Yerevanda polis etiraz aksiyasını dağıtdı

21 iyul 2016
Yerevanda polis etiraz aksiyasını dağıtdı
Polis səhər saatlarında etiraz aksiyasını dağıdarkən xəsarət alanlar arasında jurnalistlər də var.

Xüsusi müxbirimiz xəbər verir ki, bunu Ermənistan ombudsmanının ofisindən deyiblər. Məlumatda o da vurğulanır ki, Ermənistan ombudsmanı bu faktı pisləyir.

* * *10:08

Ermənistan hüquq-mühafizə orqanları Yerevanda silahlıların zəbt etdiyi polis şöbəsi yaxınlığında keçirilən etiraz aksiyasını dağıdıb.

Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, səhər tezdən saat 04-ə yaxın – nümayişçilərin sayının azaldığı vaxt polis Xorenatsi küçəsini onlardan təmizləməyə başlayıb.

Polis əvvəlcə nümayişçilərə dağılmaq üçün 15 dəqiqə vaxt verib, lakin bu tələbə əməl olunmadığından onları sıxışdırmağa başlayıb. Cəmi bir neçə dəqiqədən sonra küçə boşaldılıb. Onlarla adam, o cümlədən müxalif “Vətəndaş müqaviləsi” partiyasından deputat Nikola Paşinyan təzyiqlərə məruz qalıb.

Tiqran Metsa prospektində və Nar-Dosa küçəsindəki nümayişçilər də təzyiqə məruz qalıblar.

Aksiya dağıdılarkən 30-dək etirazçı saxlanılıb. Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Anait Aytayan bildirib ki, son məlumata görə, gecə Yerevanda polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində 28-i polis əməkdaşı olmaqla 51 nəfər xəsarət alıb.
Xəbəriniz olsun

16.07.2018 - DÇ-2018-in ən yaxşıları açıqlandı

16.07.2018 - Gəncə hadisələrinin kölgədəki rejissoru: Tohid İbrahimlinin "Hüseynçilər" dəstəsi

16.07.2018 - ERMƏNİ KƏŞFİYYATÇISI ƏSİR GÖTÜRÜLDÜ – Diversiya cəhdi + FOTO

16.07.2018 - Gəncədə polisi qətlə yetirən Rəşad necə zərərsizləşdirilib? - DİN açıqladı

15.07.2018 - Azərbaycanın xüsusi xidmət orqanları Elmar Vəliyevə sui-qəsddə "Qum izi" aşkarladılar

15.07.2018 - Sumqayıta xüsusi təyinatlı bölmələr daxil oldu: həbslər başladı

14.07.2018 - Azərbaycan Milli Demokrat Partiyasının Gəncə hadisələri ilə bağlı bəyanatı

14.07.2018 - Nəsimi rayonunda sakinlər “müdafiə səddi” qurdular: İCRA BAŞÇISI "SƏNGƏRİN O TAYINDA" QALDI

14.07.2018 - Gəncədə Elmar Vəliyevə sui-qəsdin daha bir iştirakçısını həbs etdilər

14.07.2018 - Bakıda lift şaxtaya düşdü: Xəsarət alanlar var

14.07.2018 - Ramil Usubov polis rəislərini topladı

13.07.2018 - Qətlə yetirilən polis polkovniki onunla gəlmək istəyən həmkarına: "Gəncəlilər mənə əl qaldırmaz..."

13.07.2018 - İlham Əliyev: Gəncədəki hadisələrin arxasında xarici güclər durur

Facebook