AFFA-dan milyon avro istəyən futbolçu yığmaya gətirilir

26 dekabr 2014
AFFA-dan milyon avro istəyən futbolçu yığmaya gətirilir“Qranada” klubunda çıxış edən Eddi İsrafilov Azərbaycan yığmasında oynaya bilər

İspaniyanın “Qranada” klubunda çıxış edən Eddi İsrafilov Azərbaycan yığmasında oynaya bilər. Apasport.az saytının məlumatına görə, millinin yeni baş məşqçisi Robert Prosineçki 22 yaşlı futbolçunu sərəncamında görmək istəyir.

Belə ki, xorvatiyalı çalışdırıcının özü İsrafilovla əlaqə saxlayıb. O, gənc futbolçunu razı salmaq üçün Qranadaya getməyə də hazırdı. Prosineçki Eddinin azərbaycanlı anası ilə də bu məsələni artıq müzakirə edib. 45 yaşlı məşqçi AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində martda Malta ilə keçiriləcək oyuna qədər İsrafilovu yola gətirmək niyyətindədi.

Bununla bağlı İspaniya mətbuatına danışan Prosineçkinin köməkçisi Yanko Yankoviç məlumatı təsdiqləyib. O, İsrafilovu Azərbaycan millisinə gətirmək istədiklərini deyib: “Mümkün olan hər şeyi nəzərdən keçiririk ki, marta qədər heyəti gücləndirək. Bu siyahıda İsrafilovun da adı var. Anasının azərbaycanlı olması bizə kömək edir. Eddinin oyunlarını izləmişik və onun Azərbaycan yığmasına əlavə güc qatacağını düşünürük.

Qeyd edək ki, “Mursiya”nın futbolçusu olan İsrafilov “Qranada”da icarə əsasında çıxış edir. O, bir müddət öncə Azərbaycan millisində oynamaq üçün AFFA-dan 1 milyon avro istəmişdi.
Xəbəriniz olsun

17.11.2017 - Azərbaycanda benzin bahalaşdı

17.11.2017 - Bakıda evi uçurulan şəxs özünü doğradı: “Mənim evimi niyə sökdünüz?” (VİDEO)

17.11.2017 - Zeynəb Xanlarova Rasim Balayevin xəstəliyi haqda

17.11.2017 - Ərdoğan: “Putin Qarabağ probleminin həllinə inanmır”

17.11.2017 - Lənkəranskinin qardaşı haqda şok məhkəmə qərarı (Video)

15.11.2017 - Sumqayıtda avtobuslar daşa basıldı

15.11.2017 - Qurban Qurbanovun islahatları istefalarla başladı: Kimlər getdi, kimlər gələcək?

15.11.2017 - Azərbaycanda ünvanlı sosial yardım ləğv olunacaq

15.11.2017 - BAKIDA DƏHŞƏT: İçdiyi araq butulkası ilə özünü öldürdü – TƏFƏRRÜAT

15.11.2017 - Millimizin futbolçusu azarkeşi təhqir edib, söhbətə çağırdı: "Ağıllı ol"

15.11.2017 - Ramil Usubov rəisi təqaüdə göndərdi

15.11.2017 - Zaur Hüseynov bu hadisəyə görə onları cəzalandırdı: Rəisi işdən çıxardı

15.11.2017 - Ceyranbatanda məktəbdə faciəvi dava - araya girən xadimə aldığı xəsarətdən ölüb

15.11.2017 - Pensiyalar necə hesablanacaq? - Nazir detalları açıqladı

15.11.2017 - NİDA-çı gənc həbs olundu

15.11.2017 - Ramiz Zeynalovun böyük imperiyası: Xırdalandakı DYP-dən ucqar Tovuzadək...

14.11.2017 - “Fəzail İbrahimlinin oğlumu gündəmə gətirməyi namərdlikdir” - Adaş deputatlar arasında savaş

14.11.2017 - Cəmil Əliyevin “xərçəng biznesi”: Milli Onkologiya Mərkəzində nə baş verir?

13.11.2017 - Bakıda iki ölkənin səfirliyinə məxsus avtomobillər toqquşub

Facebook