Nazirlər deputatların telefonunu niyə götürmür?: Millət vəkili bunu qanunsuzluq adlandırdı

02 avqust 2016
Nazirlər deputatların telefonunu niyə götürmür?: Millət vəkili bunu qanunsuzluq adlandırdı
Konstitusiya Araşdırmaları Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev Savash.org -a nazirin və ya komitə sədrinin deputatların telefon zənginə cavab verməməsindən danışıb.

Ekspert bunun qəbuledilməz olduğunu söyləyərək icra orqanları təmsilçilərinin həmin davranışını qanunsuzluq adlandırıb:

«Millət vəkillərinin telefonları hökumət zənginə bərabərdir. Qanun tələb edir ki, deputatlar dövlət rəsmiləri tərəfindən istənilən zaman qəbul edilməli, onların telefonlarına cavab verilməlidir. İcra orqanları bunu etmirsə, deməli, qanun pozuntusuna yol verirlər. Bundan əlavə, "Vətəndaşların müraciətlərinə baxılması haqqında” qanuna əsasən hər bir dövlət məmuru vətəndaşları qəbul etməli, şikayətinə baxmalıdır. Millət vəkilləri vətəndaşların problemlərinin həllinə yardımçı olmaq istəyirsə, bu, yalnız alqışlanmalıdır. Hesab edirəm ki, parlamentin rolunun artırılmasına ehtiyac var. Cənab Prezident də çıxışı zamanı dəfələrlə qeyd edib ki, Azərbaycan parlamenti dövlətçiliyin və milli maraqların qorunmasında böyük rola malikdir».

Orxan
Savash.org
Xəbəriniz olsun

22.07.2018 - Ölünü dirildə bilməyən “peyğəmbər” həbs edildi

22.07.2018 - 5 yaşlı uşaq ögey atası tərəfindən döyülərək öldürüldü - KÜRDƏMİRDƏ ŞOK OLAY

22.07.2018 - “Qarabağ” yeni hücumçu aldı

21.07.2018 - Mirşahinə bu dəfə "milçək" dedilər: "SƏNİ TAPDALAYARAM..."

21.07.2018 - Kasıb necə varlana bilər? - Yəhudilərdən 6 QIZIL MƏSLƏHƏT

21.07.2018 - İntihar edən abituriyentin anası özünü öldürdü – Sumqayıtda

21.07.2018 - Yunis Səfərovun yaxın dostu öldürüldü: Əməliyyatçılar tutmaq istədi, o silaha əl atdı...

21.07.2018 - Dağıstana işləməyə gedən azərbaycanlılar qəzaya düşdü: 2 ölü, 10 yaralı

20.07.2018 - Atı zorlayan şəxsin şok müdafiəsi: “Mənə göz vurdu”

20.07.2018 - Almaniyadan deportasiya edilənlər Bakıda kütləvi şəkildə həbs olundular

20.07.2018 - Bu il “BakuBus” 85 sürücünü işdən azad edib

20.07.2018 - Paşinyan Qarabağda müharibə riski haqda

20.07.2018 - Bakıda dəbdəbəli mənzili ərəblərə 3 günlüyə kirayə verdi, qayıdıb şoka düşdü - VİDEO

Facebook