Qızını öldürən ata: "Düşdü ki, ay ata vurma"

22 iyul 2016
Qızını öldürən ata: "Düşdü ki, ay ata vurma"
Ağdam rayon sakini 15 yaşlı Aygün Cabbarova, bibisi 56 yaşlı Zəhra Əliyarovanın Abşeron rayonu Xırdalan şəhərindəki evindən kəsilmiş, deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib və orada dünyasını dəyişib.

Savash.org-un Region.TV-yə istinadən məlumatına görə, dərhal araşdırmaralara başlayan Abşeron Rayon Polis Əməliyyatçılarına ilk olaraq yeniyetmə qızın özünü öldürdüyü barədə məlumat verilib. Deyilənlərə şübhə ilə yanaşan polis əməkdaşları, araşdırmalarını davam etdiriblər.

Sonradan məlum olub ki, Aygün Cabbarovanı qısqanclıq zəmnində atası 52 yaşlı Nəsib Cabbarov bıçaqla qətlə yetirib. Qatil ata saxlanılıb. Nəsib Cabbarov dindirilərkən törətdiyi cinayət əməlini etiraf edib.

Təxminən 3 ay bundan əvvəl müalicə üçün qızı ilə birlikdə Ağdam rayonundan Xırdalan şəhərinə, bacısının evinə gəldiyini deyən Nəsib Cabbarov bir müddət burda qalmalı olub.

Bacısının kürəkənindən qızı haqqında xoşagəlməz sözlər eşitdikdə qəzəbinə sahib çıxa bilməyən ata, bıçağa əl atıb. O, yatmış vəziyyətdə olan 15 yaşlı qızının ürək nahiyyəsindən iki dəfə xəsarət yetirib və onu öldürüb: “Səhər saat 8 də. Bıçaq elə şkafın qabağında idi. Bıçağı götürdüm elə, vurdum. O biri böyük qızım Suqra gördü. İkimərtəbəli kravatdı, o yuxarıda yatmışdı. Düşdü ki, ay ata vurma, ay ata vurma. Da mən də vurdum”.

Aygünün əlaçı şagird olduğunu deyən atası, onu öldürdüyünə sonradan peşman olub: “Nə deyim, səhv eləmişəm də. Vurmuşam. Onsuz da bilirəm ki, axırı ölümdü. Öləcəm. Mənim 52 yaşım var. İnnən sonra mən nə qədər yaşıyacam ki, nə də çıxıb gedə biləm”.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook