olduğunu düşünərək onu dadmaqdan imtina edir. Bəs rəsmi qurumlar nə deyirlər?

Səhiyyə Nazirliyi Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev modern.az-a açıqlamasında birmənalı şəkildə insanları bu qarpızdan imtinaya çağırıb: "Hesab edirəm ki, kənd təsərrüfatı mütəxəssislərinin bu sahədə araşdırmalar aparmasına ehtiyac var. Hər halda yalnız onların müsbət rəyindən sonra sarı qarpızları yemək olar deyə, düşünürəm. Qarpızın ənənəvi rəngi bildiyimiz kimi tünd çəhrayı rəngdə olur. Hesab edirəm ki, sarı qarpızın genetik modifikasiya olunmuş məhsul (GMO) olması ehtimalı yüksəkdir. Eyni zamanda, onun sarı olması təbii yolla yetişdirilən sortdan, növdən də asılı ola bilər. Bütün hallarda bu sahənin mütəxəssislərin rəy bildirməsinə ehtiyac var. Məhsulun GMO, yaxud hibrid sortlarından olması ehtimalı yüksəkdir.

Biz Gigiyena və Epidemologiya Mərkəzi olaraq məhsulun tərkibində nitratların, xüsusi elementlərin qalıq miqdarı, məhsulda zərərli elementlərin olub-olmaması haqqında məlumat verə bilərik. Təbii ki, məhsulu müayinə etdikdən sonra".

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev də sayta açıqlamasında vətəndaşlara sarı yox, ənənəvi çəhrayı qarpız istehlak etmələrini tövsiyə edib: "Təbii ki, müxtəlif növ meyvələrin müxtəlif sortları var. Məsələn, badımcanın yumru, oval, uzunsov şəkildə olan sortları mövcuddur.

Bu da qarpızın bir sortdur. Mən deməzdim ki, bu GMO məhsuludur. Hesab edirəm ki, seleksioner tərəfindən yaradılmış sortdur. Amma yaxşı olar ki, istehlakçılar dədə-baba, ənənəvi, yerli adaptasiya olunmuş qarpız sortlarından istifadə etsinlər. Qarpız adətən kütləvi şəkildə iyunun 15-dən sonra yetişirdi. Amma son illər tez yetişən qarpız sortlarından istifadə edilir. Sarı qarpız seleksiyada istifadə olunur və çox da geniş yayılmayıb".
Xəbəriniz olsun

25.09.2018 - Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi

25.09.2018 - Rusiya XİN bəyanat yaydı, gürcüləri aşağıladı: "ABŞ onlardan “təcrübə dovşanları” kimi istifadə edir"

25.09.2018 - Bakı Yerevanı "ağır nəticələrlə" hədələdi

25.09.2018 - Ramil Usubovdan YENİ TƏYİNAT

25.09.2018 - İsgəndər Həmidov Paşinyanı duelə çağırdı: - “İstədiyi silahı seçsin...”

25.09.2018 - “Lotu Quli”dən Lənkəranskinin varisinə İSMARIC: “Onu diri-diri yandıracam” (VIDEO)

25.09.2018 - “İnstagram”dakı tanışlıq bir ailənin məhvinə səbəbi oldu

25.09.2018 - “Nar” korporativ müştərilərlə növbəti görüş keçirib

25.09.2018 - PUTİN BU GÜN BAKIYA GƏLİR – Danışıqlarda 3 kritik mövzu

24.09.2018 - Paşinyan bunu İLK DƏFƏ EDİR: saatlar sonra Qarabağda müharibə qərarı... - Gözlər Nyu-Yorkda

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

Facebook