Bakıda ucuzluq olacaq - ÜNVANLAR

26 dekabr 2014
Bakıda ucuzluq olacaq - ÜNVANLAR
Sabahdan Bakıda Yeni il yarmarkaları təşkil olunur. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, bayram günləri ilə əlaqədar keçiriləcək yarmarkalar saat 09:00-dan alıcıların ixtiyarına veriləcək.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 27-31 dekabr 2014-cü il tarixlərində fasiləsiz olaraq 5 gün müddətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.

Yarmarkalar paytaxtın aşağıdakı rayonlarında və ünvanlarında təşkil olunur:

Xətai rayonu - Ukrayna dairəsinin yanı;

Nəsimi rayonu - S.Vurğun küçəsi 73, Təzə Bazarın ərazisi;

Yasamal rayonu - Şərifzadə küçəsi 1, Rabitə kollecinin arxası;

Nərimanov rayonu - Gənclik metrosunun yanı;

Səbail rayonu - Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası;

Suraxanı rayonu - Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi;

- Əmircan qəsəbəsi, S. Bəhlulzadə küçəsi 12;

Binəqədi rayonu - Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı.

Yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunmuş və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.
Xəbəriniz olsun

21.11.2018 - Abel Məhərrəmov danışdı: "Şouya çevirmək istəyirlər..."

21.11.2018 - Abel Məhərrəmova 1 həftə vaxt verildi - Kabineti boşaltmaq üçün

21.11.2018 - Direktoru döyən aktyor danışdı – Təhsil Nazirliyini ittiham etdi

20.11.2018 - Millinin ölüm-qalım mübarizəsi – 90 dəqiqəlik savaş

20.11.2018 - Gənc oğlan toy günü özünü asdı: - “Atasının bu sözlərindən sonra...”

20.11.2018 - "Azərbaycan banklara olan 5 minə qədər borcları silinməlidir" - Qubad İbadoğlu hökumətə səsləndi

20.11.2018 - Gəncədəki partlayışda ölənlərin sayı 3-ə çatdı: Kəmaləddin Heydərov hadisə yerinə getdi

19.11.2018 - “Veysəloğlu” şirkətinə kiflənmiş “Ozmo” ittihamı – Foto

19.11.2018 - Səudiyyəyə gedən prezident yoxa çıxıb: 1 aydır xəbər yoxdur…

19.11.2018 - Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinə basqı+VİDEO

19.11.2018 - MTN generalı Ülvi Quliyevin deputatlıq yolunu bağladı – Sirr

19.11.2018 - Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi

18.11.2018 - “WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

Facebook