Eldar Mahmudov məhşər ayağında - İşçiləri üzünə durur...

11 avqust 2016
Eldar Mahmudov məhşər ayağında - İşçiləri üzünə durur...
“MTN işi” ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov həbs olunmasa da, istintaqdan kənarda saxlanılmayıb.

Xüsusi qrup onun günlərlə dindirərərək ifadəsini alıb. Onun ifadələrində rəhbərlik etdiyi dəstəsi barədə dəqiq bilgi yoxdur. Lakin o məlumdur ki, dəstə üzvləri bütün işləri Eldar Mahmudovun göstərişilə yerinə yetirdiklərini deyiblər. Həmçinin bu dəstənin qurbanları olan çoxsaylı iş adamları, vəzifə sahibləri də ifadələrində daha çox Eldar Mahmudovun adını çəkiblər.

“Təbii ki, onlar Eldar Mahmudovun adını onun dəstə üzvlərinə istinadən çəkiblər. Dəstə üzvləri tora saldıqları şəxslərə bütün bunları Eldar Mahmudovun göstərişilə etdiklərini deyiblər. Bütün bunlar təfərrüatı ilə həmin şəxslərin ifadələrində əks olunub”, – deyə məlumatı verən mənbə bildirib.

Qaynağımız deyir ki, ifadələrdə Eldar Mahmudovun adının qırmızı xətlə keçməsi istintaqı çətinə salıb: “Bu halda Eldar Mahmudovsuz məhkəmə prosesinin keçirilməsi absurd olar. Ya məhkəmə qapalı keçirilməlidir, ya da Eldar Mahmudov da həbs olunmalıdır. Amma daha çox məhkəmə prosesinin qapalı keçirilməsi üzərində dayanılıb. Lakin hakimiyyət fərqindədir ki, bu, ictimaiyyət tərəfindən birmənalı qarşılanmayacaq. Məhkəmə qapalı keçirələcəyi təqdirdə bu növbəti tamaşa kimi qiymətləndiriləcək”.

Qeyd edək ki, “MTN işi” çərçivəsində 19 nəfər həbs olunub. Onlardan bir çoxu general rütbəsi daşıyır. Lakin hansısa səbəbdən Eldar Mahmudov azadlıqda saxlanılıb. Bəzi iddialara görə, Eldar Mahmudovun hələ də həbs olunmaması onun əlində hakimiyyətlə bağlı ciddi kompromatların olması ilə əlaqədardır.(gününsəsi.info)
Xəbəriniz olsun

24.11.2017 - Süleyman Mikayılov Eldar Əzizova görə deputatı döydü - ŞOK TƏFƏRRÜAT

23.11.2017 - MN: Azərbaycan hərbi qulluqçusunun cəsədi neytral zonadadır

22.11.2017 - Ərdoğan: Qarabağ problemini yalnız Rusiya həll edə bilər

22.11.2017 - Rəsulzadənin xanımının məzarı tapıldı

22.11.2017 - Bakıda avtobus qəzaya düşdü: Yaralılar var

22.11.2017 - Abdin Fərzəliyevin özbaşınalığı Azərbaycan dövlətinin "başında çatladı": Narazılar Putindən kömək istədi

21.11.2017 - Putin Soçidə Bəşər Əsədlə görüşdü

21.11.2017 - İran-İraq sərhədində güclü zəlzələ baş verib

20.11.2017 - Azərbaycanlı adamyeyəndən dəhşətli etiraflar: "Qızları aparırdım Xaçmaza, ət maşınından çəkirdik, yeyirdik... ...

20.11.2017 - Xırdalanda doğuş zamanı komaya düşmüş 22 yaşlı ana dünyasını dəyişib

20.11.2017 - Təhsil İdarəsinin müdiri işdən azad olundu və saxlanıldı: Müəllim onu niyə bıçaqlamışdı?

20.11.2017 - Abdin Fərzəliyev işə gəlmir? - Şikayətçilər onu yerində tapa bilmir + İLGİNC İTTİHAMLAR, Video

20.11.2017 - "Qarabağ" - "Çelsi" oyunu üçün 400 avtobus ayrıldı

20.11.2017 - Bakıda zavodda partlayış: ölən və yaralananlar var

20.11.2017 - Məleykə Əsədova Ramiz Məlikdən 200 min istədi – Məhkəmə

20.11.2017 - Lotu Quliyə qarşı sui-qəsdin təfərrüatı

20.11.2017 - İcra başçısı pambığa görə 45 dəqiqə ərzində məmurları 126 dəfə söyüb: "...dağıdacam, it uşağı"

20.11.2017 - Telman İsmayılov: “Mən qatil deyiləm”

20.11.2017 - Sarkisyan Putinin qabağında ağladı və soruşdu ki... – Qapalı Moskva görüşündə nələr BAŞ VERİB?

Facebook