Elza Seyidcahanın WhatsApp yazışmaları yayıldı - FOTO

28 iyul 2016
Elza Seyidcahanın WhatsApp yazışmaları yayıldı - FOTO
Əməkdar artist Elza Seyidcahanla stilist Pərviz Mirzəyev arasında qalmaqal yaşanıb.

Savash.org big.az-a istinadən bildirir ki, E.Seyidcahanın efirdə stilist Pərvizlə bağlı, "Pərvizdən də yaxşı ustalarla çalışıram" deməsi stilistin əməlli-başlı narazılığına səbəb olub.

Stilist Pərviz Mirzəyev bildirib ki, Elza Seyidcahan efirdə çıxıb onu bəyənmədiyini desə də, dəfələrlə stilist kimi ona müraciət edir: "Elza o insandır ki, bütün günü məni bezdirir ki, Pərviz sənin yanına gəlim. O, həmişə yalvar-yaxar edir ki, Pərviz gəlim də. Mənim də vaxtım olanda qəbul edirəm, olmayanda edə bilmirəm. İndi də çıxıb efirdə deyir ki, məni bəyənmir. Mən sizə "WhatsApp" yazışmalarını göndərim ki, məni bəyənməyən insan görün mənə necə yalvarır".

Əməkdar artist Elza Seyidcahan isə sözügedən yazışma ilə bağlı açıqlama verib:

"Afaq Gəncəli məndən efirdə soruşdu ki, saçını Pərviz düzəldib? Mən də dedim ki, təbii ki, Pərvizdən də yaxşıları Azərbaycanda var. Pərviz mənim yazışmamı yaymaqla nə demək istəyir? Onu çox istəyirəm, çox istədiyimi də yazmışam. Amma onun məsuliyyətsizliyi var. Məsuliyyətsizliyi övladım edəndə də bağışlamıram. Üzünə deyirəm ki, belə olmaz. Pərvizi məşhur edən mənim kimi sənətkarlardır. Amma onun məsuliyyətsizliyi özünü məhv edir. İnsan nə qədər salon gəzər? Bir dəfə İlhamə Quliyevanın tədbirinə gecikmişdim, o da məni biabır etmişdi. Bunun da səbəbkarı Pərviz idi. Pərviz həmişə məni hər yerə gecikdirir. Sonuncu dəfə mən onun yanına gedirdim. Dedi gəl. Yolda olanda mənə dedi ki, gəlmə , qonaqlarım gəlir. Bu nə hörmətsizlikdir axı? Belə hörmətsizliyə görə adamı biabır edərlər. Mənim ona ürəyim yanır, yazığım gəlir. Ayıb olsun ona, getsin qonaqlarını qarşılasın. İstedadı var, amma məsuliyyətsizliyi onu geri atır. Pərviz ağlını itirib ki, özünü biabır edir. Onu Pərviz Mirzəyev edən mən olmuşam. Yazışmamı yaymaqla nə demək istəyir axı? Ustanın yanına gedəndə yazırlar ki, haradasan, gəlirəm və s. Bu yazışmada qeyri-adi bir şey yoxdur. Problem deyil qoy yaysın. Şükür Allaha ki, Pərvizin yanında ayıb işim yoxdur. Azərbaycanda 90 faiz stilist Elza Seyidcahanla işləmək üçün növbəyə durub. Mən Pərviz kimi Anar Ağakişiyevin də yanına getmişəm. Anarın kişiliyinə, peşəkarlığına niyə görə hörmətim var? Çünki nə vaxt demişəmsə, canla-başla yanına getmişəm. Təbii ki, onun da müştəriləri çox olur. Amma vaxtı olmayanda başa düşmüşəm ki, məndən öncə növbəyə yazılanlar var. Qızım onun salonuna gedəndə salonu ayağa qaldırmışdı ki, Elzanın qızı gəlib. Anar kimi sadə, sözünün üstündə duran peşəkar stilistlər Azərbaycanda çox olmalıdır".
Xəbəriniz olsun

18.08.2018 - Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə

18.08.2018 - Trampdan Türkiyəyə: “Bu iş bitmədi, həzm etməyəcəyik”

18.08.2018 - Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…

18.08.2018 - Sabirabad icra başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…

17.08.2018 - Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar

17.08.2018 - “Qarabağ” “Şerif”lə nə nə vaxt meydana çıxacaq? - Avropa Liqası

17.08.2018 - Bakıda avtobusda qadına təcavüz edildi: Niyə mənə toxunursan? - VİDEO

17.08.2018 - Köçəryan Paşinyanı Qarabağ danışıqlarından “dovşan kimi qaçmaqda” günahlandırdı

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

16.08.2018 - “Rus NATO-su”nda baş katib qovğası – İrəvanın Bakı qarşısında diplomatik fiasko xofu

16.08.2018 - 596 bal topladı, ixtisas seçimi etdi, lakin kənarda qaldı - Qəbul imtahanında ilginc hadisə + FOTOFAKT

16.08.2018 - Füzulidə yas mərasimləri: Sadə, israfçılıqdan kənar, islami qaydalara uyğun

Facebook