Səməd Seyidovun yeni rektora arzuolunmaz mirası: rüşvətlə işə götürülən 40 nəfərə dərs saatı tapılmır – ADU-da SKANDAL

27 iyul 2016
Səməd Seyidovun yeni rektora arzuolunmaz mirası: rüşvətlə işə götürülən 40 nəfərə dərs saatı tapılmır – ADU-da SKANDAL
Azərbaycan Dillər Universitetində (ADU) növbəti qanunsuzluqlar üzə çıxıb. Bu barədə Savash.org-un redaksiyasına sözügedən təhsil müəssəsindəki etibarlı mənbədən məlumat verilib.

Qaynağımızın iddiasına görə, bu universitetin sabiq rektoru Səməd Seyidov, həmin dövrdə prorektor vəzifəsində çalışan Vazeh Əsgərov və təhsil ocağının İnsan Resursları departamentinin rəhbəri Durdanə Əliyeva ilə əlbir olaraq 40 -a yaxın şəxsi universitetə işə götürüblər. Lakin hazırda həmin işçilər üçün dərs saatı tapılmır. Hətta mənbə onu da diqətə çatdırıb ki, həmin 40 nəfər arasında bakalavr diplomu ilə işə götürlənlər də mövcuddur:

"Onların hamısından külli miqdarda rüşvət alıb, işə götürüblər. İndi də universitetdə "ştat" olmadığından o şəxslərin hamısı kənarda qalıb. Bəzilərinin bakalavr diplomu ilə işə götürülməsi isə qanunlara ziddir. Hazırkı rektor əvəzi, professor Dünyamin Yunusov da çaş- baş qalıb. Həmin 40 nəfərin məsələsini necə tənzimləyəcəyini bilmir. Onları işdən belə azad edə bilmir. Ona görə ki, universitetdə S. Seyidovun və onun "sağ əli" olan V.Əsgərovun təsirləri hələ də qalmaqdadır. Hazırda da S. Seyidov universitetlə əlaqəsini kəsməyib. Bir neçə ay öncə S. Seyidov universtitətə təşrif buyuraraq, rektor əvəzi ilə görüşüb. Məhz bu məsələlərə görə də, D.Yunusov məsələni açıb-ağartmır. Konkret olaraq 40 nəfərin qanunsuz yolla işə götürülməsi səbəbindən universitetin magistratura pilləsini əla qiymətlərlə başa vuran geniş potensiallı gənc kadrlar işə götürülmürlər".

Mənbə onu da bəyan edib ki, Təhsil Nazirliyi (TN) işə qarışmasa, 40 nəfər məsələsinin həllini tapması çox çətindir:

" Ona görə ki, rektor əvəzi D.Yunusov S.Səmədovun rektor olduğu dönəmdə elmi işlər üzrə prorektor vəzifəsində çalışıb. Və çalışdığı müddətdə çox şəffaf,demokratik və humanist addımları ilə seçilib. Hazırda da müəssisənin idarəçilik sistemində çox mütərəqqi adımlar atmaqdadır. Amma S. Seyidov ona işləməyə imkan vermir. Məhz bu səbəbdən rektor əvəzinin Səməd Seyidov "sindromunu" sındıracağı ehtimal olunmur. Amma görünür, D. Yunusov da məcbur olub, məsələ barədə TN-ə müraciət edəcək. Çünki rektor əvəzi elə hazırda da universiteti çox demokratik prinsiplərlə idarə edir. Sözügedən təhsil ocağında bu cür arzuolunmaz hallar D. Yunusovu da ciddi narahat edir. Amma neynəsin ki, sabiq rektor rektorluq postundan getdiyini biləndən sonra, V. Əsgərova "səni rektor təyin etdirəcəm" deyib, onunla əlbir olub, bu cür qanunsuzluqlara yol veriblər. Hər halda alınan rüşvətdən V.Əsgərova "pay" çatmamış deyil. Çünki bu işi S. Seyidovla birlikdə şərikli formada reallaşdırıblar. Ona görə də, indi qanunsuz əməllər aşkarlandıqca, V.Əsgərov bütün irad və tənqidlərin üstündən susqunluq mümayiş etdirməklə keçir. S. Seyidov universitetə rektor gətirilməsi üçün TN-ə V. Əsgərovu təqdimatını versə də, nazir Mikayıl Cabbarov haqlı olaraq onun qəbul etməyib. Ona görə ki, tarix müəllimin ADU da rektor seçilməsi gülünc məsələ olardı. Bir sözlə hazırda univeristetdə 40 nəfər olayları və digər özbaşınalıqlara dair ciddi araşdırmalar aparılır. Yəqin ki, bütün qanunsuzluqlar zaman-zaman gün üzünə çıxacaq".


Orxan
Savash.org
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook