Füzulidə ali məktəblərə qəbul olunan şagirdlərlə görüş keçirildi

03 sentyabr 2016
Füzulidə ali məktəblərə qəbul olunan şagirdlərlə görüş keçirildi
Horadiz şəhərində Telnar şadlıq sarayında Füzuli rayonundan ali məktəblərə, hərbi məktəb və orta ixtisas məktəblərinə qəbul olunmuş tələbələrlə görüşü keçirilmişdir. Görüşdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun ümumtəhsil məktəblərinin direktorları, ziyalılar və tələbə adını qazanmış şagirdlərin valideynləri iştirak etmişdir.

Savash.org xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Parkında Ulu öndərin abidəsini ziyarət etmiş, abidənin önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmış, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə təhsil sahəsində əldə edilən uğurlar, qazanılan nailiyyətlərdən danışmışdır. Bildirmişdir ki, bu gün təhsil sahəsində inkişaf təkcə Bakıda deyil, əyalətlərdə də hiss olunmaqdadır. Cəbhə bölgəsinə yerləşəşən Füzuli rayonunda təhsilə göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, rayondan ali məktəblərə daxil olan şagirdlərin sayı ildən ilə artmaqdadır.

Rayon Təhsil şöbəsinin müdiri Ramella Məmmədova çıxış edərək rayonda təhsilin bu günkü vəziyyəti, qəbul imtahanları zamanı əldə olunan göstəricilər barədə ətraflı məlumat vermişdir. Ramella Məmmədova bildirib ki, bu il Füzuli rayonunun orta ümumtəhsil məktəblərini bitirən 1100 məzundan 540 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün sənəd vermişdir. Məzunlardan 316-si respublikanın müxtəlif ali məktəblərinə, 130-u isə orta ixtisas məktəblərinə qəbul olunublar.

Tələbə adını qazanan gənclərdən 29 nəfəri 500-dən, 21 nəfəri isə 600-dən çox bal toplayıb. Rayonun ümumtəhsil məktəblərindən ən yüksək nəticəni 47,48, 1,

5 nömrəli, Qayıdış qəsəbə 7 nömrəli, Əhmədbəyli kənd tam orta məktəblərinin məzunları göstəriblər.

Görüşdə qəbul imtahanlarında yüksək nəticə göstərərərək ali məktəblərə qəbul olunan tələbələr, onların müəllim və valideynləri çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər. Tələbələr müəllim və valideynlərinin etimadını doğruldacaqlarına, bilik və elmlərə əzmlə yiyələnərək ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.

Görüşü yekunlaşdıran rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tələbə adını qazanmış gəncləri bir daha təbrik etmiş, onlara uğurlar arzulamışdır. Alı Alıyev tələbə adını qazanan gənclərə elmə, biliyə daha dərindən yiyələnməyi, yüksək ixtisaslı kadrlar kimi yetişməyi, harada olmalarından aslı olmayaraq Respublikamızın adını həmişə uca tutmağı tövsiyyə etmişdir.

Sonda qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanan gənclərə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qiymətli hədiyyələr təqdim edilib.
Xəbəriniz olsun

19.09.2017 - AFFA Çempionlar Liqası filanının Bakıda keçirilməsi barədə

19.09.2017 - Ziya Məmmədov jurnalistləri ələ saldı — "Açıqlama yerinə bağlama alarsız"

19.09.2017 - Bakıda kişi özünü 17-ci mərtəbədən atdı

19.09.2017 - Azərbaycanlı futbolçunun oğurluq etməsinin səbəbi açıqlandı: AFFA-ya borcu varmış...

19.09.2017 - Füzulidə pambıq yığımı davam edir

19.09.2017 - Vergilər Nazriliyi “Turan”a qarşı sanksiyaları bərpa etdi

19.09.2017 - ABŞ Ukraynaya 500 milyon dollarlıq hərbi yardım ayırdı

19.09.2017 - Xabarovskda çempionu öldürən Allahverənov FTX-yə təslim oldu

19.09.2017 - Ziya Məmmədov evini satışa çıxardı: 750 minə

19.09.2017 - Paşazadənin “vurulması“nın şok səbəbləri - sandığı, yoxsa varisi...

19.09.2017 - Prezidentin Lənkəran səfəri: Taleh Qaraşovla Müşviq Rəhimov ifşa olundu - Detallar

18.09.2017 - Mehman Əliyev: "Mən hələ qərar verməmişəm"

18.09.2017 - Kərəm Həsənovun biznes şəbəkəsi və çökən imperiya

18.09.2017 - Allahşükür Paşazadənin ətrafında nə baş verir: oğlu ölkədən qaçdı, qudasına gözlənilməz zərbə...

18.09.2017 - “Azadlıq” qəzetinin bölgə müxbiri 9 il həbs cəzası aldı

18.09.2017 - Merkel Türkiyəyə ultimatum verdi

18.09.2017 - "Sumqayıt" klubunun futbolçusu oğurluğa görə tutuldu

18.09.2017 - Azərbaycanın əleyhinə kompromatları Qərb jurnalistlərinə Rusiya kəşfiyyatı sızdırır?

18.09.2017 - Bu içkilərə öküz sperması qatılır - Daha bir xəbərdarlıq

Facebook