İqtisad Universitetindəki rüsvayçılıq fotolarda: Dövlət atributlarımız, Mikayıl Cabbarovun imzası və mühüm sənədlər ayaqlar altında...

06 avqust 2016
İqtisad Universitetindəki rüsvayçılıq fotolarda: Dövlət atributlarımız, Mikayıl Cabbarovun imzası və mühüm sənədlər ayaqlar altında...
Azərbaycan Dövlət İqtisad Universitetində özbaşınalıqlar bitib- tükənmir. Bu barədə Savash.org-un redaksiyasına universitetə yaxın etibarlı mənbədən məlumat verilib. Xəbərə görə, bu ali məktəbin arxiv idarəsində başıpozuqluq və dərəbəylik hökm sürür:

Mənbənin Savash.org-a dedikləri:"Bu yaxınlarda universitetin arxiv idarəsindən diplomumu götürməyə getmişdim. Öncə deyim ki, diplomumu almaq üçün günlərlə gözləməli oldum. Səbəb isə o idi ki, diplomumu tapa bilmirdilər. Hər gün gedib gözləməkdən cana doymuşdum. Bu günlərdə məcbur qalıb, idarənin işçiləri ilə bərabər diplom, elmi işlər, dissertasiyalar, elmi məqalələr saxlanılan otağa daxil oldum. İnanın ki, otaqda iynə atsan yerə düşməzdi. Həmin otaq çox səliqəsiz və baxımsız şəkildə saxlanılır. Orada heç bir səliqə səhman yoxdur. Bütün elmi işlər, diplomlar ayaq altına, toz -torpağın içərisinə atılıb".

İqtisad Universitetindəki rüsvayçılıq fotolarda: Dövlət atributlarımız, Mikayıl Cabbarovun imzası və mühüm sənədlər ayaqlar altında...4 il əziyyət çəkib qazandığı diplomu yerdən, ayaq altından, tozun içərisindən tapdığını bidirən şikayətçi daha sonra bunları deyib: "Fikir verin, idarədə çalışan gənc müəllimlərdən biri öz azyaşlı övladını idarəyə gətirir. Uşağı oynamaq üçün sözügedən otağa buraxır. Uşaq elmi işlərin, dissertasiya və diplomların üstündə o yan bu yana qaçır. İllərlə oxuyub əziyyət çədiymiz diplomlar, yazdığımız elmi məqalə və ya işlər azyaşlı uşağın oyuncağına çevrilib. Bizim beyin məhsulumuz ayaqlar altına atılır. Beyin məhsulu ayaqlar altına atılan universitetdə təhsilin hansı inkişaf dinamikasından danışmaq olar? Təsəvvür edin, mən orda olanda diplomunu almağa onlarla adam gəlirdi. Amma tapa bilmirdilər. Çünki uşaq ordakı bütün diplomları yerə sərib- səpmişdi. Kim bilir, bəlkə də uşaq həmin sənədləri çırıb-töküb. Diplom dövlət əhəmiyyətli sənəddir. Onun üzərində dövlət atributu olan, gerbimiz, içərisində isə təhsil naziri və universitet rektorunun imzaları var. Onu uşağın ayaqları altına atmaq olmaz. Bu öncə ölkəmizə, daha sonra nazirə və rektora ən böyük hörtmətsizlikdir. Həmin mənzərənin şahidi olduqdan sonra bu universitetə təhsil ocağı deməyə dilim gəlmir".

İqtisad Universitetindəki rüsvayçılıq fotolarda: Dövlət atributlarımız, Mikayıl Cabbarovun imzası və mühüm sənədlər ayaqlar altında...Mənbə onu da əlavə edib ki, arxiv şöbəsinin müdiri Quliyeva Sevda Tağı qızı diplomu tapılmayanların etirazlarına çox kəskin şəkildə cavab verir: "Düşünün, magistraturanı bitirən xanım vardı. Diplomunu axtarırdı, lakin tapa bilmədi. Gəldi özü də toz -tozanaqlı otaqdı axtardı, yenə tapa bilmədi. Gedib, S. Quliyevaya şikayət edib, diplomunu tələb etdi. Şöbə müdiri həmin xanımın diplomunu tapmaq əvəzinə ona hərbə- zorba gəldi. Bilmirsən idarə müdiridir , yoxsa "vor zakon". Baxın, kiminsə məcbur qalıb uşağını ali məktəbə gətirməsi əsas vermir ki, insanların minbir əziyyətə qatlanaraq əldə etdiyi dövlət əhəmiyyətli sənədlər uşağın oyuncağına çevrilsin. Bu cür idarəçilik olmaz. Məncə, universitetin arxiv şöbəsi ilə bağlı ciddi tədbirlər görülməlidir. İnsanlar diplomunu ala bilmir. Universitetin yeni rektoru Ədalət Murdaovun ciddi,tələbkar və işgüzar olduğu söylənilir. Amma arxiv idarəsində müşahidə etdikərim həmin iddaları yalanlayır və rektorun fəaliyyətinə kölgə saalır".

İqtisad Universitetindəki rüsvayçılıq fotolarda: Dövlət atributlarımız, Mikayıl Cabbarovun imzası və mühüm sənədlər ayaqlar altında...Şahidi olduğu mənzərdən şok yaşayan mənbəmiz otaqdakı vəziyyəti nümayiş etdirən bir nüçə foto da göndərib. Savash.org İqtisad Universitetindəki rüsvayçılığı əks etdirən həmin fotoları təqim edir.
İqtisad Universitetindəki rüsvayçılıq fotolarda: Dövlət atributlarımız, Mikayıl Cabbarovun imzası və mühüm sənədlər ayaqlar altında...


Orxan
Savash.org
Xəbəriniz olsun

16.10.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

16.10.2018 - Əbülfəz Məlikovu kim cəzalandırmaq istəyib: Silahlı basqın, aparılan 1 milyon...

16.10.2018 - Badamdarda son durum – Sürüşmə zonasının miqyası genişlənir

16.10.2018 - Elmar Vəliyevi ölümdən qurtaran polis danışdı

16.10.2018 - “Səni deyirlər”in ifaçısı Bakıya gəldi, ona mükafat veriləcək – Video

16.10.2018 - Baş həkim 34 yaşlı Dəmirovun ölümünə səbəb oldu - Foto

11.10.2018 - Rusiya Avropa Şurasından çıxarıla bilər - Xəbərdarlıq

11.10.2018 - SSRİ-nin 5 qəpiyinin sahibi milyoner ola bilər: Diqqətlə baxın...

11.10.2018 - Paşinyan istefa verəcəyi günü açıqladı

11.10.2018 - “Korrupsiya dalğaları” Rauf Vəliyevin gəmilərini silkələyir - İTTİHAM

11.10.2018 - Taleh Qaraşovun Lənkərandakı idarəçiliyinə etiraz: "Rəzilliyin ünvanı..."

11.10.2018 - Zamirənin Londonda müsadirə edilən mülkləri, qolf klubu, özəl təyyarəsi... - FOTOLAR, İLK DƏFƏ

10.10.2018 - DİN Bakıda uşaqların "orqan mafiyası" tərəfindən "qaçırılması" iddiaları haqda

Facebook