Abituriyentlərin yarıdan çoxu 200 bal da yığa bilməyib - Şok nəticə

27 iyul 2016
Abituriyentlərin yarıdan çoxu 200 bal da yığa bilməyib - Şok nəticə
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının (TQDK) II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanında imtahan verən 41 800 abituriyentdən 21 652-si (51,8 faiz) 200 baldan aşağı nəticə göstərdiyi üçün müsabiqəyə buraxılmayıb.

"Savaş" "Report"a istinadən xəbər verir ki, iyul ayının 23-ü II qrup üzrə imtahan verən 22 135 abituriyentdən 10 621 nəfəri müsabiqədə iştirak etmək hüququ əldə edib. İmtahan verən 11 514 abituriyent müsabiqə şərtlərini ödəməyib, yəni keçid balını (200 bal) toplaya bilməyib.

II qrup üzrə müsabiqədə iştirak etmək hüququ qazanan şəxslərdən 656 nəfər 600 baldan yuxarı nəticə göstərib, 1274 nəfər 500-600, 1984 nəfər 400-500, 2757 nəfər 300-400, 3850 nəfər 200-300 bal arası nəticə göstərib.

III qrup üzrə isə 19 673 nəfər imtahan verib. İmtahan nəticələrinə əsasən 9 535 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib, 10 138 nəfər isə müsabiqəyə buraxılmayıb. Buna səbəb həmin abituriyentlərin keçid balı (200 bal) toplaya bilməməsidir.

III qrup üzrə müsabiqədə iştirak etmək hüququ qazanan şəxslərdən 607 nəfəri 600 baldan yuxarı nəticə göstərib, 1358 nəfər 500-600 arası, 1992 nəfər 400-500 bal arası, 2513 nəfər 300-400 bal arası, 3 065 nəfər isə 200-300 bal arası nəticə göstərib.

Qeyd edək ki, ixtisas seçimi bütün qruplar üzrə iyulun 29-dan avqustun 10-dək internet vasitəsilə aparılacaq.
Xəbəriniz olsun

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

17.10.2018 - “Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

17.10.2018 - Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar...- jurnalistin qətlinin təfərrüatları

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

17.10.2018 - AKP mətbuat katibi Səudiyyə Ərəbistanı konsulunun Türkiyəni tərk etməsi barədə

17.10.2018 - Trampın müşaviri İlham Əliyevlə Bakıda nədən danışacaq? - Pərdəarxası...

16.10.2018 - Təhsildə imtahan oyunu: Ceyhun Bayramov müəllim üsyanı yetişdirir?

16.10.2018 - Paşinyan istefa verdi və...üzr istədi

Facebook