Vətəndaşdan Şahin Məmmədova ittiham: “10 ildir ki, yığılan pulları…”

21 iyul 2016
Vətəndaşdan Şahin Məmmədova ittiham: “10 ildir ki, yığılan pulları…”
Son vaxtlar Ağcabədi rayonu ilə bağlı silsilə yazılar dərc etmişik. Bu dəfə də cumhuriyyət. az-ın elektron poçtuna rayondan olduqca ilginc informasiya daxil olub. Ağcabədi rayon Avşar kənd sakini Kərimov Elqayıt Heydər oğlu müxtəlif dövlət qurumlarına ilginc faktların yer aldığı şikayət məktubu göndərib. Surəti cumhuriyyet.az-a göndərilən həmin məktubu olduğu kimi diqqətinizə çatdırırıq:
“Ağcəbədi rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmmədov on ildən ariqdir ki, Ağcabədidə bütün sahibkarlardan Mədəniyyət işçilərindən,Təhsil şöbəsindən, mağazalardan, idarə və təşkilatlardan hərbiyə pul yığmaqla məşğuldur. Xahiş edirəm yoxlanılsın görək bu pullar 10 ildə hərbiyə verilibmi? Axır zamanlar Təhsil şöbəsinin işçiləri Tərtər Regional İdarəsinə ərizə ilə müraciyət edərək əmək haqqlarının 3%-ni hərbiyə tutulub verilməsinin xahiş etmişlər. İki ay Tərtər regionalını pulların 3%-ni tutaraq hərbiyə müdafiyə fonduna vermişdir. Hər bir nəfərdən 1 manat tutarak Qarabağ əlillərinə kömək məqsədilə verilmişdir. Şahin Məmmədov bildirib ki,10 ildir bu pulları İcra Hakimiyyətinə verilir.
Şahin Məmmədov Prezident tərəfindən verilən pulların mənimsənilməsi, baxçalara ayrılmış pulların bir hissəsini mənimsədi, yollara, abadlıqa, su çəkilişinə ayrılmış pulların mənimsənilməsi mətbuat səhifəsində və 20-dən artık sayıtlarda işıklandırılmasına baxmayarak ona gözün üstə qaşın deyən olmadı.İndidə hərbiyə yığılmış pulların bir hissəsini mənimsəyir bunu bütün sayıtlar yazır. Şahin Məmmədovun karrupsiya faktlarından kimi ərizə yazırsa onu şərlədərək tutdurur. Xahiş edirəm 10 ildə Hərbiyə və Qarabağ əlillərinə yığılan pulların məbləği müəyyənləşdirilsin və nə qədər hərbiyə pul keşirilməsi və Qarabağ əlillərinə nə qədər pul verildiyi araşdırılısın .
Ağcabədidə 7 mindən artıq adam Hərbiyə və Qarabağ əlillərinə pul veriblər. Belə görünür ki, hər ay təxminən 50 min manatdan artıq yığılır. Bu pulların hərbiyə verilməsi yoxlanılsa çox şey üzə çıxar”
Xəbəriniz olsun

22.05.2019 - “Zara”dan biabırçılıq: Paltarlarını dəyişən qadınları gizlin VİDEO-ya çəkirlər

22.05.2019 - "Şirəliyev məni nazirliyə çağıracağına söz verdi" - Mehmandan AÇIQLAMA

22.05.2019 - Gömrük Komitəsi ilə "Azərpoçt"un birgə oyunu

22.05.2019 - İlqar Məmmədov “Qorotdel”ə çağırıldı

22.05.2019 - Məni İranla savaşa onlar məcbur edir - Trampdan şok

22.05.2019 - Konsulluğun əməkdaşları Fuad Abbasovla görüşüb - XİN-dən açıqlama

22.05.2019 - AFFA-dan "Arsenal"ın Mxitaryan qərarı ilə bağlı bəyanat

22.05.2019 - Müəllim qız şagirdinə sataşdı, ölümcül döydülər - CƏLİLABADDA OLAY+VİDEO

22.05.2019 - Zərdabın icra başçısına ŞOK İTTİHAMLAR: bütün işçilərdən pul yığır, savadsızdır, oğrudur

22.05.2019 - "S-400"dən imtina etmək üçün ABŞ Türkiyəyə iki həftə vaxt verdi

21.05.2019 - İlham Əliyevlə söhbət edən satıcı: "Qəfildən gördük ki, Prezident içəri daxil oldu"

21.05.2019 - Falçı vəzifəli şəxsin həyat yoldaşını belə aldatdı: "Evdə nəyim vardısa..."

21.05.2019 - Mxitaryan gəlmir – “Arsenal” qərarını verdi!

Facebook