“Yəhya Musayevin oğlunun bahalı maşınlarını satıb, orduya xərcləmək lazımdı” –MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİNƏ ŞOK İTTİHAMLAR

03 avqust 2016
“Yəhya Musayevin oğlunun bahalı maşınlarını satıb, orduya xərcləmək lazımdı” –MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİNƏ ŞOK İTTİHAMLAR
“Müdafiə Sənayesi Nazirliyinə (MSN) rəhbərlik edən məmurlar ancaq özlərinə işləyirlər. Kabinetlərində oturub, övladlarına , qardaşlarına, qohum -əqrabalarına şərait qurmaqla məşğuldurlar”.

Bu sözləri Terefdar.az-a müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin qanunsuz olaraq külli miqdarda mənimsədiyi vəsaitlərdən danışarkən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev söyləyib. Təşkilat sədrinin sözlərinə görə, müdafiə sənayesi naziri Yavər Camalovun Badamdarda tikdirdiyi binaları hesablasaq, Azərbaycan ordusunun bir aylıq təchizatıdır:

"Onu da deyim ki, yalnız. Y. Camalov deyil, məmurların əksəriyyəti əndazəni aşıb. Dünən, saytların birində təhlil oxudum. Mən dediklərimi kompleksləşdirib, analitik təhlil kimi vermişdilər. Bu gün Prezidentin verdiyi sərəncamlar, tapşırıqlar yerinə yetirilmir. Bəzi məmurlar o qədər harınlayıblar ki, gözləri ayaqlarının altını görmür. Hazırkı məsələ isə çox xırda bir işdir. Y. Camalov və müavininin qohumu, nəsli kapitalistdən də artıq həyat tərzi sürür. Onlardan soruşan yoxdur ki, siz bu pulları haradan alırsınız. Siz pulmu kəsirsiniz? Hansı gəlirin bu qədər artıb ki, sən belə malikanələr inşa etdirirsən, son model avtomaşınlar alırsan? Sənin hazırladığın hansı silah erməniləri vahiməyə salıb? Bunların hamısı oturub, özlərinin bizneslərini, xaricdəki əmlaklarını, eyş- işrətlələri haqda düşünürlər. Y. Musayevin oğlunun maşın kolleksiyalarını satıb orduya xərcləsən, yeni silahlar alsan, sizi inandırım ki, qoşunlarımız İrəvanda oturar".

Təşkilat sədri onu da əlavə edib ki, MSN -nin istehsal etdiyi patron atırsan "fıss" edib yerində sönür: " Bu biabırçılqıdır. Amma Y. Camalovu və müavinini danışdır, bütün dünya bunundur. Azərbaycanın yarısını satın alıblar. Təsəvvür edin, Milli Şurada Azərbaycan hökumətininü üzvləri təmsil olunur. Biz çevrilişin astanasındayıq. Baxın, Türkiyənin ölkəmizdəki səfiri bu günlərdə Azərbaycanda nurçuların olmasına eyham vuran açıqlama vermişdi. Bir vaxtlar mən deyəndə ki, Gülən camaatı Azərbaycan hakimiyyətinin içərisində kölgə kabineti yaradıb, çoxları buna dırnaqarası baxırdı. Amma indi Hafiz Hacıyevin illər öncə dediyi öz təsdiqini tapır. Ona görə də, bəzi harın məmurlar vəzifələrindən kənarlaşdırılmaıdır. Biz çox narahatıq. Gəlin, Prezidentə köməklik göstərək.O da islahatlar aparsın. Köməklik etməsək, üzümüzə gələn aylarda Azərbaycanda vəziyyət tamamilə gərgiləşəcək və bunun qarşısını almaq mümkün olmayacaq".

Qeyd edək ki, bu günlərdə Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan “Araz” zavodunda partlayış baş verib. Məlum hadisədən sonra qurum nazirinin müavini Yəhya Musayevin zavodlarda təhlükəsizliyin təmin edilməsi məqsədilə ayrılan vəsaitləri təyinatı üzrə xərcləməməsi üzə çıxıb. İddia olunur ki, Y. Musayev ayrılan vəsaitin böyük hissəsini mənimsəyirmiş və çox az bir hissəsinə isə keyfiyyətsiz avadanlıqlar alırmış.
Xəbəriniz olsun

22.05.2019 - “Zara”dan biabırçılıq: Paltarlarını dəyişən qadınları gizlin VİDEO-ya çəkirlər

22.05.2019 - "Şirəliyev məni nazirliyə çağıracağına söz verdi" - Mehmandan AÇIQLAMA

22.05.2019 - Gömrük Komitəsi ilə "Azərpoçt"un birgə oyunu

22.05.2019 - İlqar Məmmədov “Qorotdel”ə çağırıldı

22.05.2019 - Məni İranla savaşa onlar məcbur edir - Trampdan şok

22.05.2019 - Konsulluğun əməkdaşları Fuad Abbasovla görüşüb - XİN-dən açıqlama

22.05.2019 - AFFA-dan "Arsenal"ın Mxitaryan qərarı ilə bağlı bəyanat

22.05.2019 - Müəllim qız şagirdinə sataşdı, ölümcül döydülər - CƏLİLABADDA OLAY+VİDEO

22.05.2019 - Zərdabın icra başçısına ŞOK İTTİHAMLAR: bütün işçilərdən pul yığır, savadsızdır, oğrudur

22.05.2019 - "S-400"dən imtina etmək üçün ABŞ Türkiyəyə iki həftə vaxt verdi

21.05.2019 - İlham Əliyevlə söhbət edən satıcı: "Qəfildən gördük ki, Prezident içəri daxil oldu"

21.05.2019 - Falçı vəzifəli şəxsin həyat yoldaşını belə aldatdı: "Evdə nəyim vardısa..."

21.05.2019 - Mxitaryan gəlmir – “Arsenal” qərarını verdi!

Facebook