Rövşən Lənkəraniski güllələndi: QOHUMU "ÖLÜB" DEYİR, XƏSTƏXANA İSƏ...

18 avqust 2016
Rövşən Lənkəraniski güllələndi: QOHUMU "ÖLÜB" DEYİR, XƏSTƏXANA İSƏ...
"Çox təəssüf, çox dəyərli oğul idi”

Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin güllələnməsi ilə bağlı redaksiyamıza xəbər daxil olub.

Yayılan məlumata görə, Lənkəranski bu gecə Türkiyədə güllələnib. Onunla bərabər sürücüsü də güllələnib.

Bizimyol.info saytı yayılan məlumatla bağlı Rövşən Lənkəranskinin yaxın qohumu, millət vəkili Fəzail Ağamalı ilə əlaqə saxlayıb. O saytımıza açıqlamasında cinayət xəbərinin doğru olduğunu qeyd edib. “Mən məlumat öyrənməyə çalışdım. Çox çətinliklə də olsa öyrənə bildim. Çox təəssüf, çox dəyərli oğul idi.”

Qeyd edək ki, Fəzail Ağamalının qardaşı qızı, Rövşən Lənkəraniskinin qardaşının həyat yoldaşıdır.

Bu gecə güllələnən Lənkəraniskinin yerləşdirildiyi Şişli Etfal xəstəxanasından verilən açıqlamaya görə isə Lənkəraniski sağdır. Ancaq vəziyyəti son dərəcə pisdir.

Xəstəxananın qəbul müdiri Nişə Yeldirin saytımıza verdiyi açıqlamaya görə, Lənkəraniski ölməyib. “Hal-hazırda reanimasiyadadır. Amma vəziyyəti çox pisdir. Çox pis halda gətirilib. Bizə də əlavə məlumat verilmir. Ancaq vəfat etməyib. Sağdır, reanimasiyadadır.”

Qeyd edək ki, bir az əvvəl millət vəkili Fəzail Ağamalı saytımıza açıqlamasında Lənkəraniskinin öldüyü xəbərini bildirmişdi. O, xəbəri Lənkəraniskinin qohumlarından aldığını bildirmişdi.
Xəbəriniz olsun

23.04.2018 - Paşinyan qələbə mitinqində açıqladı: “Gəldilər, dedim Sərkisyan 2 saat ərzində getməlidir”

23.04.2018 - Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub

23.04.2018 - Prezident hökumətdə boş qalan vəzifələrə təyinatlar etdi: GEDƏNLƏR, QALANLAR VƏ YENİLƏR

23.04.2018 - Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır

23.04.2018 - Prezident yeni təhsil nazirini təyin etdi

23.04.2018 - MTN-nin qadın generalı azadlıqda: qalan generallar həbsxanaya göndərildi

23.04.2018 - Serj Sərkisyan istefa verdi: "Mən səhvə yol verdim, Paşinyan haqlı idi"

23.04.2018 - Ermənistanda hərbçilər etirazçıların tərəfinə keçdi - VİDEO

23.04.2018 - Etiraz aksiyaları Yerevanın eyni zamanda bir neçə yerində keçirilir

23.04.2018 - Həbs olunan “Quska” Bakı aeroportunda – FOTO

23.04.2018 - Hüseyn Abdullayevin həbs xəbəri rəsmən təsdiqləndi və hazırda saxlandığı yer açıqlandı

23.04.2018 - "Quska"nı Türkiyədə Daxili İşlər Nazirliyi tutub

22.04.2018 - Abid Şərifovun vəziyyəti pisləşdi, xəstəxanaya yerləşdirildi

Facebook