“Qarabağ”ın Avropa Liqasındakı oyunlarının başlama vaxtı məlum olub

27 avqust 2016
“Qarabağ”ın Avropa Liqasındakı oyunlarının başlama vaxtı məlum olub
Avropa Liqasının “C” qrupunda mübarizə aparacaq "Qarabağ" klubunun səfər oyunlarının başlama saatı və oyunların keçiriləcəyi stadionlar açıqlanıb.

UEFA-nın rəsmi saytında bildirildiyinə görə, Ağdam təmsilçisi ilk oyununa İtaliyanın Florensiya şəhərində çıxacaq.

Sentyabrın 29-da "Artemio Franki" stadionunda "Fiorentina" ilə baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Noyabrın 3-ə təsadüf edən Yunanıstan PAOK-u ilə görüş Saloniki şəhərində yerləşən "Tumba" stadionunda keçiriləcək. Həmin oyunun start fiti 00:05-də səslənəcək (Avropada qış vaxtına keçidlə əlaqədar, saatlardakı fərq dəyişəcək – virtualaz.org).

"Qarabağ"ın sonuncu səfər oyunu Çexiyanın Liberets şəhərində "Slovan"a qarşı olacaq. Noyabrın 24-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Avropa futbol qurumu "Qarabağ"ın ev oyunlarının başlama vaxtını açıqlamasa da, görüşlərin Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcəyini qeyd edib. Bir qayda olaraq, Bakıda keçirilən qrup oyunları Bakı vaxtı ilə saat 21:00-da başlayır.
Xəbəriniz olsun

16.10.2018 - “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

16.10.2018 - Əbülfəz Məlikovu kim cəzalandırmaq istəyib: Silahlı basqın, aparılan 1 milyon...

16.10.2018 - Badamdarda son durum – Sürüşmə zonasının miqyası genişlənir

16.10.2018 - Elmar Vəliyevi ölümdən qurtaran polis danışdı

16.10.2018 - “Səni deyirlər”in ifaçısı Bakıya gəldi, ona mükafat veriləcək – Video

16.10.2018 - Baş həkim 34 yaşlı Dəmirovun ölümünə səbəb oldu - Foto

11.10.2018 - Rusiya Avropa Şurasından çıxarıla bilər - Xəbərdarlıq

11.10.2018 - SSRİ-nin 5 qəpiyinin sahibi milyoner ola bilər: Diqqətlə baxın...

11.10.2018 - Paşinyan istefa verəcəyi günü açıqladı

11.10.2018 - “Korrupsiya dalğaları” Rauf Vəliyevin gəmilərini silkələyir - İTTİHAM

11.10.2018 - Taleh Qaraşovun Lənkərandakı idarəçiliyinə etiraz: "Rəzilliyin ünvanı..."

11.10.2018 - Zamirənin Londonda müsadirə edilən mülkləri, qolf klubu, özəl təyyarəsi... - FOTOLAR, İLK DƏFƏ

10.10.2018 - DİN Bakıda uşaqların "orqan mafiyası" tərəfindən "qaçırılması" iddiaları haqda

Facebook