Zakir Fərəcov Binəqədinin 3 kəndini "işğal etdi" - Xaləddin İsgəndərov üzərində qələbə

22 iyul 2016
Zakir Fərəcov Binəqədinin 3 kəndini "işğal etdi" - Xaləddin İsgəndərov üzərində qələbə
Binəqədi rayonunun balansında olan və ümumilikdə 3500 hektar əraziyə malik Novxanı, Fatmeyi və Goradil qəsəbələri Sumqayıt şəhər İcra Hakimiyyətinin balansına verilib.

Savash.org “AzNews.az”a istinadən xəbər verir ki, sözügedən qəsəbələrin taleyi ilə bağlı qərarı bu günlərdə verilib. Verilən məlumata görə, hazırda hər üç qəsəbədə aparılan tikinti işlərinə bir aylıq məhdudiyyət qoyulub. Bu da sözügedən ərazilərdə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən tikinti aparılmasına verilən qeyri-qanuni “icazələr”in araşdırılması ilə bağlıdır. Daha çox dəbdəbəli bağ evlərinin tikintisinin aparıldığı bu ərazilərdə insanlardan külli-miqdarda pul alındığı söylənilir.

Qeyd edək ki, 1 ay əvvəl Novxanı qəsəbəsinin Sumqayıt tərəfinə vurulan “Sumqayıta xoş gəlmisiniz” giriş tablosunun Xaləddin İsgəndərov tərəfindən bulduzerlərlə sökdürmüşdü və bu da qalmaqala səbəb olmuşdu.
Xəbəriniz olsun

18.08.2018 - Merkelin Azərbaycan səfərinin arxasında nələr durur?

18.08.2018 - Elmar Vəliyevə sui-qəsd - yeni həbslər və təfərrüat

18.08.2018 - Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə

18.08.2018 - Trampdan Türkiyəyə: “Bu iş bitmədi, həzm etməyəcəyik”

18.08.2018 - Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…

18.08.2018 - Sabirabad icra başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…

17.08.2018 - Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar

17.08.2018 - “Qarabağ” “Şerif”lə nə nə vaxt meydana çıxacaq? - Avropa Liqası

17.08.2018 - Bakıda avtobusda qadına təcavüz edildi: Niyə mənə toxunursan? - VİDEO

17.08.2018 - Köçəryan Paşinyanı Qarabağ danışıqlarından “dovşan kimi qaçmaqda” günahlandırdı

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

16.08.2018 - “Rus NATO-su”nda baş katib qovğası – İrəvanın Bakı qarşısında diplomatik fiasko xofu

Facebook