Rövşən Lənkəranskinin qatili tutuldu? - O DA AZƏRBAYCANLIDIR + FOTO

19 avqust 2016
Rövşən Lənkəranskinin qatili tutuldu? - O DA AZƏRBAYCANLIDIR + FOTO
"Rövşən Lənkəranski" kimi tanınan kriminal avtoritet Rövşən Canıyevin İstanbulda qətlə yetirilməsindən az sonra "Hacı Beyləqanski" kimi tanınan Azərbaycan vətəndaşı Hacı Talıbxanlı Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən tutulub.

Savash.org haqqın.az-a istinadən bildirir ki, H.Talıbxanlı İstanbuldakı Barbaros bulvarının yaxınlığındakı binalardan birində R.Lənkəranskinin dəstəsinin üzvləri ilə görüşündə iştirak edib. Bu görüş başa çatandan az sonra R.Lənkəranskinin olduğu Range Rover avtomobili üç naməlum şəxs tərəfindən avtomatlardan atəşə tutulub.

"Qoca Bakinski" qətlə yetiriləndən sonra bir dəstə "qanuni oğru" Azərbaycanın ən nüfuzlu "lotu"larından birinin ölümünün qisasını almağa and içibmiş. Onlar R.Lənkəranskini qətlə yetirməyə girəvə axtarırdılar. Bu səbəbdən R.Lənkəranskinin məhz "Qoca Bakinski"nin qətlə yetirildiyi gün, avqustun 18-də güllələnməsinin təsadüf olmadığı iddia olunur. Bu sui-qəsdin qisas olduğu vurğulanır.

Hacı Talıbxanlı digər "qanuni oğru, "Qoca Bakinski" kimi tanınan Əlibala Əlisəftər oğlu Həmidovun qətlində də suçlanır.

Son illərdə H.Talıbxanlı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşayırdı və yalnız R.Lənkəranskinin xüsvusii tapşırıqları olanda Dubayı tərk edirdi.
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook