“Roma papası Azərbaycana xristianlığı yaymağa gəlir” – ELŞAD MİRİ

13 iyul 2016
“Roma papası Azərbaycana xristianlığı yaymağa gəlir” – ELŞAD MİRİ
“Fransiskin bütün səfərləri əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirilir”.

Bunu Savash.org-a Roma Papası Fransiskin Azərbaycana səfərini dəyərləndirən ilahiyyatçı-alim Elşad Miri söyləyib. Ekspertin sözlərinə görə, Vatikan liderinin əsas məqsədi xristianlıq dinini yaymaq və mötəbər etməkdir:

“Papa çalışır ki, daha çox adam xristianlığa meyl etsin, bu dinə rəğbət göstərsin və katolik məzhəbi dünya gündəminə otursun. Bu səfərlər bizim üçün əhəmiyyət kəsb etmir. Çünki cırtdan dövlət hesab olunan Vatikanla Azərbaycanı hansısa strateji maraqlar birləşdirmir, əməkdaşlığımız, iqtisadi və hərbi müqavilələrimiz yoxdur. Papanın Fənər Rum Patrikxanası ilə görüşü, erməni Qriqoryan kilsəsinə baş çəkməsi, provaslavlarla əlaqə qurması xristianlıqdakı bölücü məzhəb məsələlərini müəyyən qədər yumşaltmağa yönəlib. Bu da xristianlığın möhkəmlənməsinə təkan vermək üçün edilir”.

Ekspertə görə, Papanın xristian təəssübkeşliyi açıq-aşkar hiss olunur: “Vatikan gizlətmədən missionerlik fəaliyyəti ilə məşğul olur. Əvvəlki Papa II İohan Pavelin Azərbaycana səfərindən qabaq ölkəmizdə vur-tut 50 katolik var idi. Amma sonrakı dövrlərdə katoliklərin və xristianların sayı mini keçdi. Azərbaycanda “Məryəm Ana” kilsəsi inşa edildi və s. Müsəlmanlar şiə-sünni adı altında bir-birini qırırlar, xristianlar isə əksinə daha da möhkəmlənirlər. Roma Papasının Ermənistanda səfərdə olarkən qondarma soyqırım abidəsini ziyarət etməsi, ermənilərin lehinə çıxışlar etməsi, Dağlıq Qarabağa “balaca torpaq” deməsi göstərir ki, Fransiskin Azərbaycan üçün heç bir müsbət düşüncəsi yoxdur. Əvvəlcə Ermənistana, sonra Gürcüstana, ardınca isə Azərbaycana səfər etmək isə məncə hansısa gizli planın tərkib hissəsidir”.

Qeyd edək ki, Roma Papası Fransiskin Azərbaycana səfər proqramı açıqlanıb. Papa ölkəmizə oktyabrın 2-də Gürcüstandan gələcək. Papanın Bakıya səfəri Müqəddəs Məryəm katolik kilsəsində dua oxuması ilə başlayacaq. Ardından Vatikan başçısı Azərbaycan Prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi, Bakıdakı Rus Pravoslav Kilsəsi və yəhudi icmasının nümayəndələri ilə görüşəcək. Xatırladaq ki, Roma Papasının Ermənistanda səfərdə olarkən qondarma erməni soyqırımı haqqında işlədiyi ifadələr ölkə ictimaiyyətinin etirazına səbəb olmuşdu. Bundan əlavə Dağlıq Qarabağ münaqişəsi və kəlbəcərli girovlarla bağlı da Papaya müraciət edilmişdi. Amma Vatikan liderindən gözləntilər özünü doğrultmadı. Bu səbəbdən onun Bakı səfəri xüsusi maraqla gözlənilir.

Arzu
Savash.org
Xəbəriniz olsun

23.07.2019 - “İŞ OTAĞINDA ÖLÜ TAPILAN RƏİSİ TƏHDİD EDİBLƏR…” – ““Mənimsənilən 80 min manatı ona “yükləyiblər””

23.07.2019 - Bakıda gənc qız oğlana görə həmcinsi ilə dalaşıb - Özünü binadan atmaq istədi (TƏFƏRRÜAT-VİDEO)

23.07.2019 - Səfər Mehdiyevə "ittiham yağışı": "Baldızın oğlu büdcəni dağıdır, görmürsən?"

23.07.2019 - Prezident Murad Köhnəqalaya ev verdi

23.07.2019 - “Atama silah verdim ki, əsir düşsə, özünü öldürsün” - Aqil Abbas

23.07.2019 - Milyonluq tenderləri kimlər qazanır? – “Qohumlarıdır...”

23.07.2019 - Azərbaycanlı sürücü Kiyevdə yol polisini döyüb xəstəxanalıq etdi

23.07.2019 - Prezident Əzrayılla görüşübmü? - Müəmma davam edir...

23.07.2019 - Nənə-babanın xəstəxanaya atıb qaçdığı uşaqların atası tapıldı: "ÖZÜM BAXACAM..."

23.07.2019 - Bakının bu çimərliyində nəhəng ilan insanları qorxuya saldı - VİDEO

23.07.2019 - Ərəblər hamının gözü qarşısında təbii ehtiyaclarını ödəyir - İSMAYILLIDAN ŞOK FOTO

23.07.2019 - Elmar Vəliyevi güllələyən şəxslə bağlı yeni qərar

22.07.2019 - SSRİ-ni bərpa etmək istəyən sekta silaha əl atdı, Rusiyada həbslər başladı...

Facebook