Zakir Fərəcov prezidentlik sevdasına tutulub? – "Binəqədi RİH başçısını işdən çıxartdıracam" deyir

30 iyul 2016
Zakir Fərəcov prezidentlik sevdasına tutulub? – "Binəqədi RİH başçısını işdən çıxartdıracam" deyir
Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovla binəqədili həmkarı Xaləddin İsgəndərov arasındakı ziddiyyətlər idarəolunmaz hala gəlib.

Mövzuyla bağlı Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, artıq tərəflər arasında sülh imkanları tamamilə tükənib və proses çox güman ki, ikisindən birinin tamamilə sıradan çıxaması ilə nəticələnəcək.

İki icra başçısını düşmən edən səbəblərə gəlincə isə bunun kökləri dərin olsa da son nöqtəni Zakir Fərəcovun Novxanı, Fatmayı və Goradil kəndlərinin Sumqayıtın inzibatı ərazisinə qatmaq ideyası qoyub.

Zakir Fərəcov prezidentlik sevdasına tutulub? – "Binəqədi RİH başçısını işdən çıxartdıracam" deyirXatırladaq ki, bununla bağlı bir neçə ay öncə tərəflər arasında həbslə nəticələnmiş məşhur insident də yaşanmışdı. Belə ki, iki ay əvvəl Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun göstərişi ilə Novxanı ərazisindəki “Sumqayıt” yazılan bildiriş lövhəsi sökülüb. Söküntü prosesinə birbaşa Binəqədi rayon İcra Hakimiyyəti başçısıinin 1-ci müavini İlqar Süleymanov rəhbərlik edib. Məsələdən xəbər tutan Sumqayıt şəhər İcra Hakimiyyətinin başçıcı Zakir Fərəcov isə hadisə yerinə polis qüvvələrini cəlb edib.

Məlumata görə, əlbəyaxa döyüş səhnəsini xatirladan olay zamanı Binəqədi rayon icra başçısınin 1-ci müavini İlqar Süleymanov və təsərrüfat şöbəsinin müdiri Elşad Rəhimov həbs ediliblər. Hər iki şəxs 1 sutkadan artıq polis bölməsində saxlanılıblar. Iş o həddə çatıb ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçıcı Zakir Fərəcov binəqədili həmkarının özbaşına qərarından qəzəblənərək “hadısə yerinə Xaləddin İsgəndərov gəlsə belə, onun özünü də həbs edin” əmrini verib.
Bu günə qədər rəsmən təsdiqlənməmiş məlumatlara görə isə Zakir Fərəcov “işğal əməliyyatı”nı uğurla başa vurub. Belə ki, bir neçə gün əvvəl Binəqədinin inzibati ərazisi sayılan Novxanı, Goradil və Fatmayı kəndlərinin alınaraq, Sumqayıt şəhərinin idarəçiliyinə verilməsi haqda nə təsdiq, nə də təkzib olunmayan informaiyalar dolaşır.


Bu arada Zakir Fərəcovun əldə etdiyi son uğurlardan vəcdə gələrək daha böyük iddialara düşməsi haqda bilgilər daxil olmaqdadır. Həmin məlumatlara inansaq, Z.Fərəcov 3 kəndi başçılıq etdiyi şəhərə birləşdirməklə kifayətlənməyəcəyini, yaxın zamanlarda Binəqədi RİH başçısı Xaləddin İsgəndərovu tutduğu vəzifədən azad etdirəcəyini söyləyib.

Savash.org isə xatırladır ki, Zakir Fərəcovun hansı iddiada bulunmasından asılı olmayaraq icra başçılarının təyinatı və vəzifələrindən azad olunması ölkə prezidentinin səlahiyyətlərinə daxil olan məsələdir.

Orxan
Savash.org
Xəbəriniz olsun

16.07.2018 - DÇ-2018-in ən yaxşıları açıqlandı

16.07.2018 - Gəncə hadisələrinin kölgədəki rejissoru: Tohid İbrahimlinin "Hüseynçilər" dəstəsi

16.07.2018 - ERMƏNİ KƏŞFİYYATÇISI ƏSİR GÖTÜRÜLDÜ – Diversiya cəhdi + FOTO

16.07.2018 - Gəncədə polisi qətlə yetirən Rəşad necə zərərsizləşdirilib? - DİN açıqladı

15.07.2018 - Azərbaycanın xüsusi xidmət orqanları Elmar Vəliyevə sui-qəsddə "Qum izi" aşkarladılar

15.07.2018 - Sumqayıta xüsusi təyinatlı bölmələr daxil oldu: həbslər başladı

14.07.2018 - Azərbaycan Milli Demokrat Partiyasının Gəncə hadisələri ilə bağlı bəyanatı

14.07.2018 - Nəsimi rayonunda sakinlər “müdafiə səddi” qurdular: İCRA BAŞÇISI "SƏNGƏRİN O TAYINDA" QALDI

14.07.2018 - Gəncədə Elmar Vəliyevə sui-qəsdin daha bir iştirakçısını həbs etdilər

14.07.2018 - Bakıda lift şaxtaya düşdü: Xəsarət alanlar var

14.07.2018 - Ramil Usubov polis rəislərini topladı

13.07.2018 - Qətlə yetirilən polis polkovniki onunla gəlmək istəyən həmkarına: "Gəncəlilər mənə əl qaldırmaz..."

13.07.2018 - İlham Əliyev: Gəncədəki hadisələrin arxasında xarici güclər durur

Facebook