Sumqayıtda idman kompleksində gənc qızın ölümü ilə bağlı təfərrüatlar

28 iyul 2016
Sumqayıtda idman kompleksində gənc qızın ölümü ilə bağlı təfərrüatlar
İyulun 27-də Sumqayıtda "Term" İdman-Sağlamlıq Kompleksində gənc qızın ölümü ilə bağlı cinayət işi başlanıb. Bu barədə Trend-ə Sumqayıt şəhər Prokurorluğundan məlumat verilib.

Məlumata görə, faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Hazırda faktla bağlı istintaq əməliyyat tədbirləri aparılır.

Xatırladaq ki, dünən Sumqayıtda "Term" İdman-Sağlamlıq Kompleksində 25 yaşlı Ülkər Elxan qızı kompleksin üzgüçülük hovuzunda boğulub. Mərhumənin yaxınları Trend-ə bildirib ki, Ülkər hər il yay tətilində adıçəkilən kompleksə üzməyə gəlirmiş və üzgüçülük həvəskarı olub. İyulun 27-də kompleksə gələn Ülkər yenidən hovuzda üzməyə başlayıb. Bir müddətdən sonra onda qəfil ürək tutması baş verib və boğulub. Hovuz nəzarətçilərinin dərhal hadisəyə müdaxilə etməsinə və ona süni nəfəsin verilməsinə baxmayaraq, gənc qızın həyatını xilas etmək mümkün olmayıb. Ülkər hadisə yerində dünyasını dəyişib.

Yaxınları bildiriblər ki, Ülkər ürək xəstəliyindən əziyyət çəkirmiş.
Xəbəriniz olsun

22.02.2018 - Azərbaycanda bu yol pullu olacaq - ƏHALİNİN NƏZƏRİNƏ

22.02.2018 - "Gülənçi” olan 2 türkiyəli məhkəmədən qaçırıldı - Bakıda şok hadisə

22.02.2018 - 56 yaşlı Abşeron sakini özünü asaraq intihar edib

22.02.2018 - Gürcüstandan gətirilən maşınlar haqda şok faktlar - Ekspertdən müsahibə

22.02.2018 - Bu rayonlarda insanlar çox yaşamır - I yeri müalicəvi Naftalan tutur

22.02.2018 - “Bank of Baku”nun özbaşınalıqları davam edir – GİLEY

22.02.2018 - Azad Rəhimovun oğlu ilə bağlı ilginc iddia

22.02.2018 - Azərbaycanın Olimpiadada yeganə təmsilçisi finiş xəttinə çata bilmədi

22.02.2018 - Rəsmi Vaşinqton Rusiyadan silah alan ölkələri sanksiyalarla hədələdi - Xəbərdarlıq

22.02.2018 - “Ziya Bünyadovun əvəzinə bir müxalifət liderini öldürəcəkdik, amma...” - akademikin qatilinin etirafları

21.02.2018 - Prezident məcburi köçkünlərin müavinətini artırdı

21.02.2018 - “Ziya Bünyadovu Aydın adlı alim bilib, öldürdük” - Qatilin ŞOK ETİRAFLARI

21.02.2018 - İlham Əliyevin qohumu Riyad Əliyev saxlanıldı, 30 sutka həbs verildi

Facebook