Pensiya ödənişi niyə gecikir? - Rəsmi AÇIQLAMA

14 iyul 2016
Pensiya ödənişi niyə gecikir? - Rəsmi AÇIQLAMA
Son günlər iyul ayı üzrə əmək pensiyalarının verilməsində gecikmənin olması, bunun da guya maliyyə təminatında çətinliklər və əlaqədar orqanların işi çevik qura bilməməsindən qaynaqlanması ilə bağlı müxtəlif fikirlər yayılıb.

Savash.org bildirir ki, məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Azərbaycan Maliyyə Nazirliyinin mətbuat xidmətindən deyilib ki, pensiya, müavinət, təqaüd və bu yönümdən olan digər sosial tipli xərclərin maliyyələşdirilməsi ilə əlaqədar cari ildə dövlət büdcəsində nəzərdə tutulan 7 aylıq ayırmalar (transfertlər) tam məbləğdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürülüb.

Nazirlik bəyan edib: "Azərbaycan Maliyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin transfertlərin bölgüsünə dair razılaşdırılmış protokoluna əsasən, 7 ay üçün nəzərdə tutulmuş 741,3 milyon manat hər ayın əvvəlində, o cümlədən iyul ayı üçün nəzərdə tutulan 81,1 milyon manat vəsait tam həcmdə Fondun hesabına köçürülüb".

Trend-in rəsmi dairələrdən əldə etdiyi məlumata görə isə iyul ayı üzrə pensiya ödənişlərinin gecikməsinə səbəb bayram günləri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda aparılan təşkilatı və texniki dəyişikliklər olub.
Xəbəriniz olsun

22.01.2018 - Beşiyində külə dönən körpə: Biləcəridə baş verən yanğın hamını ağlatdı - REPORTAJ

22.01.2018 - İtkin düşən alpinistlərdən nə xəbər?

22.01.2018 - Vergilər Nazirliyi Mübariz Mənsimovun işini araşdırır

21.01.2018 - Nərimanov RİH-ə gələn şikayətçilərə ilginc təklif: “Seçkilərdə onları söyərsiniz...” – Şok video

21.01.2018 - Təhsil nazirinin müavini Vergilər Nazirliyində yüksək vəzifə aldı

19.01.2018 - ŞOK OLAY: azərbaycanlı ailə polisi girov götürdü – HADİSƏNİN DETALLARI

19.01.2018 - Siqaretə görə cərimələmək səlahiyyəti iki nazirliyə verildi

18.01.2018 - Nazir iki müavinini işdən azad etdi

18.01.2018 - Ramil Usubov polislərə xəbərdarlıq etdi

18.01.2018 - Bakıda iki məhkum öldü

18.01.2018 - Xaləddin İsgəndərovun çöküşü Fəzail Babayevin başında çatlaya bilər

18.01.2018 - “Nuray House” 30 fəhlənin pulunu mənimsədi? – Rəsmi qurumları “aldatdı”

18.01.2018 - YAP-çı deputatın işi antikorrupsiya idarəsində

18.01.2018 - “Bitcoin” kəskin ucuzlaşdı: “köpüklər partlayırmı?”

18.01.2018 - Cahangir Hacıyevin ən yaxın adamlarından biri xaricdə yaxalandı, Bakıya gətirildi

18.01.2018 - Cahangir Hacıyevin ən yaxın adamlarından biri xaricdə yaxalandı, Bakıya gətirildi

18.01.2018 - PA-nın yeni şöbə müdiri kimdir?

17.01.2018 - Fazil Məmmədovun Ukraynadakı mülkləri - Sensasion faktlar

17.01.2018 - SOCAR: “Mənsimovun bizə külli miqdarda borcu var”

Facebook