Akif Nağı Milli Məclisin deputatına “erməni” dedi – ARANI QATACAQ ŞOK AÇIQLAMA

16 avqust 2016
Akif  Nağı Milli Məclisin deputatına “erməni” dedi – ARANI QATACAQ ŞOK AÇIQLAMA
“Rövşən Rzayevə debatlarda da fikrimi bildirmişəm. Ona yüz dəfə demişəm ki, bu mövqedən əl çəksin".

Bu fikirləri Savash.org-a Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayevin "Qarabağın azərbaycanlı icması erməni icmasından cavab istəyir" açıqlamasına münasibət bildirərkən Qarabağ Azadlıq Təşkilatının sədri (QAT) Akif Nağı söyləyib.

Təşkilat sədrinin sözlərinə görə, onlar özlərini rüsvay edirlər:

"Bunlar nə ermənilərin arxasınca düşüblər ki? Qardaş, erməni səninlə danışmaq istəmir. Özünüzü ermənilərin qarşısında niyə alçaldırsınız ki? Erməni sənin qız- gəlinlərini əsirlikdə saxlayır, torpaqlarını işğal edir, səndə yalvarırısan ki, gəl görüşək. Bu, Azərbaycan üçün də alçaldıcı məsələdir. Rövşən Rzayev kimlərin sifarişini yerinə yetirir bilmirəm. Onların qanlarında erməni qanı var, onlar azərbaycanlı deyillər".

Bu kimi proseslərin müəyyən mərkəzlərdən idarə olunduğunu düşünən QAT sədrinin sözlərinə görə Rövşən Rzayev kimiləri Qərbin bəzi dairələri tərəfindən maliyyələşir: "Rövşən Rzayevə və onun kimi digərlərinə maliyyə buraxırlar. Qərb mərkəzlərinə xidmət edənlərin məqsədi mənə aydın deyil. Deməli onlar pulun xatirinə beynəlxalq mərkəzlərin sifarişini yerinə yetirirlər. Ölkəmizin milli maraqlarını satırlar".

Qeyd edək ki, bu günlərdə millət vəkili Rövşən Rzayev mətbuata açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının erməni icması ilə görüşə hazır olduğunu və görüş üçün sepaaratçı ölkədən cavab gözlədiklərini bildirib.

Orxan
Savash.org
Xəbəriniz olsun

16.06.2018 - Zakir Həsənov müharibə anonsu verdi: "Hazır olmalıyıq..."

16.06.2018 - Türk polisi İstanbulda Gülənin qardaşı qızını həbs etdi

16.06.2018 - Mübariz Mənsimov da separatçılıq virusuna yoluxdu: UĞURSUZLUĞUNU ETNİK KİMLİYİNƏ BAĞLAMAQ CƏHDİ

16.06.2018 - Polislər bu olaya xeyli güldü: Narkoman polisə şikayət etdi ki, "mənə saxta "mal" satıblar"

16.06.2018 - Prezident xanımlarının həyat yoldaşları ilə bağlı ETİRAFLARI

16.06.2018 - Ramil Usubov yeni rəis təyin etdi

16.06.2018 - “Lotu Quli” “Avropa obşakı”nı ələ keçirmək istəyir - Dubayda böyük toplantı

16.06.2018 - İCRA BAŞÇISI RADARLARDAN BELƏ “GİZLƏNİR” – Nömrə “Niva”nındır, özü BMV-də gəzir… (FOTO)

16.06.2018 - İŞİD-in öldürmək istədiyi Ronaldunu Rusiyada ciddi qoruyurlar

15.06.2018 - “Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”

15.06.2018 - Paşinyan: "Putin məni İlham Əliyevlə tanış etdi"

14.06.2018 - Millət vəkili özünü biabır etdi: "Barselona"nın oyunçuları "Real Madrid"də oynayır, "Real Madrid" də İsp ...

14.06.2018 - Bakıda qaynana kürəkəni ilə cinsi əlaqədə olan zaman öldü - ŞOK TƏFƏRRÜAT

Facebook