AZAL azərbaycanlı sərnişinlər üçün İstanbula təyyarə yollayır

17 iyul 2016
AZAL azərbaycanlı sərnişinlər üçün İstanbula təyyarə yollayır
"Təyyarə Bakıya gəlmək üçün gözləyən sərnişinləri götürüb geri qayıdacaq"
"AZAL İstanbulda qalan azərbaycanlı sərnişinlərin sayının çoxluğunu nəzərə alaraq, İstanbulun Atatürk hava limanına əlavə təyyarə yollamağa hazırlaşır”.

Bunu ANS PRESS-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

"Hazırda texniki məsələlər yekunlaşmaq üzrədir. Təyyarə Bakıya gəlmək üçün gözləyən sərnişinləri götürüb geri qayıdacaq".

Ötən gecə Türkiyədə hərbi çevriliş cəhdi göstərildiyi üçün Bakıdan Ankara və İstanbula yola düşməli olan bütün reyslər ləğv edilib. Reyslər bu gün səhər İstanbula və Ankaraya həyata keçirilməli idi. Qurum rəsmisi deyir ki, reyslərin nə vaxt bərpa ediləcəyi hələlik məlum deyil.

Ötən gecə Türkiyənin İstanbul və Ankara şəhərlərində qoşunlar və zirehli texnika küçələrə çıxarılıb. Hətta İstanbulda yerləşən Atatürk hava limanının ələ keçirilməsi cəhdi barədə xəbər də yayılmışdı. İnsidentlə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN Türk telekanalında telefon vasitəsilə açıqlamalar verib.

Ərdoğan deyib ki, o, Türkiyə Respublikasının prezidentidir və xalqa müraciət edərək küçələrə axışmağı və hərbçilərə müqavimət göstərməyi xahiş edib. O bildirib ki, bu çevrilişi edənlərin hamısı cəzalandırılacaq.
Xəbəriniz olsun

23.07.2019 - “İŞ OTAĞINDA ÖLÜ TAPILAN RƏİSİ TƏHDİD EDİBLƏR…” – ““Mənimsənilən 80 min manatı ona “yükləyiblər””

23.07.2019 - Bakıda gənc qız oğlana görə həmcinsi ilə dalaşıb - Özünü binadan atmaq istədi (TƏFƏRRÜAT-VİDEO)

23.07.2019 - Səfər Mehdiyevə "ittiham yağışı": "Baldızın oğlu büdcəni dağıdır, görmürsən?"

23.07.2019 - Prezident Murad Köhnəqalaya ev verdi

23.07.2019 - “Atama silah verdim ki, əsir düşsə, özünü öldürsün” - Aqil Abbas

23.07.2019 - Milyonluq tenderləri kimlər qazanır? – “Qohumlarıdır...”

23.07.2019 - Azərbaycanlı sürücü Kiyevdə yol polisini döyüb xəstəxanalıq etdi

23.07.2019 - Prezident Əzrayılla görüşübmü? - Müəmma davam edir...

23.07.2019 - Nənə-babanın xəstəxanaya atıb qaçdığı uşaqların atası tapıldı: "ÖZÜM BAXACAM..."

23.07.2019 - Bakının bu çimərliyində nəhəng ilan insanları qorxuya saldı - VİDEO

23.07.2019 - Ərəblər hamının gözü qarşısında təbii ehtiyaclarını ödəyir - İSMAYILLIDAN ŞOK FOTO

23.07.2019 - Elmar Vəliyevi güllələyən şəxslə bağlı yeni qərar

22.07.2019 - SSRİ-ni bərpa etmək istəyən sekta silaha əl atdı, Rusiyada həbslər başladı...

Facebook