Ekspert sarı qarpız və onun mümkün fəsadlarından danışdı: “Bu, İrandan gətirilirsə…”

14 iyul 2016
Ekspert sarı qarpız və onun mümkün fəsadlarından danışdı: “Bu, İrandan gətirilirsə…”
Azərbaycanda sarı qarpız yetişdirilir. Sabirabad rayonunda sarı qarpız sortu illərdir var. Yəni, «sarpız» yerli sortdur, onu təkcə xaricdəngəlmə sort kimi təqdim etmək düzgün deyil.

Bu barədə Savash.org-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib. Bununla yanaşı birlik sədri istehlakçılara tövsiyyə edib ki, qarpız alarkən onun qabığının rənginə, içərisinin sağlam olmasına diqqət etsinlər:

"Hansı qarpızın ki, tumları xırda və azdır, onun GMO olması ehtimalı böyükdür. Normal qarpızların tumu nisbətən iri və çox olur. Qarpızı düzgün şəraitdə saxlamaq lazımdı. Qarpız uzun müddət soyuducuda qalmamalıdır. Çalışmaq lazımdır qarpız evə gətirilən kimi qısa müddət ərzində yeyilsin. Çox soyudulmuş, axşamdan səhərə qalmış qarpızlar yeyilməməlidir. Qarpızı digər qidalarla, isti yeməklərlə birgə istehlak etmək də olmaz. Çox zaman zəhərlənmələrə məhz bu səbəb olur. Deyirlər, sarı qarpızlar böyrək daşı üçün müalicəvi əhəmiyyətlidir. Ancaq bu qarpızların alıcısı həmişə az olub. Sarı qarpızların GMO olub-olmamasını yoxlamaq üçün bizdə laboratoriyalar var. Əlaqədar qurumlar bu qarpızlardan alınmış nümunələri laborator şəraitdə yoxlasınlar və əhaliyə dolğun məlumat versinlər".

Sarı qarpız toxumlarının İrandan gətirilməsinə diqqət çəkən E. Hüseynov deyib ki, İranda genetik modifikasiya olunmuş məhsullar bol istehsal edilir: "Təəssüf ki, İran bununla öyünür. Mümkündür ki, kimsə sarı qarpız toxumunu İrandan gətirmiş olsun. Əgər həqiqətən toxum İrandan gətirilibsə, GMO olması ehtimalı daha da artır. Ancaq bizim özümüzdə də yerli sarı qarpız sortu yetişdirilir. Satışa çıxarılanların mənşəyi dəqiqləşdirilməlidir ki, təhlükə dərəcəsi bilinsin"

Arzu
Savash.org
Xəbəriniz olsun

25.09.2018 - Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi

25.09.2018 - Rusiya XİN bəyanat yaydı, gürcüləri aşağıladı: "ABŞ onlardan “təcrübə dovşanları” kimi istifadə edir"

25.09.2018 - Bakı Yerevanı "ağır nəticələrlə" hədələdi

25.09.2018 - Ramil Usubovdan YENİ TƏYİNAT

25.09.2018 - İsgəndər Həmidov Paşinyanı duelə çağırdı: - “İstədiyi silahı seçsin...”

25.09.2018 - “Lotu Quli”dən Lənkəranskinin varisinə İSMARIC: “Onu diri-diri yandıracam” (VIDEO)

25.09.2018 - “İnstagram”dakı tanışlıq bir ailənin məhvinə səbəbi oldu

25.09.2018 - “Nar” korporativ müştərilərlə növbəti görüş keçirib

25.09.2018 - PUTİN BU GÜN BAKIYA GƏLİR – Danışıqlarda 3 kritik mövzu

24.09.2018 - Paşinyan bunu İLK DƏFƏ EDİR: saatlar sonra Qarabağda müharibə qərarı... - Gözlər Nyu-Yorkda

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

Facebook