“Ziya Məmmədovun oğlu Avropada İlham Əliyevin əleyhinə təbliğat aparır” – ŞOK İTTİHAM

29 iyul 2016
“Ziya Məmmədovun oğlu Avropada İlham Əliyevin əleyhinə təbliğat aparır” – ŞOK İTTİHAM
“Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Azərbaycan pullarını oğurlayıb, aparıb Londonda böyük malikənalər alıb. Orada «Waşinqton Post» və «New York Times» qəzetlərində Azərbaycan Prezidenti Ilham Əliyevin əlehinə yazılar dərc etdirirlər”.

Bu barədə Savash.org-a Azərbaycan məmurlarının və övladlarının özbaşınalığından danışarkən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib. Onun sözlərinə görə, bunların hamısı ondan xəbər verir ki, Z. Məmmədovun oğlu vasitəsilə İlham Əliyevə təzyiq göstərmək istəyir:

"Düşünürəm ki, bununla bağlı çox ciddi tədbir görülməlidir. Bu tədbir görülməsə,vəziyyət daha da çətinləşəcək. Onları vəzifələrindən kənarlaşdırmaq lazımdır".
Təşkilat sədrinin qənaətincə, prezident qocalar evini (Nazirlər Kabinetini nəzərdə tutur-Savash.org) buraxmalıdır: "Bu qurumda kürsüsündən qalxa bilməyən məmurlar var. Onlar heç bir çevik siyasət apara bilməzlər. Onlar heç özlərini ayağa qaldırıb, apara bilmirlər, siyasəti necə aparacaqlar? Prezident sağalam aparat yaratmalıdır. Heydər Əliyevə zamanında kim xəyanət edibsə, indi yüksək vəzifədədir. Bunu da prezidentin ətrafında olan bir iki nəfər var ki, onlar edirlər. Yəni cəmiyyətə nümayiş etdirmək sitəyirlər ki, kim dövlət başçısına xəyanət edirsə, o,yaxşı yaşayır".


İşığın qiymətinin qalxmasına diqət çəkən təşkilat sədri bəyan edib ki, bundan dərhal sonra bütün ərzaq məhsullarının qimətində bahalaşma qeydə alındı: "Bunların hamısını məmurlar edir. Cənab Prezident bütün günü çalışır ki, xalqın güzəranı yaxşılaşsın. Amma bu məmurlar ölkəni talayırlar".
H. Hacıyev hesab edir ki, hazırda ölkədə kənd təsərrüfatı bərbad vəziyyətdədir: "3 il öncə, dövlət başçısı Respublikada süni mayalanma mərkəzinin yaradılmas ilə bağlı 2 milyon pul ayırdı.Getdilər Gəncədə o mərkəzin açılışını etdilər. Kənd Təsərrüfatı naziri Heydər Əsədov ayrılan vəsaiti taladı. Sonra Prezidentə yalan məlumat verdi və yenidən kənd təsərrüfatı üçün 7-8 milyon manat vəsait ayırdılar. İndi həmin 8 milyon H.Əsədovun Varovskidə tikilən villalarına xərclənir. Və yaxud H.Əsədov pulu kürəkəninə verir. O da gedib, Londonda, Amerikada qardaşım İlham Əliyevin əleyhinə təbliğat aparır. Adıçəkilən məmurların təcili şəkildə işdən azad olunmalıdırlar".

Müsahibimiz onu da əlavə edib ki, azərbaycanlı məmurların əksəriyyəti işlərini gülənçilərlə qurur: " Misal olaraq Elnur Aslanovu göstərə bilərik. O, bütün gün Gülənin yanındaydı. İndi Elnurun bacanağı Təhsil Nazirliyində ən böyük vəzifədədir. Bunlar hamısı bir təzad təşkil edir. Düşünürəm ki, dövlətçiliyi qorumaq üçün bəzən qorxmağı kənara qoyub bu məsələlərin üzərinə getmək lazımdır".

Orxan
Savash.org
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook