Tərtər icra başçısının “abadlıq maxinasiyaları” – ŞOK FAKTLAR

25 noyabr 2014
Tərtər icra başçısının “abadlıq maxinasiyaları” – ŞOK FAKTLAR
Dövlət büdcəsindən regionların sosial-iqtisadi inkişafı üçün ayrılan küllü miqdarda vəsaitin qeyri şəffaf xərclənməsi, bu məsələnin yerlərdə korrupsiya mənbəyinə çevrilməsi haqda çox yazılıb. Təəssüf doğuran hal isə odur ki, bununla bağlı nəzarətin gücləndirilməsinə, müvafiq orqanların malliyə təftişləri aparmasına baxmayaraq yerlərdəki “kiçik padşahlar”ın havayı qazanmaq eşqi günü gündən alovlanır. Savash.org-a daxil olan məlumata görə, dövlət büdcəsindən ayrılan milyonların asanlıqla yuyulduğu belə rayonlardan biri də Tərtərdir.
Məlumat üçün bildirək ki, Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu posta yenicə təyinat alıb. Amma təyinatdan keçən qısa müddət ərzində icra başçısı korrupsiya məsələsində heç də naşı olmadığını isbatlaya bilib. Hər halda Savash.org-a ötürülən məlumatlarla tanışlıq Müstəqim Məmmədovun bu kimi işlərdə əsl usta olduğunu düşünməyə əsas verir. Faktlara nəzər salaq...

Abadlıq-quruculuq yoxsa...
İcra başçısının əsas gəlir mənbələrindən biri bəzi rayonlarda da müşahidə olunan ənənəvi üsuldan ibarətdir. Söhbət “abadlıq və quruculuq” adı altında büdcə vəsaitlərinin təyinatından yayındırılaraq mənimsənilməsindən gedir. Məsələ bundadır ki, bu “abadlıq” işlərinin görülməsi üçün əvvəlcə rayon mərkəzində yerləşən bir çox ərazilər bərbad hala gətirilir. Təsəvvür edin ki, son dəfə təmir olunduğu, abadlaşdırıldığı vaxtdan heç bir il keçməmiş, həmin küçə və parklar, müxtəlif təyinatlı tikililər yenidən təmir olunmaq üçün sökülür, dağıdılır və qazılır. Axı bu hansı məntiqə uyğundur? Aydındır, bütün bu işlər zamanı dövlət büdcəsindən rayona ayrılmış pullar xərclənir və bu pulların da bir hissəsi elə rayon rəhbərliyinin xeyir-duası ilə mənimsənilir. Bəs görəsən eyni maxinasiyaları digər sahələrdə, yəni indiyədək abadlaşdırılmamış ərazilərdə həyata keçirmək olmazmı? Axı belə olsaydı heç olmasa daha artıq məsrəflərin qarşısı alınardı. Halbuki Tərtərin həqiqətən də abadlaşdırma və quruculuğa ehtiyacı olan onlarla kəndi və yaxud da bu havaya sovrulan vəsaitlərlə həll edilə biləcək yüzlərlə digər problemləri də var. Lakin bu problemlər rayon rəhbərliyini qətiyyən maraqlandırmır.

Tikinti materialları niyə məhz Yevlaxdan alınır?
Saxil olan məlumatlarda vurğulanır ki, Müstəqim Məmmədovu bu gün daha çox düşündürən “abadlıq maxinasiyaları”ndan əldə olunan gəlirlərin artırılması ilə yanaşı, həm də onun şəxsi biznesinin çiçəklənməsidir. Belə ki, rayondakı mənbələrin açıqlamalarına görə Tərtər rayonunda görülən işlər üçün tələb olunan tikinti materialları başçının göstərişi ilə yalnız Yevlaxdan gətirilir. Maraqlıdır niyə? Axı, eyni materialları elə Tərtərin özündə daha ucuz qiymətə almaq olar. Lakin bu RİH başçısının nə planlarına, nə də maraqlarına qətiyyən uyğun deyil. Məlum olduğu kimi Müstəqim Məmmədov əmək fəaliyyətinə başladığı 1992-ci ildən indiyədək yalnız Yevlaxda çalışıb. Belə ki, o, 1992-1994-cü illərdə Yevlax şəhər İctimai İaşə Müəssisələri Birliyində mühəndis-texnoloq, ticarətin təşkili üzrə inspektor, əmtəəşünas, Yevlax şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Rəhbərlik bölməsində müfəttiş, 1994-2006-cı illər ərzində isə Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi vəzifələrində işləyib.2006-cı ildən 2012-ci ilədək Yevlax şəhər İcra Hakimiyyəti Başçısının şəhər təsərrüfatı üzrə müavini – şöbə müdiri vəzifəsində işləyib.Nəhayət 2012-ci ildən 2014-cü ilin may ayınadək M.Məmmədov Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işləyib. Bütün bu fəaliyyəti ərzində isə Müstəqim Məmmədov təbii ki, Yevlaxda bir çox kommersiya obyektlərinin, o cümlədən bir neçə inşaat materialları satış mərkəzinin də sahibinə çevrilib. Məhz elə bu səbəbdən də bu gün Tərtərin “abadlaşdırılmasına” tələb olunan bütün materiallar iki-üç qat bahasına Yevlaxdan alınır.

Başçının subsidiya maxinasiyası...
İcra başçısı ilə bağlı səsləndirilən ittihamlardan biri də onun subsidiya maxinasiyası ilə bağlıdır. Tərtərdən daxil olan digər məlumatlarda bildirilir ki, başçı rayonun aqrar sektoruna dövlətin ayırdığı subsidya pullarına da əl qoymaq niyyətindədir.
Mənbələrin açıqlamalarına görə indiyədək rayonun bir çox kənd bələdiyyə sədrləri yerli icra nümayəndələri ilə əlbir olaraq əkinə yararsız olan torpaq sahələrini subsidiya yardımına yazdıraraq xeyli qazanc əldə ediblər. Müstəqim Məmmədov isə bələdiyyə sədrlərinin və icra nümayəndələrinin bu maxinasiyasını dəqiq bildiyi üçün onlardan hesab yığmaq barədə göstəriş verib.Bu məqsədlə hələ bir müddət əvvəl Müstəqim Məmmədov müavini Abbas Cavadov vasitəsi ilə rayonun 28 kənd bələdiyyə sədrinə və icra nümayəndəsinə sifariş göndərərək hər birindən 5 min manat pul tələb edib. Digər tərəfdən də mənbələr bildirirlər ki, icra başçısı bələdiyyə sədrləri ilə kənd icra nümayəndələrinin artıq gələn il nə qədər artıq torpaq yazaraq subsidiya yardımı ala biləcəklərini də planlaşdırmaq üçün aqrar məsələlər üzrə şöbə müdirinə xüsusi göstəriş də verib…

P.S. Mövzu diqqətimizdədir və yaxın günlərdə Tərtər rayonundakı qanunsuzluqlarla bağlı daha geniş araşdırma yazımızı diqqətinizə təqdim edəcəyik.
Xəbəriniz olsun

15.01.2019 - DİN Bakıda böyük rezonans doğurmuş qətl haqda

15.01.2019 - Ali Məhkəmə Beytulla Hüseynovu azad edir

14.01.2019 - Özünü polis bölməsinin qarşısında yandıranla bağlı - DİN-dən açıqlama

14.01.2019 - “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır

14.01.2019 - "Bazarstore"a silahlı basqın: Vəzifəli şəxs yaralandı

14.01.2019 - Daha bir intihar: özünü 8-ci mərtəbədən atdı

14.01.2019 - Rektor əvəzi xanım şöbə müdirini işdən çıxardı, "Bulvar"ın rəis müavininə vəzifə verdi - BDU-da dəyişiklik

14.01.2019 - Media nümayəndələri eyni vaxtda 500 tələbənin biliyinin yoxlandiği imtahan prosesini izləyiblər

14.01.2019 - Sumqayıt 9 saylı məktəb direktorunun macəraları və ya "Təhsilin HƏQİQƏTİ"

13.01.2019 - Kəlbəcər girovunun məktubu: “Narahat olmayın, sağam”

13.01.2019 - Mirşahinin tutdurduğu QHT sədrinin oğlu azad edildi: "Mun sifətli "dostlar", bir az ləyaqətli olun"

13.01.2019 - Azərbaycanda polis İlkin Tapdıqov özünü güllələdi

12.01.2019 - Fransada “sarı jiletlilər”in nümayişi... - 24 nəfər saxlanıldı

Facebook