“İki dəfə özümü asmaq istəmişəm...”- Nardaran hadisələrində həbs edilənlərin işi

12 avqust 2016
“İki dəfə özümü asmaq istəmişəm...”- Nardaran hadisələrində həbs edilənlərin işi
11 avqustda Nardaran hadisələrinə görə həbs edilənlərin məhkəmə prosesi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib.

Musavat.com xəbər verir ki, əvvəlcə təqsirləndirilənlərdən Abbas Quliyev ifadə verib. İstintaqa verdiyi ifadələri təzyiq və işgəncə altında alındığını iddia edən A. Quliyev həmin ifadələri təsdiqləmədiyini bildirib.

İşgəncələr gördüyünü iddia edən A. Quliyev iki dəfə intihara cəhd etdiyini də söyləyib: “İşgəncələrə dözə bilmirdim. Ona görə iki dəfə özümü asmaq istəmişəm. Amma kamera yoldaşlarım xilas edib. Birinci gələn müstəntiq dedi ki, bu adam günahsızdı, onu yükləmək istəmirəm, mənim də balalarım var. Ondan sonra işi alıb İsmayıl Əliyevə verdilər. İttihamnaməni oxuyanda gördüm ki, orada yazılanların heç birinin mənə aidiyyəti yoxdur. Cırıb atdım”.

Abbas Quliyev işinə ədalətli baxılmayacağı təqdirdə intihar edəcəyini deyib.
“Ölümümə görə məsuliyyət bu işə düzgün baxmayan prokurorların, müstəntiqlərin üzərində qalacaq”, - deyə təqsirləndirilən şəxs qeyd edib.

Təqsirləndirilən İbrahim Xudaverdiyev də ifadəsində günahsız olduğunu və ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını deyib.

“Üzərimdən silah, kitabça tapılması yalandır. Nardaran camaatının vətənə xəyanət etdiyini demək özü elə vətənə xəyanətdir. Mənim qulaqlarım yaxşı eşitmir. Müalicə almaq üçün mənə İrana getməyi məsləhət görürdülər. Ancaq İran 1992-ci ildə Ermənistana yardım etdiyi üçün ora getmədim. Vətəni sevmək imandandı. Bunlar vətəni sevirlərsə, bəs niyə Allahdan qorxmurlar?”, - deyə təqsirləndirən şəxs ifadəsinə əlavə edib.

O, hadisə baş verən gün həmin evdə olmasının səbəbini belə izah edib: “Oğlumun arxasınca getmişdim. Namaz vaxtı olduğundan gözlədim”.

Məhkəmə prosesində AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ifadə verib.

Hakimiyyəti tənqid edən F.Qəhrəmanlı həbsinin siyasi sifariş olduğunu deyib.

F.Qəhrəmanlının çıxışından: “Mənə qarşı ittihamlar siyasi repressiya aktıdır. Taleh Bağırzadə bildirdi ki, ondan Milli Şuranın, Cəmil Həsənlinin, Əli Kərimlinin əleyhinə ifadə almaq üçün üç gün ərzində işgəncələr verilib. Hacı Taleh o ifadəni versəydi, bu gün dəmir barmaqlıqlar arxasında Cəmil Həsənli və Əli Kərimli də vardı. Onlar necə günahsızdırsa, burada əyləşən adamlar da eləcə günahsızdır. Adamlara qarşı Stalin dövrünü xatırladan cəza metodlarından istifadə etməklə hakimiyyətdə qalmağa çalışırlar.

Cəmiyyət media, sosial şəbəkələr vasitəsilə bu məhkəmə prosesini izləyir, səfirliklər prosesi diqqətdə saxlayırlar. İnsanlara elə işgəncələr veriblər ki, biz onları faşizm dövrü barədə kinolarda görmüşük. Allah müsəlmanlara buyurub ki, ətrafınızda baş verən haqsızlığa, zülmə biganə qalmayın...”.

Ona qarşı irəli sürülən ittihamın mahiyyətinə də münasibət bildirən F.Qəhrəmanlı feysbuq statuslarında hakimiyyəti zorla ələ keçirmək barədə heç bir fikir yazmadığını bildirib: “Yazdığım statuslarda bircə cümlə göstərsinlər ki, mən harada dövlət orqanlarının fəaliyyətinin pozulmasına çağırış etmişəm? Dövlətin ərazilərinin dəyişdirilməsi ittihamı da mənlik deyil. Bu işlərlə özləri məşğul olurlar. Müstəntiq mənə dedi ki, əgər bu tutulan adamlarla bircə telefon zəngi tapılsaydı, eyni maddələr sənə də veriləcəkdi. İttihamda yazıblar ki, guya, mən yazılarımda adamları "İmam Hüseyn kimi şəhid olmağa" çağırmışam. İşin içində mənim feysbuqda yazdığım 10 status var. Heç birində də bu cümlə yoxdur. Varsa, qoysunlar ortaya”.

Məhkəmə prosesi avqustun 17-də davam edəcək.
Xəbəriniz olsun

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

Facebook